ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 301
订阅者
无数据24 小时
-297
-7230
帖子存档
Samara vilayətində Ukraynaya məxsus FP-1 kamikadze dronu atıcı silah atəşi altında manevr edərkən. Bu manevrlərin təhlükəli zonalar üzərində əvvəlcədən proqramlaşdırılmanın nəticəsi yoxsa bu pilotsuz aparatların Rusiya ərazisində, 1000 km dərinlikdə birbaşa idarə etmə imkanı (Starlink vasitəsilə) olduğu dəqiq deyil.

Ukrayna tərəfindən hazırlanmış Britaniyanın Stormer HVM zenit-raket kompleksinin maketi.
+3
Ukrayna tərəfindən hazırlanmış Britaniyanın Stormer HVM zenit-raket kompleksinin maketi.

ABŞ-ın AH-64 Apache zərbə helikopterlərinin Hörmüz boğazı ətrafında patrul həyata keçirmə prosesi. Kadrlarda boğaz qarşısında
+2
ABŞ-ın AH-64 Apache zərbə helikopterlərinin Hörmüz boğazı ətrafında patrul həyata keçirmə prosesi. Kadrlarda boğaz qarşısında bloklanmış yük gəmiləri və tankerələr görünür.

ABŞ-nin pilotsuz aparatlara qarşı mübarizəsi məqsədi ilə AH-64 Apache helikopterləri üçün nəzərdə tutulmuş xüsusi 30 mm-lik X
+2
ABŞ-nin pilotsuz aparatlara qarşı mübarizəsi məqsədi ilə AH-64 Apache helikopterləri üçün nəzərdə tutulmuş xüsusi 30 mm-lik XM1225 APEX qəlpəli-fuqas mərmilərinin tədarükü sürətləndirilir. Amerika ordusu bu sursatların istehsalını artırmaq üçün Northrop Grumman şirkətinə müraciət edib. Proqramlaşdırılan APEX mərmiləri təmassız partladıcı ilə təchiz olunub. Onlar hədəfə yaxınlaşdıqda partlayır və geniş qəlpə yayılma radiusu yaradır ki, bu da pilotsuz uçuş aparatlarının vurulma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın yanacaq-enerji kompleksinə aid 5 obyektə hücum edildiyi bildirilir.
+2
Ötən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın yanacaq-enerji kompleksinə aid 5 obyektə hücum edildiyi bildirilir. Kamikadze dronlarla vurulan obyektlər: >Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən Novokuybışevsk neft emalı zavodu >Samara vilayətinin Sızran şəhərində yerləşən Sızran neft emalı zavodu >Sevastopolda yerləşən neft bazası >Krasnodar diyarının Tixoretsk şəhərində yerləşən neft bazası >Leninqrad vilayətində yerləşən Vısoçk dəniz limanı (burada “Lukoyl”un neft terminalı yerləşir) Ukrayna Silahlı Qüvvələrinin dron sayını artırması və onların 1000–1500 km məsafələrə mütəmadi uçuşları normal hala çevrilib.

Bundan əvvəl dekabrda təhvil verilib.

+3
Rostex Rus HHQ-ya yeni Su-35S döyüş təyyarəsini təhvil verib.

Çəhrayı Şahed-136
+2
Çəhrayı Şahed-136

KXDR raketləri daha az enerjili yanacaqdan istifadə edir. Şimali Koreya mühərrikləri eyni məsafəni təmin etmək üçün rus analo
KXDR raketləri daha az enerjili yanacaqdan istifadə edir. Şimali Koreya mühərrikləri eyni məsafəni təmin etmək üçün rus analoqlarından daha böyük və uzundur (təxminən 1,5 dəfə). Eyni zamanda istehsalda köhnəlmiş üsullardan istifadə olunur. Lehimləmə keyfiyyəti təxminən 50 il əvvəlki səviyyədədir. İdarəetmə bloklarında aparıcı brendlərə məxsus mülki təyinatlı komponentlər aşkar edilib. Raketin atmosferdə hərəkəti zamanı istiliyə davamlılığı təmin etmək üçün baş hissədə istilik qoruyucu örtüklə yanaşı, qrafit materiallardan hazırlanmış örtük quraşdırılıb. Bu, daha müasir istilik qoruyucu materiallara çıxışın olmaması səbəbilə Şimali Koreya konstruktorları tərəfindən tətbiq olunmuş nisbətən ucuz bir həll hesab olunur.

Ukrayna Müdafiə Nazirliyi 2023-cü ilin sonundan etibarən Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisində istifadə olun
Ukrayna Müdafiə Nazirliyi 2023-cü ilin sonundan etibarən Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisində istifadə olunan Şimali Koreyaya məxsus KN-23 (“Hwasong-11ka” İskəndər-M analoqu) və KN-24 (“Hwasongpho-11Na”, ATACMS analoqu) operativ-taktiki raketlərinin qalıqlarının tədqiqinə dair material yayıb. Materiala görə, Ukrayna Müdafiə Nazirliyinin ekspertləri belə nəticəyə gəliblər ki, KN-23 və KN-24 sovet-rusiya nümunələrinin birbaşa surəti deyil və “İskəndər-M” 9M723 ballistik raketinin lisenziyası əsasında istehsal olunmayıb. Şimali Koreyanın “İskəndər” ballistik raketinin ilkin variantlarından birini müəyyən dərəcədə təkmilləşdirdiyini göstərən əlamətlər var.

Hindistan ABŞdan gizlənən İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini özlərinin müdadiəsi altına almış, gəminin öz limanına yan almasına icazə vermiş və bir çox hərbiçinin həyatını xilas etmişdi. Əvəzində bu təşəkkürü aldı.

Hindistan Hörmüz boğazında neft tankerinə edilən hücuma görə İrana qəzəblidir. Hindistan bayrağı altında üzən “Sanmar Herald”
Hindistan Hörmüz boğazında neft tankerinə edilən hücuma görə İrana qəzəblidir. Hindistan bayrağı altında üzən “Sanmar Herald” neft tankeri boğazdan keçərkən hücuma məruz qalıb. Hadisə 50 günlük blokadadan sonra boğazın qısa müddətlik açıldığı dövrdən sonra baş verib. Həmin vaxt ən azı 8 gəmi keçid etmişdi.

İran bildirir ki, yeni təhlükəsizlik xidmət haqlarını ödəyən gəmilərə Hörmüz boğazından keçid zamanı üstünlük veriləcək, digərlərinin isə keçidi gecikdirilə bilər.

İsrailin təhlükəsizlik orqanları Hərbi Hava Qüvvələrinin bəzi hərbçiləri İran agentləri ilə əməkdaşlıq etdiyi şübhəsi ilə ara
İsrailin təhlükəsizlik orqanları Hərbi Hava Qüvvələrinin bəzi hərbçiləri İran agentləri ilə əməkdaşlıq etdiyi şübhəsi ilə araşdırır. Məlumata görə, onlar hərbi bazalar, silahlar və imkanlar barədə həssas məlumatları ötürüblər. İki əsas şübhəli bir aydırdır ki, saxlanılıb.

İran hələ də əhəmiyyətli hərbi potensialını qoruyub saxlayır. Hücum dronlarının təxminən 40%-i, raket buraxılış qurğularının
İran hələ də əhəmiyyətli hərbi potensialını qoruyub saxlayır. Hücum dronlarının təxminən 40%-i, raket buraxılış qurğularının təxminən 60%-i və ehtimal ki, raket ehtiyatlarının 70%-ə qədəri hələ də mövcuddur.

Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya şərq istiqamətində ən azı bir ballistik raket buraxıb.

Məhəmməd Baqir Qalibaf: “Düşmən rejim dəyişikliyi etməyə və İranı “Venesuelalaşdırmağa” çalışaraq neftimizi hərraca çıxarmaq istəyirdi, lakin buna nail ola bilmədi”

Məhəmməd Baqir Qalibaf: “Mən şəhid olmağa hazıram. Biz həm qan tökməyə, həm də ağır çətinliklərə dözməyə hazırıq”

Ötən gün SEPAH Hindistana məxsus neft tankerini atəşə tutaraq gəmini geri qayıtmağa məcbur edib.

Yaxın Şərqə ABŞ daşımaları davam edir.