APA
前往频道在 Telegram
APA İnformasiya Agentliyi Website: https://apa.az E-mail: news@apa.az Contact: @BOTAPAGroup Facebook: https://www.facebook.com/apaxeber/
显示更多📈 Telegram 频道 APA 的分析概览
频道 APA (@apa_az) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 21 628 名订阅者,在 新闻与媒体 类别中位列第 10 820,并在 阿塞拜疆 地区排名第 171 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 21 628 名订阅者。
根据 24 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 113,过去 24 小时变化为 1,整体触达仍然可观。
- 认证状态: 已认证(Telegram 官方确认)
- 互动率 (ER): 平均受众互动率为 7.87%。内容发布后 24 小时内通常能获得 6.86% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 704 次浏览,首日通常累积 1 484 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 9。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“APA İnformasiya Agentliyi
Website: https://apa.az
E-mail: news@apa.az
Contact: @BOTAPAGroup
Facebook: https://www.facebook.com/apaxeber/”
凭借高频更新(最新数据采集于 25 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
21 628
订阅者
+124 小时
-397 天
+11330 天
帖子存档
21 632
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib.
APA xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
21 632
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
“Mən seçim etməliyəm. Onun işini bitirmək çox asan olacaq, yaxud razılaşma əldə edə bilərik”,– deyə Tramp vurğulayıb.
21 632
🇺🇸🇸🇦 ABŞ Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
🚨 ABŞ-ın Ər-Riyaddakı səfirliyi husilərin raket və PUA hücumlarından sonra Səudiyyə Ərəbistanının hava limanlarına mümkün hücumlarla bağlı Amerika vətəndaşlarını xəbərdar edib.
⚠️ Səfirlik bölgədə hərbi qarşıdurmanın sürətlə genişlənə və digər ərazilərə yayıla biləcəyi barədə xəbərdarlıq edib.
21 632
🇹🇷 Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
🔴 Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə vəzifəsindən ayrıldığını təsdiqləyib.
🗣 “Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral türkiyəli jurnalist Talat Atillaya bildirib.
🇦🇿 Azərbaycanla bağlı açıqlamalarının vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib.
21 632
🚀 Ukrayna Rusiyanın hərbi sənaye zavodunu raketlə vurub
🇺🇦 Ukrayna qüvvələri Rusiyanın Oryol şəhərindəki “Proton-Elektrotex” zavoduna “Storm Shadow/SCALP-EG” raketləri ilə hücum edib. Zavodun əsas istehsalat binasına ziyan dəyib.
🏭 Müəssisə “İsgəndər-M”, X-101 raketləri və “Pantsir-S1” hava hücumundan müdafiə sistemləri üçün elektron komponentlər istehsal edir.
21 632
🇶🇦🇮🇷 Qətər vasitəçiləri ABŞ-la koordinasiyalı şəkildə Tehrana səfər ediblər
🌍 “Reuters”-in məlumatına görə, Qətər vasitəçiləri regionda gərginliyi azaltmaq məqsədilə ABŞ-la koordinasiyalı şəkildə bazar günü Tehranda olublar.
Bu barədə agentliyə adı açıqlanmayan rəsmi şəxs məlumat verib.
21 632
🇦🇿🤼♂️ Sənan Süleymanov dünya çempionu oldu!
🥇 Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) finalda moldovalı A. Qutuya qalib gələrək karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.
👏 Təbriklər, Sənan! 🇦🇿🏆
21 632
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılacaq.
APA xəbər verir ki, Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər.
Bununla əlaqədar material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
21 632
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli növbəti dəfə dünya çempionu adını qazanıb.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb.
Əzizli final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan güləşçisi karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
21 632
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentdə bağlı saxlanılan şəxslər 6 nəfər həbs edilib.
APA xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, təqsirləndirilən 6 nəfər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
21 632
🇺🇦🇷🇺 Rusiya bir həftə ərzində Ukraynaya 2300-ə yaxın PUA və 48 raket atıb – Zelenski
🚨 Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya son bir həftə ərzində Ukraynaya qarşı 1600-ə yaxın idarəolunan aviasiya bombası, müxtəlif tipli 48 raket və 2300-ə yaxın pilotsuz uçuş aparatı (PUA) istifadə edib.
🚀 Zelenski raketlər arasında ballistik raketlərin də ola biləcəyini bildirib.
21 632
🇺🇸🇮🇷 “WSJ”: ABŞ yaxın həftələrdə İrana mümkün yeni hücumlara hazırlaşır
🚨 “The Wall Street Journal”ın məlumatına görə, ABŞ-ın “USS George Washington” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Ərəbistan dənizində silah ehtiyatlarını yeniləyir.
🚀 Ehtiyatlara raketlər, beton bunkerləri dağıtmaq üçün nəzərdə tutulan bombalar və digər silahlar daxildir.
21 632
🚨 Rusiyada raket hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb
🇷🇺 Rusiyanın Orlovsk vilayətində yerləşən müəssisəyə Ukrayna Silahlı Qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 4 nəfərə yüksəlib.
Bu barədə vilayətin qubernatoru məlumat verib.
21 632
🇮🇷🇮🇱 İranlı hakerlər İsrailin məxfi məhkəmə və polis sənədlərini ələ keçirdiklərini iddia edirlər
💻 İranla əlaqəli “Handala” haker qrupu texnologiya şirkəti “Malm”ın “Etype” xidmətinə kiberhücum həyata keçirdiyini açıqlayıb.
🔐 Qrup İsrailin məhkəmə və polis orqanlarına məxsus məxfi sənəd arxivlərinə giriş əldə etdiyini iddia edir.
21 632
🔥 Rusiyanın Yelets şəhərində raket hücumu – yeni görüntülər
🚀 “Energiya” zavoduna endirilən raket zərbəsindən sonra ərazidə yanğın baş verib.
21 632
🇹🇷 Türkiyədə sabiq deputat barəsində həbs qərarı verilib
🚨 Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sabiq deputatı Ertan Aydın barəsində həbs qərarı verilib.
Fondlarla bağlı aparılan istintaq çərçivəsində onun ev dustaqlığına buraxılması barədə qərardan verilən şikayət təmin edilib. Nəticədə sabiq deputatın həbsinə qərar verilib.
21 632
🚨 Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
21 632
🇮🇷 İran XİN rəhbəri: Müharibə bütün cəbhələrdə dayandırılmalıdır
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, regionun bir hissəsində müharibə və münaqişə davam etdiyi halda, digər hissəsində sülh və sabitlik gözləmək mümkün deyil.
🗣️ “Müharibə bütün cəbhələrdə başa çatmalıdır. Əks halda, regionda sabitlik görməyəcəyik”.
21 632
🇷🇺Rusiyanın xarici borcu açıqlanıb
Putin bildirib ki, ölkənin xarici borcu ÜDM-in 2,6%-ni, ümumi dövlət borcu isə 17,5%-ni təşkil edir.
