7 264
订阅者
-824 小时
-167 天
-8630 天
帖子存档
7 265
Qətər, Səudiyyə Ərəbistanı, Oman və Misirin yüksək vəzifəli rəsmiləri ilə yanaşı, İsrailin baş naziri Benyamin Netanyahu da çərşənbə günü Prezident Donald J. Trampla telefonla danışıb və ABŞ-ın İrana qarşı mümkün hərbi hücum planlarını təxirə salmağı xahiş edib.
New York Times-a danışan yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, Netanyahu belə bir hücumun regionda daha genişmiqyaslı münaqişəyə yol aça biləcəyindən narahatdır və bu narahatlıq Körfəz ölkələri tərəfindən də paylaşılır.
7 265
CIA Çində yaşayan insanlara yönəlmiş, mandarin dilində yeni video yayımlayıb. Videoda agentliklə təhlükəsiz şəkildə necə əlaqə saxlamaq barədə addım-addım izah verilir.
Videoda bildirilir ki, CIA “Çin haqqında həqiqəti bilmək istəyir” və məlumat paylaşmağa hazır olan daxili mənbələr axtarır.
7 265
Böyük Britaniya Müdafiə Nazirliyi bildirir ki, Ukrayna üçün Nightfall layihəsi çərçivəsində taktiki ballistik raket hazırlamağı planlaşdırır.
Raket 200 kq-lıq döyüş başlığı daşıya biləcək, 500 km-ə qədər məsafəni vura biləcək və müxtəlif nəqliyyat platformalarından buraxılacaq.
İstehsalın ayda 10 raket həcmində həyata keçirilməsi nəzərdə tutulur. Bir raketin maksimal dəyəri 800 min funt sterlinq (təxminən 1,1 milyon dollar) olacaq.
Böyük Britaniya Müdafiə Nazirliyi raketin hazırlanması üçün üç sənaye qrupu ilə ümumilikdə 9 milyon funt sterlinq (təxminən 12,1 milyon dollar) dəyərində müqavilə bağlayacaq. İlk nümunələrin bir il ərzində sınaq buraxılışları üçün təqdim olunması planlaşdırılır.
7 265
Ukrayna kamikadze dronlarının Xəzər dənizində Rusiya neft platformalarına endirdiyi zərbələr.
Bildirilir ki, V. Filanovski, Yuri Korçaqin və Valeri Qreyfer adına yataqlarda yerləşən platformalar vurulub, lakin dəymiş ziyanın dərəcəsi məlum deyil.
7 265
+5
CNN 2024-cü il noyabrın 21-də Dnepropetrovsk vilayətində yerləşən “Yujmaş” müəssisəsinə qarşı istifadə edilmiş ilk “Oreşnik” orta mənzilli ballistik raketinə (IRBM) aid qalıqlarla bağlı yeni görüntülər yayımlayıb.
Qalıqlar Kiyev Məhkəmə Ekspertizası Elmi-Tədqiqat İnstitutunun ərazisində saxlanılır.
7 265
Geran-4 konstruksiya baxımından əsasən Geran-3 ilə eynidir, lakin ümumi çəki və maksimal sürət baxımından ciddi fərqlər var: Geran-4-ün çəkisi 450 kq, Geran-3-ün isə 350 kq-dır; maksimal sürət isə müvafiq olaraq 500 km/saat və 330 km/saat təşkil edir. Bu fərqlər, daha yüksək əməliyyat hündürlüyü ilə birlikdə, Geran-4-ü Ukraynanın istifadə etdiyi yüksək sürətli kamikadze-interseptor PUA-lara qarşı xeyli dərəcədə daha az həssas edə bilər.
Geran-4-də 160 kqf (352 lbf) dartı gücünə malik turbojet mühərrik istifadə olunduğu qeyd olunur. Daha böyük yanacaq ehtiyatı sayəsində uçuş məsafəsi təxminən 850 km-dir.
Geran-5 isə tamamilə fərqli bir aerodinamik quruluşa malikdir: qanadlar və incə gövdə ilə daha çox müasir qanadlı raketləri xatırladır. Bununla belə, istehsalı sadələşdirmək üçün qanadlar sabit saxlanılıb. Digər Geran variantlarında olduğu kimi, reaktiv atış üçün alt hissəyə raket buraxıcı quraşdırıla bilər.
850 kq çəkisi olan Geran-5 90 kq-lıq döyüş başlığı ilə 950 km məsafə qət edə və 600 km/saat sürətə çata bilər. Bu variantda 200 kqf sinfinə aid turbojet mühərrikdən istifadə olunur ki, bu da Geran-4-dəki mühərrikdən daha güclüdür, lakin yenə də yüksək səviyyəli qanadlı raket mühərrikləri ilə müqayisədə xeyli ucuz hesab edilə bilən sinfə daxildir.
Belə demək olar ki, Rusiya Geran ailəsinin yeni üzvləri ilə mövcud hava-yer sinifli qanadlı raketlərə alternativi tapmağa doğru irəliləyir. Oxşar məsafə, daha sürətli istehsal və daha aşağı xərc, lakin daha zəif performans. Qərb blokuna daxil olan ABŞ, Böyük Britaniya və İspaniya kimi ölkələrdə də oxşar layihələrə start verilib. Bu cür sursatların mövcudluğu, münaqişə zamanı sayca az olan qanadlı raketlərlə yanaşı, uzaqmənzilli silahların davamlı təchizatını təmin etmək məqsədi daşıyır.
7 265
Nəzəri baxımdan bu, müasir döyüş meydanında demək olar ki, yararsız sayılan kabrirləmə üsulu ilə hücum edən bir platformanı nəhayət ki, düşmənin arxa cəbhəsindəki hədəflərə aşağı hündürlükdən yüksək dəqiqlikli sursatlar buraxa bilən, eyni zamanda onu HHM və DZRK-ların təsir zonasına düşməyən kifayət qədər effektiv zərbə platformasına çevirə bilər.
Üstəlik, əgər “Geran-5” hava-hava tipli R-73 raketi ilə birlikdə buraxılarsa (sxemdə göstərildiyi kimi), Su-25 dolayı yolla hava-hava əməliyatında da iştirak edə bilər.
7 265
Rusiya mənbələrindən yayılan məlumatlara görə, Su25 təyyarəsindən buraxılış üçün nəzərdə tutulan “Geran” kamikadze PUA-larının iki yeni variantı — Geran-4 və Geran-5 — hazırlanma mərhələsindədir.
7 265
VERONICA-nın ötən həftə adını və qeydiyyatını dəyişərək Rusiya bayrağı altında GALILEO adı ilə qeydiyyata alındığı məlum olub. Gəminin liman qeydiyyatı isə Qara dənizin Azov dənizi hissəsində yerləşən Taqanroq şəhəri kimi göstərilib.
7 265
ABŞ Cənub Komandanlığı (SOUTHCOM) bu gün Venesuela sahilləri yaxınlığında, Karib hövzəsinin cənubunda Guyana bayrağı altında üzən və sanksiyaya məruz qalmış xam neft tankeri M/T Veronica-nın ələ keçirilməsi, göyərtəsinə çıxılması və müsadirəsi ilə bağlı görüntülər yayımlayıb.
Əməliyyat ABŞ Sahil Mühafizəsi tərəfindən, Southern Spear (JTF-SS) tərkibində xidmət edən dəniz piyadaları və hərbi dəniz qüvvələrinin şəxsi heyətinin dəstəyi ilə həyata keçirilib. Tankerin ələ keçirilməsi əməliyyatı USS Gerald R. Ford (CVN-78) aviadaşıyıcısının göyərtəsindən başladılıb və ABŞ Müdafiə Nazirliyi ilə Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən birgə icra olunub.
7 265
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 2025-ci il yanvarın 12-si, bazar ertəsi günü Qətərin Əl-Udeyd aviabazasında Yaxın Şərq üzrə inteqrasiya olunmuş hava və raketdən müdafiəni gücləndirmək məqsədi daşıyan yeni koordinasiya bölməsinin yaradıldığını elan edib.
Yaxın Şərq Hava Müdafiəsi – Birləşmiş Müdafiə Əməliyyatları İmkanları (MEAD-CDOC) adlandırılan bu struktur Əl-Udeyddə yerləşən Birləşmiş Hava Əməliyyatları Mərkəzinin (CAOC) tərkibində fəaliyyət göstərəcək. Bölmə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının (AFCENT) hərbçiləri ilə yanaşı, bir sıra regional tərəfdaş ölkələrdən olan şəxsi heyətdən formalaşacaq.
7 265
İranın xarici işlər naziri Araqçi:
“Ölənlərin sayı cəmi yüzlərlədir.
Dəqiq rəqəm çox yaxın zamanda, bəlkə də bu gecə açıqlanacaq.
Onların səsləndirdiyi rəqəmlər şişirdilib; bu, dezinformasiya kampaniyasıdır.”
7 265
+1
Finlandiya piyada əleyhinə minaların tədarükünə başlayıb və müharibə dövrü üçün ehtiyat yaradır.
Finlandiya 4 gün əvvəl Ottava Konvensiyasından rəsmi şəkildə çıxıb və mümkün qədər tez qoşunların PƏ minalarla təlimə başlamağı, həmçinin PƏ minaların ölkə daxilində istehsalını hədəfləyir.
7 265
+2
Güc sistemi
AbramsX-də istifadə olunan orijinal ACT1075 əvəzinə eninə yerləşdirilmiş ACT1075LP transmissiyası quraşdırılıb. Mühərrik isə CAT markalı dizel hibrid mühərrikidir (ehtimal ki, hərbiləşdirilmiş C18).
7 265
+3
M1E3-ün ilkin pre-prototip versiyasının komandir qülləsi AbramsX-də istifadə olunan Safran PASEO əvəzinə DRS şirkətinin Stabilizə Olunmuş Görmə Sistemi (S3) ilə təchiz edilib.
Bundan əlavə, PUA-lara qarşı müdafiə məqsədilə EOS tərəfindən təmin edilən, EchoGuard izləmə radarı və Javelin tank əleyhinə raket kompleksi ilə təchiz olunmuş R400 Mk2 uzaqdan idarə olunan silah sistemi istifadə olunur.
