ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 262
订阅者
-424 小时
-207
-8230
帖子存档
Polşa Ordusu yerli istehsal olan Borsuk piyada döyüş maşınlarının ilk partiyasını qəbul edib. İlk 15 “Borsuk” 15-ci mexanikiləşdirilmiş briqada üçün nəzərdə tutulub və onlar 2025-ci ilin martında imzalanmış 111 ədəd PDM-in istehsalını əhatə edən müqavilə çərçivəsində istehsal edilib. Bu 15 maşından əlavə olaraq daha 3 ədəd 2026-cı ildə, 2027–2029-cu illərdə isə müvafiq olaraq 33 və 55 ədəd PDM-in təhvil verilməsi planlaşdırılır. Borsuk PDM-in çəkisi 28 tondur, ön zireh mühafizəsi yalnız 14,5 mm-lik güllələrə qarşıdır. Silahlanmasına 30 mm Mk 44 Bushmaster II topu, 7,62 mm pulemyot və iki ədəd Spike tank əleyhinə raket qurğusu daxildir. Bir maşının dəyəri təxminən 14 milyon avro olaraq qiymətləndirilir.

İran İslam Respublikasının (İİR) şimal-qərbində, Şərqi Azərbaycan vilayətində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr
+8
İran İslam Respublikasının (İİR) şimal-qərbində, Şərqi Azərbaycan vilayətində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin “Sahand-əleyhterror-2025” adlı birgə antiterror təlimləri başlayıb.

Artıq bəzi dronlar helikopterlərə qarşı da istifadə olunur. Belə PUA-lar – xüsusilə hava döyüşünə uyğunlaşdırılanlar – kütləvi hücumlarda hava məkanını təmizləyən qruplar kimi və ya yer hədəflərinə hücum edən qrupların tərkib hissəsi kimi çıxış edə bilər. Belə vəziyyətdə AH-64-ün özünə hücum edən PUA-ya qarşı nə dərəcədə effektiv olacağı hələlik aydın deyil. Buna baxmayaraq, helikopterlərin – xüsusən döyüş helikopterlərinin – PUA-ların təzyiqi altında tamamilə səhnədən çəkiləcəyi iddiası inandırıcı deyil. Taktikanın yenilənməsi və məntiqli modernizasiya bu platformalara yeni rəqiblə mübarizədə öz yerini qorumağa imkan verəcək.

Ən vacib məqam isə Link 16 taktiki məlumat mübadiləsi sisteminin istifadəsi olub. Bu sistem vertolyotları vahid şəbəkəyə birl
Ən vacib məqam isə Link 16 taktiki məlumat mübadiləsi sisteminin istifadəsi olub. Bu sistem vertolyotları vahid şəbəkəyə birləşdirib və ekipajların reaksiyasını xeyli sürətləndirib, hədəflərin bölüşdürülməsini və qarşılıqlı fəaliyyətini asanlaşdırıb. Məsələn, təlimlərin bir epizodunda dörd PUA-dan üçü APKWS raketləri ilə 3cü tərəfin lazer tuşlaması taktikası tətbiq edilərək vurulub. Bir Apache hədəfi aşkarlayır, lazerlə işarələyir və kodu digər helikopterə ötürür, o da raketi buraxır. Görünən odur ki, AH-64 helikopterlərini elə sabahdan vacib obyektlərin PUA hücumlarından müdafiəsinə göndərmək olar. Lakin PUA-lar və onların tətbiq taktikası çox sürətlə inkişaf edir.

Uzaq məsafədə Longbow radarının tuşladığı AGM-179 (JAGM) raketlərindən, sonraki mərhələdə isə müxtəlif idarəetmə rejimlərinə malik Hellfire raketlərindən istifadə olunub. Orta məsafələrdə APKWS raketləri işə qoşulub. 300 metrdən az məsafədə isə M230 30 mm-lik top tətbiq edilib.

Avqust ayında Şimali Karolinada yerləşən dəniz piyadalarının Nyu-River aviabazasında keçirilən “Operation Flyswatter” adlı təlimlərdə AH-64E PUA-lara qarşı qabaqcıl müdafiə vasitəsi kimi özünü yaxşı göstərib. Maraqlıdır ki, təlimlər hələ avqustda baş tutsa da, nəticələrə dair press-reliz indi yayımlanıb. Təlimlərin əsas məqsədi AH-64E-nin mövcud silah və avionika ilə, yəni əlavə böyük modifikasiyaya ehtiyac olmadan kiçik PUA-ları etibarlı şəkildə aşkarlayıb məhv etmə qabiliyyətini yoxlamaq idi. Təlimlərdə Milli Qvardiya ekipajları hücum edən 14 drondan 13-nü vurmağa nail olublar. Dronlar briqada taktiki qruplarının toplanma zonaları və irəli aerodromları imitasiya edən hədəflərə hücum edirdi.

Helikopterlərin dövrü bitdi yoxsa artıq missiyaları dəyişəcək? AH-64E Apache təlimlər zamanı dron müdafiəsi rolunu yerinə yet
Helikopterlərin dövrü bitdi yoxsa artıq missiyaları dəyişəcək? AH-64E Apache təlimlər zamanı dron müdafiəsi rolunu yerinə yetirə bildiyini sübut edib. Görünür, ABŞ Ordusu (ölkədə əsas helikopter operatoru məhz ordudur, Hərbi Hava Qüvvələri yox) Rusiya–Ukrayna müharibəsində vertolyotların qarşılaşdığı çətinliklərdən sonra öz döyüş helikopterləri üçün yeni döyüş tapşırıqları axtarmağa başlayıb.

4 dekabrda ABŞ Hərbi Hava Qüvvələrinin “Thunderbirds” (“Burevestniklər”) akrobatik qrupuna məxsus F-16 qırıcısı Kaliforniya ş
+1
4 dekabrda ABŞ Hərbi Hava Qüvvələrinin “Thunderbirds” (“Burevestniklər”) akrobatik qrupuna məxsus F-16 qırıcısı Kaliforniya ştatında qrup üzrə təlim zamanı qəzaya uğrayıb. Məlumata görə, təyyarəni idarə edən pilot qadın olub və o, yüngül xəsarətlər alıb.

İkinci mərhələdən sonra təchizatçıların sayı 12-yə endiriləcək, son mərhələdə isə beş şirkət qalacaq. Bu son mərhələ 2027-ci ilin avqustundan 2028-ci ilin yanvarına qədər keçiriləcək.

ABŞ Müdafiə Nazirliyi Drone Dominance Program (DDP) adlı proqramın hazırlanmasına başladığını açıqlayıb. Bu proqram çərçivəsi
ABŞ Müdafiə Nazirliyi Drone Dominance Program (DDP) adlı proqramın hazırlanmasına başladığını açıqlayıb. Bu proqram çərçivəsində növbəti iki il ərzində 340 min FPV dronunun alınması planlaşdırılır və bunun üçün bir milyard dollar xərclənəcək. Proqram müdafiə naziri Pit Hegsethin iyul ayında verdiyi açıqlamanın icrasıdır. Həmin açıqlama dronların istehsalını və orduda tətbiqini sürətləndirmək üçün genişmiqyaslı islahat aparılmasını nəzərdə tutur. Planlara əsasən, 2026-cı ilin iyuluna qədər 30 min, 2027-ci ilə qədər isə 200 mindən çox dron alınacaq. 2028-ci ilin əvvəlində alınacaq dronların ümumi sayının 300 mini ötəcəyi gözlənilir. Məqsəd hər mərhələdən sonra alınan dronların sayını artırmaq və bir ədədin qiymətini 5 min dollardan təxminən 2300 dollara qədər endirməkdir. Təchizatçı şirkətlər müsabiqə yolu ilə seçiləcək. İlk müsabiqə gələn ilin 16 fevralında başlanacaq və burada 25 şirkət iştirak edəcək (ABŞ və “Five Eyes” alyansına daxil olan ölkələrdən).

Nazir S. Koizumi radarı kilidini “son dərəcə təhlükəli” addım adlandırıb. Tokio Pekinə rəsmi etiraz göndərib və belə hallarının qarşısının alınacağına dair zəmanət tələb edib.

Çin J-15 döyüş təyyarələri Okinava yaxınlığında Yapon F-15-lərinə radar kilidi atıb. Dekabrın 6-da Çin gəmilərindən qalxan J-
Çin J-15 döyüş təyyarələri Okinava yaxınlığında Yapon F-15-lərinə radar kilidi atıb. Dekabrın 6-da Çin gəmilərindən qalxan J-15 döyüş təyyarələri Yaponiyanın F-15 təyyarələrinə iki dəfə radar kilidi atıb. Hadisə Okinava prefekturasının cənub-şərqində beynəlxalq hava məkanında baş verib. Yaponiya Müdafiə Naziri S. Koizumi təcili gecə brifinqində insident faktını elan edərək Pekin tərəfinin belə hərəkətlərini qəbuledilməz olduğunu vurğulayıb. Yaponiya hərbi qurumunun məlumatına görə, birinci hadisə saat 16:32-də, ikinci hadisə isə 18:37-də baş verib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərqdə “Scorpion Strike” adlı yeni əməliyyat qrupunun yaradıldığını elan
+2
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərqdə “Scorpion Strike” adlı yeni əməliyyat qrupunun yaradıldığını elan edib və bu qrupun silahlanmasına LUCAS kamikadze dronları verilib. SpektreWorks şirkətinin istehsalı olan LUCAS dronları “Shahed‑136”/“Geran‑2” tipinə konstruktiv olaraq bənzəyir. Qrup Mərkəzi Xüsusi Əməliyyatlar Komandanlığının (SOCCENT) tabeliyindədir və onun məsuliyyət zonasında xüsusi əməliyyatların icrasına cavabdehdir. Hazırda LUCAS kamikadze dronları döyüş şəraitində tətbiq olunmayıb, yalnız test hədəflərinə buraxılışlar həyata keçirilib. ABŞ ordusunun digər bölgələrində oxşar bölmələrin yaradılıb-yaradılmadığı məlum deyil, lakin həm quru qoşunlarının, həm də Hərbi Hava Qüvvələrinin rəhbərliyi bu tip dronlara ehtiyac olduğunu dəfələrlə vurğulayıb.

Venesuela Prezidenti Maduro: Venesuela ən böyük milli birliyinə çatıb. Bütün siyasi baxışlara sahib insanlar hərbi təhdidi rədd edir və lazım gələrsə ölkəni müdafiə etməyə hazırdır.

Çinlilər görünüşcə Shahed dronuna çox bənzəyən LOONG M9 kamikadze dronunu təqdim ediblər. Bəyan edilən xüsusiyyətlər: Faydalı yük – 50 kq Uçuş kütləsi – 200 kq Sürət – 223 km/saat Uçuş məsafəsi – 1620 km-ə qədər

Xarkov vilayətinin Volçansk şəhəri uğrunda döyüşlər 560 gündən artıq davam edib və böyük ehtimalla bir müddət də davam edəcək
Xarkov vilayətinin Volçansk şəhəri uğrunda döyüşlər 560 gündən artıq davam edib və böyük ehtimalla bir müddət də davam edəcək — USQ tərəfi şəhərin cənub-şərqində yerləşən fərdi yaşayış sektorunda və qəbiristanlıq yaxınlığında mövcudluğunu saxlayır.

Vurulmuş pikapın arxa tərəfində Ukrayna Silahlı Qüvvələri üçün xüsusi hazırlanmış, AIM-132 ASRAAM raketləri ilə təchiz olunmu
+1
Vurulmuş pikapın arxa tərəfində Ukrayna Silahlı Qüvvələri üçün xüsusi hazırlanmış, AIM-132 ASRAAM raketləri ilə təchiz olunmuş Britaniya istehsalı Raven zenit-raket kompleksi dayab.

Ukraynanın mobil HHM qrupuna məxsus pikap idarə olunan Rusiya kamikadze dronu tərəfindən vurulur. Bir versiyaya görə bu “Geran-2” olub, digər versiyaya əsasən isə daha kiçik döyüş başlığına malik BM-35 (“İtalmas”) istifadə edilib.

Ukraynadakı britaniyalı təlimçi Rusiya xüsusi xidmət orqanlarının agenti imiş. Ukrayna mənbələrinin yazdığına görə, SBU əks‑k
Ukraynadakı britaniyalı təlimçi Rusiya xüsusi xidmət orqanlarının agenti imiş. Ukrayna mənbələrinin yazdığına görə, SBU əks‑kəşfiyyatı Böyük Britaniyanın xüsusi xidmət orqanı ilə birgə, 2024–2025-ci illərdə Rusiyanın tapşırığı ilə Ukraynada kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirən britaniyalı Ross David Katmoru ifşa edib. İddialara əsasən, Katmor 2024-cü ildə Ukraynaya hərbi təlimçi kimi gəlib və daha sonra Rusiya xüsusi xidmətləri ona sifarişli qətlləri həyata keçirmək üçün silah və sursat ötürüblər. O Faryon, Parubiy və Hanulun qətllərində iştirak etmiş ola bilər.