ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 272
订阅者
+324 小时
-107
-7730
帖子存档
Azərbaycan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qoşularaq rəsmi şəkildə İrana təminat verib ki, İsrail və ya ABŞ tərəfindən cənub qonşusuna qarşı düşmənçilik xarakterli hərəkətlər üçün onun hava məkanından və ya ərazisindən istifadəyə icazə verilməyəcək.

Tramp Kubanı iqtisadi blokadaya alır, neft tədarükünü tamamilə dayandırır. Tramp Kubaya neft satan və ya hər hansı formada təmin edən ölkələrdən idxal olunan mallara tariflərin tətbiqi üçün mexanizm yaradan və milli fövqəladə vəziyyət elan edən icra sərəncam imzalayıb.

Vermont Milli Hava Qvardiyasının 158-ci Qırıcı Qanadına məxsus, F-35A Lightning II təyyarələri bu axşam Avropa ilə ABŞ arasında Şimali Atlantik okeanının ortasında yerləşən Azor adalarındakı Lajes aviabazasında eniş edərkən görüntülənib. Təyyarələr Yaxın Şərqə doğru hərəkət edir. “The Green Mountain Boys” ləqəbi ilə tanınan F-35A Lightning II təyyarələri Venesuelada keçirilən əməliyyatda iştirak etmiş eyni bölmə dir.

Çərşənbə günü ABŞ Hərbi Dəniz Qüvvələri üçün inşa edilən Gerald R. Ford sinfinə aid ikinci nüvə enerjili aviadaşıyıcı olan US
+3
Çərşənbə günü ABŞ Hərbi Dəniz Qüvvələri üçün inşa edilən Gerald R. Ford sinfinə aid ikinci nüvə enerjili aviadaşıyıcı olan USS John F. Kennedy (CVN-79) Virciniya ştatındakı Newport News Shipbuilding zavodundan Huntington Ingalls Industries (HII) tərəfindən aparılacaq dəniz sınaqları üçün yola çıxıb. Bu, on ildən çoxdur tikintisi davam edən Kennedy üçün mühüm mərhələ sayılsa da, görüləcək işlər hələ çoxdur. Gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə rəsmi təhvilinin 2027-ci ildə baş tutacağı gözlənilir.

ABŞ birbaşa hərbi əməliyyatdan əvvəl İranın neft ixracına qarşı “dəniz blokadası” variantını nəzərdən keçirir. Bu ssenariyə ə
ABŞ birbaşa hərbi əməliyyatdan əvvəl İranın neft ixracına qarşı “dəniz blokadası” variantını nəzərdən keçirir. Bu ssenariyə əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Oman körfəzi üzərindən İranın sanksiya altındakı xam neftini daşıyan tanker gəmilərini ələ keçirə, göyərtəsinə çıxa, müsadirə edə və hətta zərurət yaranarsa batıra bilər.

ABŞ Sakit Okeana strateji bombardmançı təyyarələr göndərib. Say bilinmir.

Ruslar F-16 maketini vurub.
+2
Ruslar F-16 maketini vurub.

Çin HDQ da bölgəyə doğru hərəkət edir.

ABŞ İrana yaxın bölgəyə daha bir idarəolunan raket esminesi göndərib. USS Delbert D gəmisi əraziyə gedir.
ABŞ İrana yaxın bölgəyə daha bir idarəolunan raket esminesi göndərib. USS Delbert D gəmisi əraziyə gedir.

Rusiya, İran və Çin körfəzdə birgə raket atışları həyata keçirəcək.
Rusiya, İran və Çin körfəzdə birgə raket atışları həyata keçirəcək.

Avropa İttifaqı ölkələri "SEPAH"ı rəsmən terror təşkilatı kimi tanıyıb.

Dünən Ukrayna İlan adası ətrafında Rusiyaya məxsus Su34 qırıcı bombardımançısı Patriot ZRK ilə vurulub.

Anqarsız aerodrom 2025-ci il ərzində əsasən Krımdakı zərbələrin görüntülər toplusu. Paylaşılan materiallarda həm artıq məlum olan zərbələr, həm də əvvəllər ictimaiyyətə çıxmamış epizodlar yer alır. Düşən dronların bir hissəsi açıq-aşkar hədəfi qaçırsa da, bir çoxu dəqiq şəkildə məqsədə çatıb. Görüntülərdə Su-30SM, Su-27, MiQ-31BM, Su-24M, An-26, Mi-26, Mi-28N, Mi-8 təyyarə və helikopterləri, həmçinin açıq ərazidə yerləşən sursat yığını hədəf kimi görünür.

26 yanvar tarixində Hindistanda keçirilən hərbi paradda ilk dəfə olaraq Hindistanın LRAShM (Long Range Anti-Ship Missile) adl
+4
26 yanvar tarixində Hindistanda keçirilən hərbi paradda ilk dəfə olaraq Hindistanın LRAShM (Long Range Anti-Ship Missile) adlı hipersəsli gəmiəleyhinə raketi nümayiş etdirilib. Raket Hindistan Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb, birbaşa istehsalı isə Bharat Dynamics Limited (BDL) şirkəti həyata keçirir. LRAShM raketinin iki uçuş sınağı barədə məlumat var. Onun silahlanmaya qəbulunun 2029-cu il üçün planlaşdırıldığı bildirilir. Raket iki pilləli, bərk yanacaqlı, kvaziballistik quruluşa malikdir və əsas olaraq K-15 “Sagarika” sualtı qayıq üçün nəzərdə tutulmuş ballistik raket bazasında yaradılıb. Döyüş hissəsi idarə olunan hipersəsli blokdur və təxminən Mach 5 sürətinə qədər qalxa bilər. Aktiv radiolokasiya başlığı BrahMos raketindən götürülüb. Raketin uçuş məsafəsi 1500 km-dən artıqdır. Gələcəkdə raketin gəmi bazalı variantının, eləcə də Hindistan ordusu üçün yerüstü hədəflərin vurulmasına yönəlik versiyasının yaradılması planlaşdırılır.

2024-cü ilin fevralında Ukrayna Hərbi Hava Qüvvələrinin 299-cu briqadasına məxsus Su-25 təyyarəsinin məhv edilməsi anı. Sükan
+1
2024-cü ilin fevralında Ukrayna Hərbi Hava Qüvvələrinin 299-cu briqadasına məxsus Su-25 təyyarəsinin məhv edilməsi anı. Sükan arxasında Ukraynanın ən təcrübəli hücum pilotlarından biri — 380-dən çox döyüş uçuşu həyata keçirmiş Stanislav Rıkov olub. İddia olunur ki, Rusiya HHQ-yə məxsus qırıcıdan buraxılmış uzaqmənzilli R-37M idarəolunan hava-hava raketi ilə vurulub.

Kubada bu yaxınlarda keçirilmiş təlim şousuna dair bir fraqment yayılıb. Kadrlarda motosikletlər görünür və onlar sürətli, çevik taktiki nəqliyyat vasitəsi kimi istifadə olunur. Videodan belə bir təəssürat yaranır ki, tədbir ABŞ qüvvələrinin adaya mümkün basğınına qarşı real və effektiv hazırlıqdan daha çox, ali rəhbərliyin gözü qarşısında nümayişkaranə və effektli bir şou xarakteri daşıyıb.

ABŞ Yaxın Şərqə havadan siqnal kəşfiyyatı təyyarəsi yerləşdirib.

+6
Türkiyənin STM şirkətinə məxsus Kargu kamikadze dronlarından ibarət 20 ədədlik dron sürüsünün sınağı keçirilib. İstehsalçının bildirdiyinə görə, bir operator tərəfindən idarə olunan sürü intellektinə malik 20 kamikadze dron sınaq zamanı avtonom şəkildə tapşırıq zonasına daxil olub, müxtəlif hədəflərə hücum üçün üç alt qrupa bölünüb və eyni anda vahid komanda idarəsi ilə zərbə endirib. Hədəf kimi düşmən piyadalarının qruplarını imitasiya edən maketlər istifadə olunub, döyüş başlığı isə uzaq məsafədən partladılan qəlpəli döyüş başlığı olub. STM-in sözlərinə görə, paylanmış idarəetməyə əsaslanan sürü intellekti sayəsində əməliyyat zamanı bəzi dronlar sıradan çıxsa belə, geri qalan sürü tapşırığın icrasını davam etdirəcək.

Çin ordusunda daxili çaxnaşma ilə bağlı məlumatlar gəlir.

Avropa İttifaqı ölkələri SEPAH-ı terror təşkilatı kimi tanımaq barədə razılığa gəlib. Daha əvvəl Fransa bu qərara etiraz etsə də, bu gün mövqeyini dəyişib.