ch
Feedback
DS Media

DS Media

关闭频道

Xəbər/Video kanalı Reklam: @azerbaijanbaku2025

显示更多

📈 Telegram 频道 DS Media 的分析概览

频道 DS Media 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 14 152 名订阅者,在 新闻与媒体 类别中位列第 14 882,并在 阿塞拜疆 地区排名第 308

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 14 152 名订阅者。

根据 02 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -381,过去 24 小时变化为 -8,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 4.74%。内容发布后 24 小时内通常能获得 3.58% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 671 次浏览,首日通常累积 506 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 2

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Xəbər/Video kanalı Reklam: @azerbaijanbaku2025

凭借高频更新(最新数据采集于 03 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。

14 152
订阅者
-824 小时
-847
-38130
帖子存档
DS Media
14 152
‼️Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

DS Media
14 152
❗️❗️FHN-in xilasediciləri avtomobildə sıxılı vəziyyətdə qalmış şəxsi xilas edib

DS Media
14 152
🔴🔴🔴Bakıda təşkil edilən güləş üzrə U-17 dünya çempionatına yekun vurulub. Azərbaycan komandası turniri 7 medalla başa vuru
🔴🔴🔴Bakıda təşkil edilən güləş üzrə U-17 dünya çempionatına yekun vurulub. Azərbaycan komandası turniri 7 medalla başa vurub. Daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kiloqram), Abdurrahman Hüseynli (51 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkazov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc medal qazanıblar. Son gündə 51 kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçi İbrahim Həsənov gümüş medal əldə edib.

DS Media
14 152
❗️❗️Pakistanda terror aktı törədilib, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

DS Media
14 152
❗️❗️Qubada iki avtomobil toqquşub.

DS Media
14 152
❗️ANAMA: Bu gün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baș verib. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DS Media
14 152
📣📣📣İlanlı qız" polis tərəfindən saxlanılıb, psixiatriya xəstəxanasına yerləşdirildi Sosial şəbəkələrdə “İlanlı qız” kimi t
📣📣📣İlanlı qız" polis tərəfindən saxlanılıb, psixiatriya xəstəxanasına yerləşdirildi Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb. Onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb. Bu araşdırmalar çərçivəsində o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib. Qeyd edək ki, sözügedən şəxsin sosial şəbəkələrdə paylaşdığı görüntülər son dövrlər geniş ictimai müzakirələrə səbəb olub. Bir sıra sosial media istifadəçiləri onun nümayiş etdirdiyi qeyri-adekvat hərəkətləri, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı və qeyri-əxlaqi hesab etdikləri davranışları tənqid edərək narazılıqlarını ifadə ediblər.

DS Media
14 152
⚡️Avqustun 1-dən Azərbaycanda kartdan-karta köçürmələrə yeni limitlər tətbiq edilib. 🔹Yeni qaydalara əsasən, bir kartla gün ərzində maksimum 5 köçürmə və 5 mədaxil əməliyyatı aparmaq mümkündür. 🔹Kartdan-karta köçürmələrin aylıq məbləği üzrə limit 20 min manat müəyyən edilib. 🔹Müştərinin öz kartları arasında həyata keçirilən əməliyyatlara isə məhdudiyyət tətbiq olunmur.

DS Media
14 152
⚠️Horadiz–Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda dəmir yolu xəttinin inşası da son mərhələyə çatıb - Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev

DS Media
14 152
🔴Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb O bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, ABŞ tam döyüş hazırlığı vəziyyətindədir, lakin gələcək razılaşmanın ümumi şərtləri üzrə razılığa gəlmək mümkün olduğu üçün İran və digər Yaxın Şərq ölkələri hücumdan imtina etmək xahişi ilə Vaşinqtona müraciət edib. Amerika lideri qeyd edib ki, razılaşmalar Hörmüz boğazının dərhal açılmasını və İran tərəfindən nüvə təhdidinə son qoyulmasını nəzərdə tutur. "Bu xahişdən çıxış edərək, razılaşmanı tez bir zamanda bağlamağın mümkün olması şərtilə mən hücumu ləğv etməyə razılaşdım", - Tramp yazıb.

DS Media
14 152
❗️⚠️Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən kafelərdən birinin yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilib ki, partlayış açıq havada fəaliyyət göstərən kafenin yaxınlığında baş verib. Hadisə yerində fövqəladə xidmət əməkdaşları işləyir. Partlayışın səbəbi hələlik açıqlanmayıb

DS Media
14 152
photo content

DS Media
14 152
❗️❗️Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən d
❗️❗️Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 1987-ci il təvəllüdlü Sənur Əzizov Səbail Rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin yekun qərarı ilə Sənur Əzizov 8 sutkalıq inzibati qaydada həbs edilib.

DS Media
14 152
❗️❗️Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya liderlərinin görüşündə Prezident İlham Əliyevi salamlayıblar. Azərbaycan 2025-ci ildə bu formata qoşulduqdan sonra görüşdə ilk dəfə tamhüquqlu iştirakçı kimi yer alıb.

DS Media
14 152
❗️❗️Nepallı alpinist Nirmal Purja Pakistanın Qaraqorum dağlıq bölgəsində yerləşən 8047 metr hündürlükdəki Brod-Pik zirvəsində
❗️❗️Nepallı alpinist Nirmal Purja Pakistanın Qaraqorum dağlıq bölgəsində yerləşən 8047 metr hündürlükdəki Brod-Pik zirvəsində qar uçqunu nəticəsində həlak olub Təbii fəlakət zamanı N.Purja ilə birlikdə digər 9 dağçının da meyiti tapılıb. N.Purja daha əvvəl sosial şəbəkə hesabında Brod-Pikə qalxmağın onun ilkin planlarına daxil olmadığını bildirmişdi. Lakin idmançı sonradan oksigen balonundan istifadə etmədən 14 səkkizminlik zirvənin hamısını 2 dəfə fəth edən ilk insan kimi tarixə düşmək istədiyini vurğulamışdı. Qeyd edək ki, N.Purja 2019-cu ildə oksigen balonlarından istifadə etməklə 6 ay ərzində bütün səkkizminlikləri fəth edib. O, həmçinin sözügedən dağ sisteminin ikinci yüksəkliyinə ilk qış yürüşünün iştirakçısı olub.

DS Media
14 152
🇦🇿🇦🇿Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.

DS Media
14 152
❗️❗️Prezident İlham Əliyev Qarabağın bərpasına dəstəyə görə qırğız həmkarına təşəkkür edib