ch
Feedback
Level Up

Level Up

前往频道在 Telegram

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

显示更多
6 413
订阅者
-324 小时
-217
-9430
帖子存档
Fransada və Avstriyada könüllülük proqramları 1. Puget-Théniers, France 2. Graz, Austria 📍Daha ətraflı məlumat üçün linkdəki posta + yazın və hesabı izləyin ki, texniki olaraq rəy yazmağınız mümkün olsun ☺️https://www.instagram.com/p/CNQE8z9hMX_/?utm_medium=share_sheet

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün loqotip müsabiqəsi elan edir. Loqotip İrəvan Dövlət Azərbaycan Dram Teatrının konseptini özündə əks etdirməlidir. Müsabiqə iştirakçıları loqotip hazırlamalı və onu son tarix gününə qədər göstərilən ünvana təqdim etməlidirlər. Müsabiqədə yaradıcılığına güvənən hər kəs iştirak edə bilər. Müsabiqə şərtləri aşağıdakılardır: - Müsabiqəyə təqdim olunan dizayn nümunələri orijinal olmalı və indiyə qədər heç yerdə istifadə olunmamalıdır; - Hər iştirakçı müsabiqəyə yalnız bir loqotip dizaynı ilə qatıla bilər; - Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir; - Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s.) 500 sözdən artıq olmayaraq verilməlidir; - Məktuba müəllifin tam adı, ünvanı, e-mail ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər; - Müsabiqəyə təqdim edilən işlər 15 yanvar 2022-ci ilə qədər k.jafarova@culture.gov.az ünvanına göndərilməlidir; - Təqdim edilən dizayn işində müəllif hüquqları pozularsa, buna görə müəllif məsuliyyət daşıyır. Qalib Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 1500 AZN pul mükafatı ilə təltif ediləcək. Əlavə suallarla bağlı +994702720780 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz Kanal: @https://t.me/LevelUptelegram

Televiziya, radio, jurnalistika, mətbuat sahələrinə bacarığı və marağı olan könüllülərin nəzərinə. Layihənin əsas məqsədi televiziya, radio, jurnalistika və mətbuat sahələrinə bacarığı olan könüllüərin üzə çıxarılması, onların bu sahəyə olan maraqlarının və karyera imkanlarının artırılması, real təcrübə imkanlarının yaradılmasıdır. Layihəyə qoşulmaq istəyən könüllülər özlərinin seçdiyi maarifləndirici mövzu üzrə qısa məqalələr hazırlayacaqlar. Hazırlanan məqalələri isə kamera qarşısında radio və ya televiziya aparıcısı kimi təqdim edəcəklər. Göndərilmiş vieomateriallar münsiflər heyəti tərfindən dəyərləndiriləcək və qalib könüllülər təyin olunacaqdır. Belə ki, ilk beşlikdə yer alan videolar həftə ərzində təyin olunmuş günlərdə ASAN Könüllülərinin rəsmi bütün sosial şəbəkə hesablarında paylaşılacaqdır. I yerin qalibi olan könüllü isə ASAN Radionun bir gün ərzində qonağı olacaq, iş prosesi ilə yaxından tanış olma imkanı əldə edəcək, yayımlanan sosial istiqamətli bir proqramın könüllülərin ümumi fəaliyyətinə həsr olunmuş bir buraxlışının hazırlanmasında və təqdimatında aparıcı ilə birgə fəaliyyət göstərəcək. Videomateriala aid tələblər: • videomaterial 25.11.2021-ci il tarixədək göndərilməli • çəkilmiş videolar 9:16 ölçüsündə olmalı • videomontaj proqramlarından istifadə etməməli • hazırlanan məqalə maarifləndirici xarakterli olmalı • məqalə videonu saxlamadan və kəsinti olmadan birbaşa təqdim edilməli • videonun müddəti 30 saniyəni keçməməli • video təyin edilmiş elektron poçt ünvanına göndərilməli • göndərən zaman könüllünün fəaliyyətdə göstərdiyi mərkəz, ad, soyad, ata adı, K qrupu, hazırladığı məqalənin istiqaməti göstərilməli e-mail: konullumuxbir@gmail.com Qeyd: Videomateriala aid tələblərə riayət olunmadıqda, videonun müsabiqəyə uyğunsuz hesab ediləcəkdir. Hər hansı bir sual yaranarsa aşağıda qeyd edə və ya könüllülər üzrə məsul şəxsinizə yaxınlaşa bilərsiniz. Kanal: @https://t.me/LevelUptelegram

Aktiv vakansiyalar: 1. İşə Qəbul üzrə mütəxəssis https://qlor.me/kwn98252 2. Təlim üzrə Menecer https://qlor.me/kwnl6gqd 3. İKT infrastruktu monitorinqi mütəxəssisi https://bit.ly/3d0Of8z 4. Baş Sistem İnzibatçısı https://bit.ly/3o7Zp1I 5. Rəqəmsal bankçılıq analitiki https://bit.ly/3E6XbVN 6. Android Developer https://bit.ly/3peAjNW * İş yeri: #AccessBank

Dəyərli və Yardımsevər İnsanlar! 😊 Sizlərə möhtəşəm bir xəbərlə gəlmişik! 😎 11 Dekabr 10:00-18:00 saatları arasında Kreşendo Komandası olaraq KƏRMƏS keçiririk! (Kərməs - müxtəlif əl işlərininin, yeməklərin və s. sərgiləndiyi və gəlirinin xeyriyyəyə yönləndirildiyi bir tədbirdir.) Kərməsdə 5 müxtəlif stend olacaq: 🔸Əl işləri, 🔸Yemək, şirniyyat, 🔸Kitablar, 🔸Sağlam Qidalanma, 🔸İstifadə olunmayan əşyalar və paltarlar (Qeyd edək ki, buraya istənilən yaş və cins kateqoriyasına aid paltar və əşyalar daxildir). Əlavə olaraq: 🔹Çay və kofe, 🔹Canlı musiqi ilə gözəl bir gün keçirməyinizə şərait yaradılacaq. Nəzərinizə çatdıraq ki, Kərməsdən əldə edilən gəlirlə növbəti həftə Qocalar Evinə gediləcək. Bu elanı görən hər bir insanı Kərməsimizdə görməkdən çox şad olarıq. Yaxınlarınızı, dostlarınızı da özünüzlə gətirib həm maraqlı gün keçirə, həm gözəl bir xatirə qazana, həm də bir şeylər almaqla ətrafınıza və özünüzə fayda və töhfə verə bilərsiniz. 😊 Tarix: 11 dekabr, saat 10:00-18:00 Yer: Ecofront Ofisi Ünvan: Lev Tolstoy 76 (İçərişəhər metrosunun yaxınlığında, Təzə Pir Məscidi tərəf) Ofisi rahat tapmağınız üçün link: https://maps.app.goo.gl/vtjzTsQVsr7LGtSK6

Macarıstan 2022-2023 təqaüd proqramı Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum"una əsasən həyata keçirilir. Ərizəçilər 15 yanvar 2022-ci ilə qədər yalnız qeyd olunan veb saytda onlayn müraciət edə bilərlər. Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər: - 1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: https://apply.stipendiumhungaricum.hu/ - 2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir (15.01.2022/23:59-dək(GMT+4, Bakı vaxtı ilə)): https://app.htp.edu.az/ Kanal: https://t.me/LevelUptelegram

Sən də iTicket.az komandasına SMM manager, Graphic designer və ya Motion designer kimi qoşulmaq istəyirsənsə, CV və portfolionu hr@iticket.az mail ünvanına göndər. Kanal: https://t.me/LevelUptelegram

AIESEC Azərbaycanın təşkilatçılığı ilə növbəti Youth Speak Forumun qeydiyyatı açıq elan edildi! Dünyanın bir çox ölkəsində keçirilən Youth Speak Forumun əsas məqsədi müxtəlif peşə sahəsindən olan mütəxəssisləri və Azərbaycan gənclərini bir araya toplamaqla onları DİM və bir sıra mövzularda müzakirə və fikir mübadiləsinə cəlb etməkdir. Youth Speak Forum 11 Dekabr 2021-ci il tarixində Baku Youth Center-də baş tutacaqdır. Forumda müzakirə olunacaq mövzular: -Keyfiyyətli Təhsil (DİM 4) -Gender Bərabərliyi (DİM 5) -Layiqli Əmək və İqtisadi Artım (DİM 8) Youth Speak Forum Azərbaycan və İngilis olmaqla iki dildə keçiriləcəkdir. İstəyinizə uyğun olaraq seminarları Azərbaycan və ya İngilis dillərində seçə bilərsiniz. Forumda iştirak ödənişsizdirməhdud saydadır. Yalnız seçilmiş şəxslərə təsdiq maili göndəriləcək. İştirak üçün son qeydiyyat tarixi: 9 Dekabr, 2021 Qeydiyyat üçün link: bit.ly/YSFAZE9 Daha ətraflı məlumat üçün Instagram səhifəmizə @youthspeakforumaze müraciət edə bilərsiniz. Kanal: https://t.me/LevelUptelegram

*İngilis🇬🇧Dilinə Güvənənlər burdadımı😃?* *Dream Academy MMC* nəzdində fəaliyyət göstərən *Nargiz Development Center Team🎓* *Reading🇬🇧* _Yarışı_ ilə qarşısındadır✨ _📅Tarix: 01.12.2021_ _🕤Saat: 20:30_ *Məkan: Whatsapp* *Qeydiyyatdan📩keçmək üçün link⤵️* https://forms.gle/xZAqSEiykWHRSPpJA

4 ölkədə könüllülük proqramı 1. Ekenäs, Finland 2. Plovdiv, Bulgaria 3. Zagreb, Croatia 4. Vila de Cucujães, Portugal Daha ətraflı məlumat üçün linkdəki posta + yazın və hesabı izləyin: https://www.instagram.com/p/CNQE8z9hMX_/?utm_medium=share_sheet

Sahibkar olmaq istəyirsiniz? Elə isə sahibkarlığa gedən yolda lazımi bütün dəstəyi tapacağınız SABAH.lab-a gəlin! SABAH.lab akselerasiya mərkəzi Azərbaycanda innovasiya ekosisteminin inkişafına təkan vermək məqsədilə qurulub. Bu yöndə atdığımız ilk addım isə startap ideyası və ya sadəcə marağı olan hər kəsi həm maddi olaraq dəstəkləmək, həm də bilik və təcrübələrlə təmin etməkdir. Bütün bunlardan yararlanmaq istəyirsinizsə, sadəcə olaraq ödənişsiz proqramımızda qeydiyyatdan keçə bilərsiniz. Proqrama qoşulmuş hər kəs sadalanan üstünlüklərdən yararlanmaq şansı əldə edir: ✅ Mentorluq proqramı ✅ Sahə üzrə ekspert dəstəyi ✅ 25.000 AZN investisiya ✅ İT dəstəyi ✅ İstedadlı şəxslərlə əlaqə imkanı ✅ Tərəfdaşlarımız üzərindən əlavə satış kanalları ✅ Ofis və çalışma məkanı Qeyd edək ki, akselerator proqramımız Avropadakı ən yaxşı universitetlərindən olan “IE Business School” ilə tərəfdaşlıq və “MIT”, “Stanford”, “UC Berkeley” kimi qabaqcıl universitetlərdən professor və ekspertlərin dəstəyi ilə yaradılıb. ⏱ Qeydiyyat üçün son tarix — 10 dekabr. 🔗 Elə indi qeydiyyatdan keçin: https://bit.ly/3oVme7Y

İnnovativ qadın sahibkarların yetişdirilməsi və inkişafına dəstək xarakterilə regionda yaşayan və öz biznesini yaratmaq yaxud təkmilləşdirmək istəyən xanımlar üçün bacarıqların artırılması məqsədilə həyata keçirilən “Smart Xanım” layihəsinə müaciətlər qəbul edilir. Layihəyə Qax, Zaqatala, Balakən, Gəncə, Tovuz, Şəmkir, Lənkəran, Masallı, Biləsuvar rayonlarında yaşayan 18 yaşdan yuxarı qadınlar qatıla bilər. Proqrama qoşularaq siz regionu tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza biliklərə və ekspertlərə çıxış imkanı əldə edəcək, öz biznes ideyanızın real biznesə çevrilməsi üçün layihə üzərində real iş imkanı qazanacaqsınız. Proqramın sonunda qalib olan 3 ideyanın biznesə çevrilməsi üzrə dəstək təmin olunacaq. Layihə iştirakçılara sahibkar kimi formalaşmaq üçün 6 ay ərzində aşağıdakı əsas dəstək alətləri ilə təmin edəcəkdir: • biznes ideyanızı formalaşdırmaq və reallaşdırmaq üçün motivasiya; • online təlimlər vasitəsilə sahibkar üçün lazım olan bilik və bacarıqlar; • biznes layihəsinin yazılması üçün mentorluq; • ən uğurlu layihələrin həyata keçirilməsi üçün dəstək; • öz regionunuzda olan biznes mühitə birbaşa çıxış imkanları və təcrübə mübadiləsi. Layihədə iştirak şərtləri aşağıdakılardır. • 18 yaşdan yuxarı öz işini qurmaq motivasiyası olan istənilən qadın • qeyd olunana rayonların birində yaşamaq • tək yaxud qrup halında öz regionunda biznes yaratmaq yaxud mövcud biznesini təkmilləşdirmək istəyi olmaq Layihədə iştirak üçün qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfPg_wJAVx6wN964xXLiQr3WnfQqJoTPZXqgC8AaS7drlCtxQ/viewform Müraciət üçün son tarix 19 dekabr 2021-ci tarixidir. İştirakçılar layihə ilə bağlı ətraflı məlumatı smart.khanim2021@gmail.com və +99455 917 5202 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər. Layihə haqqında daha ətraflı məlumatı smartnation.az səhifəsindən ala bilərsiniz. #faydalı #layihə #smartxanım

Maaşlı təcrübə proqramı Dəyərli Gənclər! 2018-ci ildən gənclərin inkişafı yönündə fəaliyyət göstərən ElMundo Group LLC təcrübə programı elan edir. 💸 Qeyd: Təcrübə programı maaşlıdır. Karyeranı satış temsilcisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik. Öhdəliklər: - Keçirilən təlimlərdə aktiv iştirak etmək, - Təlimlərdə keçirənləri mənimsəmək və tətbiq etmək, - Mentorla interaktiv işləmək. Tələblər: • Karyerasını satış işində görmək, • Öyrənməyə açıq olmaq, • Hedeflerle işləməyi bacarmaq, • Pozitiv ünsiyyət bacarığı olması, • Komanda ilə işləmək bacarığı. Tərəfimizdən irəli sürülən bu layihə tələbələrin və ya iş potensialı olub ali təhsili olmayan gənclərin bu sahədə peşəkar təcrübə qazanması və təşkilatda karyera qurmasını təmin edir. Maraqlanan şəxslər aşağıdakı nömrəyə WhatsApp üzərindən yaza bilərlər: https://wa.me/message/H5OIDFSWVKOGM1 +994705992637

#avropadakönüllülük proqramı Location: Vila de Cucujães, Portugal Project name: From Everywhere to Everyone Hosting organization: Cruz Vermelha Portuguesa – Delegação de Cucujães Sending organization: “Common Sense” Youth Organization Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship) Project period – 28/02/2022 to 30/09/2022 (7 months) Deadline: 8th December 2021 ​​​​​​​https://csyo-az.org/2021/11/28/esc1128/

👤 _QONAĞIMIZ_ : _Senan Nadirli_ _Beyin ve uşaq tərbiyəsi üzərə araşdırmaçı, telimci_ _〽️övzumuz_ : _*beyində baş verən problemlər*_ *_📉Tarix: 05.12. 2021_* *_⏰Saat: 21:00_* *📲Məkan: ZOOM* *✖ÖDƏNİŞSİZ* *✔RƏSMİ SERTİFİKATLI* _🖇Təlimə qoşulmaq üçün link_ https://chat.whatsapp.com/G5V071cIcpXDM2XkynH7Ur

“Rəqəmsal Zirvələr Konfransı 2021”in bir hissəsi ol! “Facebook”, “Revolut”, “Rambler&Co”, “Barclays” və digər nəhəng şirkətlərin nümayəndələri ilə bir arada olub yeni bilik və təcrübələr qazanmaq istəyirsən? O zaman 8-11 dekabr tarixlərində canlı yayıma qoşularaq hər kəsin danışmadığı mövzuları beynəlxalq ekspertlərin dilindən eşidin. • “ProductHunt”- Məhsul inkişafı • “DevOps Days” - Rəqəmsal mühəndislik • “UX/UI” - Məhsul dizaynı • "DataDay" - Datanın transformativ gücü Tədbir haqqında ətraflı məlumat və qeydiyyat üçün: https://bit.ly/3HibBo5 Rəqəmsal zirvələri fəth et. Fərqi bizimlə yarat! Kanal: https://t.me/LevelUptelegram

📣Layihə - "ProGrammo" [Self-Study] 📌Bunları təhsil almaq imkanlarınız olacaq: • JavaScript • Python: • Java • C # • HTML və CSS • UX Dizaynı • SEO • Excel • Command Line (Terminal) ✅Kurlsar tam pulsuzdur! ✅Kursun uzunluğu seçiminizdən asılı olacaq. Məzun olduqdan sonra hər kəsə 2 sertifikatın verilməsi nəzərdə tutulur. 📌Kurslan ingilis dilində olacaq. 1) Kursun adından (qiyməti 20$, sertifikat ödənişlidir, kurslar pulsuzdur) 2) Özəl şirkət adından ✅Kurs adından olan sertifikatlar, "Google" kimi şirkətlər tərəfindən gəbul edilir. 📌Ancaq UNEC tələbələri üçün! Qeydiyyat: https://www.programmo.org/ Telegram: https://t.me/LevelUptelegram

DİQQƏT! DİQQƏT! İş axtaranların nəzərinə * Aktiv vakansiyalar: 1. Ofis Menecer / Maaş: 500-600 AZN https://lnkd.in/dsg9k6en 2. Elektrik – mexanik / Maaş: 800-1000 AZN https://lnkd.in/duMaqMyd 3. Anbardar / Maaş: 600 AZN https://lnkd.in/dHy8Dmny 4. Rus dili müəllimi / Maaş: 400 AZN https://lnkd.in/dkJgu5Hb 5. Mexanika mühəndisi / Maaş: 1000-1200 https://lnkd.in/dMkPBfqi 6. Planlama və Satınalma üzrə baş mütəxəssis / Maaş: 800-1000 AZN https://lnkd.in/dURVj44P 7. Direktor assistenti / Maaş: 800-900 AZN https://lnkd.in/dbXtDk3e 8. Baş Mühasib / Maaş: 1500 AZN https://lnkd.in/du29PM9u

Bu post gənclər üçündür. Univetsiteti bitirdikdən sonra, yeni bir mərhələ - iş axtarma mərhələsi gəlir. Hal-hazırda yüksək rəqabətlilik var gənclər arasında. İş yerləri azdır, universitetlərimiz isə bazara uyğun kadrlar yetişdirilməsində çox az rol oynayır. Və gənclərimiz, universitet dövründə sadəcə dərsləri ilə məşğul olurlarsa, iş tapmaq mərhələsində çətinliklərlə üzləşirlər. Ən əsası, hər yerdə təcrübə istəyirlər universiteti yeni bitirənlərdən də. Ona görə əziz gənclər, tələbəlik dövrünü daha faydalı, maraqlı, karyerayönümlü keçirmək üçün, Təcrübə Proqramlarından, Könüllülük Proqramlarından, təlimlərdən, seminarlardan istifadə edin. Dil bacarıqlarınızı inkişaf etdirin. Bunun üçün, bir neçə təcrübə proqramını sizlər üçün bir araya topladıq. Uğurlar! 1. Programmes Intern (paid, part-time, service contract) https://edumap.az/programmes-intern-paid-part-time-service-contract/ 2. “Okmedia MMC ” Satış və Marketing üzrə təqaüdlü təcrübə programı elan edir https://edumap.az/okmedia-mmc-satis-ve-marketing-uzre-teqaudlu-tecrube-programi-elan-edir/ 3. Riteyl Bankirlər Məktəbi layihəsi https://edumap.az/riteyl-bankirler-mektebi-layihesi/ 4. NewBar Consulting təhsil sahəsində satış işini apara biləcək təcrübəçi vakansiyası elan edir https://edumap.az/newbar-consulting-tehsil-sahesinde-satis-isini-apara-bilecek-tecrubeci-vakansiyasi-elan-edir/ 5. Maaşlı Təcrübə Proqramları https://edumap.az/maasli-tecrube-proqramlari/ 6. Maliyyə departamentində təcrübə proqramı https://edumap.az/maliyye-departamentinde-tecrube-proqrami-3/ 7. “Hüquq üzrə Təcrübəçi” vakansiyası https://edumap.az/huquq-uzre-tecrubeci-vakansiyasi/

#avropadakönüllülükproqramı Location: Szécsény, Hungary Project name: Seeds of Solidarity Hosting organization: Egyesek Youth Association Sending organization: “Common Sense” Youth Organization Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship) Project period – 01/02/2022 to 30/11/2022 (10 months) Deadline: 30th November 2021 ​​​​​​​https://csyo-az.org/2021/11/23/esc1123-2/