646
订阅者
-124 小时
+87 天
+830 天
帖子存档
Ey Xuda…
Hər nə qədri səcdə etsəm, şənivə layiq deyil,
Çünki na pak qəlbim Allah, sən deyən aşiq deyil...
Allah(c.c) hər bir duanı eşidər və qəbul edər.Lakin duanın qarşılığını üç hal ilə nəsibə yazar.
1.Ya həmin an nəsib edər.
2.Ya gecikdirər daha xeyirlisini nəsib edər.
3.Ya da bu dünyada nəsib etməz axirətdə əməl dəftərinə ağıla gəlməyən əməl savabı kimi yazar da nəsib edər✨
İmam Cəfər Sadiq (ə.s) buyurub:
"Hər kəslə dostluq etməyin. Yalnız üç xislətə malik olanla dost olun: darda qaldıqda köməyinizə çatan, səhv etdikdə sizə yol göstərən və rifah içində olarkən sizi unutmayan kəslə."
Xisal, cild 1, səhifə 142.
+1
❓️Qadın hansını seçməlidir? Hicabını, yoxsa...
#fətva #SeyidSistani #hicab #ailə
🔹️Hicablı qadının bədəninin hansı hissələri görünə bilər?
🔹 Buna görə də hicablı xanımlar diqqətli olmalıdırlar:
- Qulağın görünməsi;
- Boğazın görünməsi;
- Qolların biləkdən yuxarı hissəsinin açılması;
- Corabsız və ya nazik corabla ayaq dərisinin görünməsi və s. bu kimi hallar hicaba xələl gətirir.
+2
🔹️ Bunları etməyən valideyn
Allah dərgahında məsuliyyət daşıyır
#fətva #SeyidSistani #övladtərbiyəsi #hicab #əqidə #ibadət
Ayətullah Cavadi Amuli buyurur:
"Əgər ailəni sadəcə birgə yaşayış kimi görsək, onun dəyərini anlamarıq. Ailə – insanın Allaha yaxınlaşması üçün bir körpüdür. Bu körpünü keçmək üçün səbir, sevgi və Allaha təvəkkül lazımdır."
İmam Sadiq (əleyhissalam) buyurur:
«Əgər Allahın sənin ömrünü uzatmasını istəyirsənsə, ata-ananı sevindir.»
📚 Biharul-ənvar, cild 71, səh. 83
📖 Hicab ayəsi
Uca Allah buyurur:
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, cilbablarını üzərlərinə örtsünlər (yəni başdan ayağa özlərini örtsünlər)...”
📚 Əhzab surəsi, ayə 59
Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
Taha surəsi, ayə 98
Bismillahir-Rəhmanir-Rəhim
وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُّبِينًا
"Mömin kişiləri və möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır)."
Əhzab, 58.
Hz Əli (ə) buyurur:
"Xaliqə qarşı olan günah işlərdə məxluqa itaət etmək olmaz".
“Nəhcul-bəlağə”, 165-ci hikmət.
Həzrət Əli (ə) buyurub:
"Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun."
əl-Xisal, səh. 616, hədis 10
Ayətullah Kuhistani buyururdu:
Qidanın insan üzərində təsiri çox böyükdür.
İnsan yemək yedikdə, bir hissəsi qana çevrilir və beyinə çatır.
Nəticədə, əgər halal və pak olmazsa, insanın düşüncələrinə təsir edir.
Bu şeytani fikirlər həmin natəmiz qidanın təsirindən yaranır.
Mən özüm bəzən oturub düşünürəm. Əgər ağlıma pis fikirlər gəlirsə, dərhal fikirləşirəm ki, nə yemişəm!
