7 262
订阅者
-424 小时
-207 天
-8230 天
帖子存档
7 258
İndoneziyada yeni bomba sınaqları.
İndoneziya Hərbi Hava Qüvvələri yerli istehsal olan, sərbəst düşən BNT-250 bombasının son sınaqlarını keçirib. Sertifikatlaşdırmadan və silahlanmaya qəbul edildikdən sonra bu bomba Amerikanın Mk 82 aviasiya bombalarını əvəz edəcək.
Modifikasiya edilmiş quyruq hissəsi istisna olmaqla, BNT-250 Mk 82 ilə oxşar xüsusiyyətlərə malikdir.
NATO standartlı (356 mm) asqı qovşaqları ilə təchiz edilən BNT-250 F-16 qırıcılarında və Embraer EMB-314 Super Tucano hücum-təlim təyyarələrində istifadə olunacaq.
7 258
Cənubi Koreya sualtı qayıqlarını modernləşdirir.
Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) ROK Hərbi Dəniz Qüvvələrinə məxsus 10 ildən çox xidmətdə olan üç KSS-II və ya Tip 214 sinif sualtı qayığının modernləşdirilməsi layihəsinə start verib. Ümumilikdə bu sinifdən 2007–2020-ci illər arasında istismara verilmiş doqquz sualtı qayıq mövcuddur.
Layihənin məqsədi üç sualtı qayığın müşahidə və zərbə imkanlarını yaxşılaşdırmaqdır. Layihə HD Hyundai Heavy Industries şirkəti tərəfindən icra olunacaq.
Layihə çərçivəsində sualtı qayıqlarda döyüş idarəetmə sistemləri və yedəklənən hidroakustik lokatorlar daha müasir modellərlə əvəzlənəcək. Qayıqlar mina aşkarlama, yan baxış sonarları və üzən antenalar kimi yeni avadanlıqlar alacaq ki, bu da onların təhlükələri aşkar etmək və identifikasiya etmək qabiliyyətini artıracaq.
Layihənin həyata keçirilməsi üçün 2033-cü ilə qədər 319 milyon dollar ayrılıb.
ROKS Son Won-il (SS 072)
ROKS Jeong Ji (SS 073)
ROKS An Jung-geun (SS 075)
7 258
Moldovanın bir kəndində Rusiya Silahlı Qüvvələrinə məxsus dron vurulub deyə xəbər yayıldı.
Bu dron rus dronudur, çünki üzərinə qırmızı boya ilə “Z” yazılıb. Üstəlik, dronu elə “uğurla” vurublar ki, hətta dam örtüyü belə salamat qalıb.
7 258
Rusiya İran Silahlı Qüvvələrinə 20 ədəd “Spartak” zirehli avtomobilindən ibarət yeni partiya göndərib.
7 258
Hindistanın Bharat Electronics şirkəti Fransanın Safran şirkəti ilə yüksək dəqiqlikli idarə olunan HAMMER bombalarının Hindistanda birgə istehsalı barədə razılaşma imzalayıb.
7 258
+1
Polşa “Şərq qalxanı” kimi tanınan geniş regional təhlükəsizlik tədbiri çərçivəsində Kalininqrad yaxınlığında yeni sərhəd möhkəmləndirmələrinin tikintisinə başlayıb.
İşlərə tank əleyhinə xəndəklərin qazılması, “əjdaha dişləri” tipli maneələrin qurulması və rabitə-keçid sistemlərinin yaradılması daxildir.
Hazırda peyk ilə yalnız üç möhkəmləndirilmiş nöqtə aşkar edilib və onların hamısı Polşa ərazisində, Kalininqrada yaxın yerlərdə yerləşir.
Polşa Müdafiə Nazirliyi layihənin ilk dörd ili (2024–2028) ərzində təxminən 2,55 milyard dollar investisiya yatırmağı planlaşdırır. Proqram ölkənin yalnız Rusiya ilə deyil, həm də Belarusla olan şərq sərhədinin 700 km-lik hissəsini əhatə edəcək. Stasionar istehkamlarla yanaşı, təşəbbüsə müşahidə infrastrukturu, kəşfiyyat sistemləri və postlar da daxildir.
7 258
+3
ABŞ Guamdakı Andersen hava bazasının genişmiqyaslı böyüdülməsini planlaşdırır. Layihəyə bombardmançılar, yanacaqdaşıyanlar və digər təyyarələr üçün şimal perronunun əlavə edilməsi daxildir.
Əvvəlcə bu genişlənmə Sinqapurdakı F-15 eskadrilyası üçün nəzərdə tutulmuşdu, lakin sonradan layihə ləğv edildi. Hazırda ABŞ Hərbi Hava Qüvvələri həmin layihəni aktiv şəkildə həyata keçirir.
Bundan başqa, ikinci ada qrupunda iki potensial ehtiyat aerodrom mövcuddur. ABŞ Hərbi Hava Qüvvələri Saipan və Rota beynəlxalq hava limanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. Məqsəd həmin aerodromlarda əvvəlcədən hava limanlarının xidmət avadanlıqlarını, ehtiyat hissələri və digər vasitələri yerləşdirməkdir ki, lazım olduqda onlar ehtiyat aerodrom kimi istifadə olunsun.
7 258
Amerikalı rəsmilər Fox News-a bildiriblər ki, Karib hövzəsindəki güc artırılması Maduro və ya Venesuela ilə mübarizədən kənara çıxır və “Rusiyanı, Çini və İranı Qərb yarımkürəsindən sıxışdırmağa” yönəlib.
7 258
Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirin ki, DragonFire lazeri Hebrids adalarında keçirilən sınaqlar zamanı saatda 400 mildən çox sürətlə hərəkət edən dronları uğurla vura bilib.
Sistemin ilk üfüq arxası tətbiqi təsdiqlədikdən sonra Müdafiə Nazirliyi 316 milyon funt sterling dəyərində müqavilə imzalayaraq DragonFire kompleksinin 2027-ci ildən etibarən Type 45 esmineslərinə quraşdırılmasına başlayacaq.
DragonFire bahalı hava hücumundan müdafiə raketlərinə nisbətən daha ucuz “birbaşa məhv etmə” alternativi kimi nəzərdə tutulur, lakin onun effektivliyi birbaşa görüş xətti və stabil enerji təminatından asılıdır.
7 258
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Puerto-Rikodakı hərbçiləri ziyarət edib.
7 258
Yaponiya Tayvandan cəmi 110 km məsafədə yerləşən Yonaguni adasına orta mənzilli raketlər yerləşdirəcək.
7 258
Bu gün Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30, F-16 və K-8 də daxil olmaqla bir neçə qırıcı təyyarə Aragua əyalətində, Palo Neqroda yerləşən El Libertador Hava Bazası üzərində sıra halında uçarkən müşahidə olunub. Uçuşlar bu həftə keçiriləcək bir sıra tədbirlərə hazırlıq çərçivəsində baş tutub.
Tədbirlərə 27 noyabr 1992-ci il çevriliş ildönümü və cümə günü başlayan El Libertador Hava Bazasında keçiriləcək Venezuela 2025 Aerokosmik Sənaye Ekspo sərgisi daxildir.
7 258
Çin elektromaqnit topu (railgun) texnologiyası və hipersəs sistemlərini fəal şəkildə inkişaf etdirir. Məqsəd sürəti Mach 5-i xeyli aşan mərmilər atmağa qadir silahlar yaratmaqdır. Proqrama dəniz donanması gəmilərinə quraşdırılan railgun prototiplərinin sınaqları, eləcə də hipersəs sürüşən aparatları və onların materialları üzrə genişmiqyaslı araşdırmalar daxildir.
Bir öncəki videoda sistem əsil video effekt isə saxta idi.
7 258
+2
Dünən Venesuela sahilləri boyunca E-2D Hawkeye erkən xəbərdarlıq təyyarəsi və bir neçə F/A-18E/F Super Hornet patrul keçirib.
Qırıcılar son aylarda müntəzəm olaraq Karakas istiqamətində uçuşlar edən B-52H Stratofortress strateji bombardmançılarını müşayiət ediblər.
F/A-18E/F qalxıbsa demək ki, aviadaşıyıcılar yaxındadır.
7 258
Bu Qara propaqandanı kim yaymışdısa təbrik edirəm əla idi. Bütün Azərbaycan artıq buna inandı və heç kimin təkzibdən xəbəri olmayacaq
7 258
+1
Böyük ehtimal , A-60 təyyarəsidir.
Müdafiə sığınacaqları? Yenidən yerləşdirmə? Yox təbiiki. Müharibənin başlanmasının 4 ili tamam olacaq.
