Level Up
前往频道在 Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
显示更多6 430
订阅者
-224 小时
-227 天
-9830 天
帖子存档
6 430
Əziz gənclər!
Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2022-ci il noyabrın 22-də Tovuz rayonunda Gənc Sahibkarların III Forumu keçiriləcək.
Forumun keçirilməsində məqsəd gənc sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərin müzakirəsidir.
Forumda iştirak etmək istəyənlər noyabrın 10-dək aşağıdakı linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/QUrLMpBcypmikXmH6
Kanal: https://t.me/LevelUptelegram
6 430
Türkiyədə 3 aylıq təcrübə proqramında iştirak etməyə nə deyirsən? Taskilled sənə bu imkanı yaradır! Aşağıdakı aktual sahələrdən birini seçərək, qonşu ölkənin nüfuzlu şirkətlərindən birindən möhtəşəm təcrübə qazanmaq artıq reallıqdır:
• Turism&Hospitality
• Banking&Finance
• Business Analytics: Data Science
• Game Development
• Marketing
• Project Management
Proqramda iştirak edərək nə qazanacaqsan?
• Türkiyənin aparıcı şirkətlərində iş təcrübəsi
• Türkiyədə davamlı iş təklifi alma şansı
• Geniş network-ə çatma imkanı
• Proqramı uğurla tamamladığınız təqdirdə sertifikat
Başlama tarixi: 20.02.2023
Daha ətraflı məlumat və müraciət üçün link: https://www.taskilled.com/internship/114
Kanal: https://t.me/LevelUptelegram
6 430
6 noyabr Gənclər və İdman Nazirliyinin müzəffər Azərbaycan Ordusunun tarixi zəfərinə həsr olunan “Qələbə qaçışı” adlı xeyriyyə tədbirində iştirak edərək həm əylənin, həm də Şəhid ailələri üçün ianə yığılmasına dəstək olun.🙏🏻
🗓️ Tədbir 6 noyabr, səhər saat 10:00-da başlayır
📍 Dənizkənarı Milli Park, “Yeddi gözəl” fəvvarəsinin qarşısı
Qaçışa qatılmaq üçün isə qeydiyyatdan keçib 20 AZN ianə edə bilərsiniz. Qeydiyyat linki: https://marathon.smartscoring.com
💳 Qaçışdan əldə olunan vəsait Şəhid ailələrinə ianə ediləcək.
6 Noyabr - birlikdə “Qürurla İrəli” deyək!
6 430
Şirkət: ElMundo Group MMC
Vakansiya: Satış məsləhətçisi.
(Gənclər üçün möhtəşəm fürsət)
Vəzifə öhdəlikləri:
• Şirkətin məhsul və xidmətlərinin satışının təşkil olunması;
• Sosial media kanallarından daxil olan müraciətləri qəbul edib satışı reallaşdırmaq (Whatsapp, Instagram Facebook)
• Mövcud müştəri bazasının idarə olunması;
• Daxil olan telefon zənglərinə cavab vermək;
• Telemarketing (şirkət məhsullarının satışı);
• Müştərilərə məhsul və xidmətlərlə bağlı məlumat vermək;
• Yeni müştərilərin axtarılması;
• Müştəri bazasının yaradılması.
Namizədə tələblər:
• Tələbələr və iş təcrübəsi olmayanlar müraciət edə bilər,
• Əla ünsiyyət və kommunikasiya bacarığının olması,
• Yeni yaradıcı ideyalar təqdimetmə bacarığı.
Şərtlər:
• İlk başlayanda təcrübəçi müddəti verilir.
• Təcrübə müddətində görülən işə görə əməkhaqqı ödənilir,
• Həftədə 5 gün 10:00 - 18:00 iş qrafiki, (işi edəndə idarə edə bilərsiniz.)
• Yaş həddi 18-30
• Fix əmək haqqı 300 AZN + bonus (təcrübə müddətini uğurla bitirdikdən sonra)
• Korporativ nömrə və danışıq, internet balansı,
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Müraciət üçün aşağıdakı e-mail adresinə "Satış Məsləhətçisi" başlığı ilə cv-lərinizi göndərə bilərsiniz.
elmundo.group.mmc@gmail.com
Əlavə məlumat üçün WhatsApp: +994705992637
6 430
Təcrübəli işçiyə hər yerdə ehtiyac var. Bəs iş təcrübəsini necə qazanmaq olar?
#İrəliləyİş layihəsinə qoşul, 100-ə yaxın qurumda #təcrübə proqramında iştirak edəcək gənclərdən biri də sən ol! İrəliləyİşin yaratdığı imkandan istifadə et, #iş təcrübəsi qazan, öz karyeranı qur!
Ətraflı: https://dma.gov.az/layiheler/irelileyis-layihesi
Kanal: https://t.me/LevelUptelegram
6 430
#ödənişsiz
📢 PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir.
📌2 aylıq bu proqramda siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. Bəs bu proqramda kimlər iştirak edə bilər?
❗️Əgər:
- Uğurlu karyeraya başlamaq;
- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;
- Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə;
O zaman TƏLƏSİN!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
✅30 yaşı tamam olmamış;
✅Orta və ya ali ixtisas təhsilli məzunlar;
✅Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
📆 İştirak etmək istəyənləri 3 noyabr 2022-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:
📑 https://forms.gle/X7K7fAbrzK24dbYq9
Kanal: http://t.me/genclerindostlari
6 430
Beynəlxalq Sosial Sahibkarlıq Akademiyasına Qeydiyyat! (Bu gün bitir!!!)
https://forms.gle/7ZYXQ1cANuPrvA2e6
Kanal: https://t.me/LevelUptelegram
6 430
Korporativ satışların həyata keçirilməsi üçün komandamıza təcrübəli satış meneceri axtarırıq!
Əsas vəzifə öhdəlikləri:
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması
• İşgüzar və korporativ danışıqların aparılması
• Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
• Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
Namizədə dair tələblər:
• Ali təhsil
• 21-28 yaş arası gənclər
• Minimum 1 il iş təcrübəsi
• Təqdimat bacarığı
• Özünü ifadə edə bilən, yüksək motivasiyalı, yenilikçi namizəd
İş şərtləri:
• İş vaxtı: Sərbəst iş qrafiki
• Əməkhaqqı: 1000 AZN+ (bonus əsaslı)
• Ünvan: 79 Z.Nudirəliyev küçəsi, 7 saylı Asan xidmət – İnnoland
CV-lərinizi info@taskilled.com mail ünvanına “Korporativ Satış Mütəxəssisi” başlığı ilə göndərməyiniz xahiş olunur.
Kanal: https://t.me/LevelUptelegram
6 430
🤩Türkiyəli Psixoloq Ferhat Aydın Bakıda❗️
🗓05.11.2022
🕒15:00-18:00
🎫15 - 50 ₼
📍Pullman Baku
🔰Psikogösteri- Sence Ben Normal miyim?
Psikoloji ve psikoterapiye dair klişelerin ele alındığı bir içeriktir. Psikoloji alanında sıklıkla sorulan soruların ve doğru olduğu düşünülen yanlış bilgilerin mizahla harmanlandığı bu içerik 2 perdeden oluşmaktadır. Gösterinin ilk yarısında psikoloji kültürünü ve ülkemize dair gözlemlerini anlatan Ferhat Aydın, ikinci yarıda izleyicilerden gelen soruları yanıtlamaktadır.
Bütün bildiklərinizi sıfırlayacağınız bir seminar
Qeyd edim ki yalnız 8 nəfər hoca ilə özəl yeməkdə görüşəcək.
Seminar üçün isə link qoyuram girib biletinizi indidən alın.
https://lnkd.in/dHUFRZJS
6 430
Finlandiyada təcrübə proqramı (xərclər qarşılanır)
Location: Helsinki/Vantaa/Espoo, Finland
Project name: Volunteering project in Finland!
Hosting organization: NICEHEARTS
Sending organization: “Common Sense” Youth Organization
Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship)
Project period – 01/03/2023 to 01/09/2023 (6 months)/15.08.2023–15.02.2024 (6 months)
Deadline: 13th of November 2022
https://csyo-az.org/2022/10/28/mk2810/
Kanal: https://t.me/LevelUptelegram
6 430
Yeni vakansiyalar:
1. Mühasib köməkçisi - https://bit.ly/3NnGj2n
2. Sorğu operatoru - https://bit.ly/3zsRJw0
3. Təcrübə proqramı - https://bit.ly/3gUYbWm
4. Məlumat mərkəzi üzrə mütəxəssis - https://bit.ly/3DKLhmN
5. Biznes analitik - https://bit.ly/3fdCbpj
6. Kredit riskləri şöbəsinin rəisi - https://bit.ly/3FCLGc2
7. Aparıcı mütəxəssis - https://bit.ly/3FvdIq3
8. Kiçik kredit mütəxəssisi - https://bit.ly/3SRwsTH
9. Təhlükəsizlik həlləri üzrə memar - https://bit.ly/3Urlu8P
10. Продавец-консультант - https://bit.ly/3gObwiZ
Kanal: https://t.me/LevelUptelegram
6 430
“Bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı” və “külək turbinlərinin quraşdırıcısı” istiqamətləri üzrə kursa qeydiyyat başladı.
Müasir əmək bazarının tələblərinə cavab verən peşə və ixtisaslara yiyələnərək işlə təmin olunmaq istəyən şəxslərin diqqətinə!
Dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlıq çərçivəsində “Peşə öyrən, işsiz qalma” devizi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kursları təşkil edilir.
Bu dəfə Agentlik “GLE” MMC ilə birgə “bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı” və “külək turbinlərinin quraşdırıcısı” istiqamətləri üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır.
Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə fotovoltaik sistemin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirlər və fotovoltaik sistemi qurarkən müxtəlif interfeys problemlərinin aşkarlanması, külək enerjisi, külək turbinlərinin elektrik və mexaniki aspektləri, o cümlədən külək turbinlərinin komponentləri, müxtəlif konsepsiyaları, külək parklarının planlaması, reallaşdırma, istismarı və servisi haqqında ətraflı məlumatlar veriləcək. Dərslər praktiki və nəzəri formada təşkil ediləcək.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
6 430
"Bizim Gənclik" İctimai Birliyi gənclərin müraciəti üzrə menecerlərin qəbuluna start verir!
Proqrama 17-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər.
Qeyd:
1️⃣Proqramda gənclər təşkilatçılıq, idarəçilik, vaxtın idarə olunması kimi bacarıqlarla yanaşı peşəkar komanda ilə iş təcrübəsi yaşayacaq.
2️⃣Təcrübəçi gənclərə peşəkar təlimçilər və nüfuzlu şəxslər tərəfindən masterklasslar keçiləcək.
3️⃣Əməkdaşlar uğurlu fəaliyyət üzrə sertifikatla təltif olunacaqlar.
📌Qeydiyyat linki:
https://bit.ly/3CR8xOi
🛑Son müraciət tarixi: 5 noyabr
Kanal: https://t.me/LevelUptelegram
6 430
Ayda 5 manata təcrübədə iştirak et 🤩
İstənilən universitetin tələbəsi, 3 ay ərzində Taskilled ilə aşağıdakı 4 sahədən birində təcrübə qazana bilər:
📍Biznesin İdarə edilməsi
📍Məhsul İdarəetməsi
📍Biznes Analitikası: Data Science
📍Rəqəmsal Marketinq
Real keys tapşırıqları vasitəsilə iş həyatına hazırlıq, biliklərin ölçülməsi, iş müsahibəsinə hazırlıq, sertifikat və partnyorlar tərəfindən iş təklifi alma şansı – proqramın üstünlüklərindən sadəcə bir neçəsidir! 😉
Qeyd edək ki, praktiki təcrübə keçməyiniz barədə universit tərəfindən tələb olunan sənədləri, müvafiq hesabatları da sizin üçün imzalaya bilərik.
Başlanğıc tarixi: 15.02.2023
Qoşulmaq üçün link: https://www.taskilled.com/internship/96
6 430
📣 "StartUp Hub Poland" tərəfindən keçirilən "V4-Azerbaijan Tech Bridge" layihəsi üçün qeydiyyat başa çatır!
📌 "StartUp Hub Poland", innovativ yeniliklərə və sağlam biznes modelinə malik startaplara Polşada komandalar yaratmaq, korporativ tərəfdaşlarla işləmək, qlobal miqyasda genişlənmək və Avropada böyümək üçün şərait yaradır.
📌 Polşanın Bakıdakı Səfirliyinin təşəbbüsü ilə ölkəmizə gələn və Çexiya, Macarıstan, Polşa, Slovakiya hökumətləri tərəfindən Beynəlxalq Vişeqrad Fondunun Vişeqrad Qrantları ilə maliyyələşdirilən layihəyə qeydiyyat 3 gün sonra başa çatır.
✅ Xəbərin detalları və startapların qeydiyyatı üçün aşağıdan saytımıza keçə bilərsiniz.
https://lnkd.in/dyd7eZ8X
Kanal: https://t.me/LevelUptelegram
6 430
"Eramus Tələbə Şəbəkəsi - Azərbaycan" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 11 noyabr 2022-ci il tarixində "Globus Center" biznes mərkəzində "Erasmus Village" layihəsi həyata keçiriləcəkdir.
Layihə beynəlxalq təhsil & təcrübə sahəsindəki əsas qurumları bir araya gətirməyi, gəncləri (tələbələri) xaricdə təhsil almaq və təcrübə keçmək (könüllülük etmək) imkanları haqqında ətraflı məlumatlandırmağı, onları bu imkanlara müraciət zamanı lazım olan zəruri bilik və bacarıqlarla təchiz etməyi və ali təhsil müəssisələrinin, QHT-lərin, gənclər təşkilatlarının Erasmus+ və digər beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən proqram və qrantlardan necə faydalana biləcəkləri barədə ətraflı məlumatlandırmağı, eyni zamanda ən yaxşı təcrübələr və mövcud problemlər əsasında fikir mübadiləsi aparmağı, mövcud problemlərə həll yolları tapmağı hədəfləyir. Bir gün ərzində baş tutacaq tədbirdə xaricdə təhsil və təcrübə ilə bağlı müxtəlif interaktiv sessiyalar yer alacaqdır. Bu sessiyalara misal olaraq Avropa Həmrəylik Korpusu (European Solidarity Corps), Erasmus+ Gənclik (Erasmus+ Youth), Erasmus Mundus Birgə Magistr proqramı (EMJMD), dövlət proqramları ilə xaricdə təhsil imkanları, müxtəlif beynəlxalq təqaüd proqramları (Chevening, SI scholarships və s.) ilə xaricdə təhsil imkanları haqqında informativ sessiyalar, effektiv CV və motivasiya məktubu yazmaq vörkşopu, müxtəlif proqramlardan məzun olan gənclər (tələbələr) tərəfindən xaricdə təhsil, təcrübə və mübadilə (Erasmus+) hekayələri aiddir.
Həmçinin sözügedən tədbir zamanı xarici ölkələrin diplomatik nümayəndəliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin və universitetlərin beynəlxalq proqramlarının təmsilçiliyi ilə xaricdə təhsil və təcrübə sərgisi də baş tutacaqdır. Sərgi zamanı xarici ölkələrin diplomatik nümayəndəliklərinin, QHT-lərin, beynəlxalq təşkilatların və universitetlərin nümayəndələri öz qurumlarını təmsil edəcəklər və potensial tələbələrə öz təhsil & təcrübə imkanları barəsində ətraflı məlumat verəcəkdirlər.
"Erasmus Village" layihəsi Erasmus+ proqramının 35 illiyinə həsr olunur.
Tədbirin tarixi: 11 noyabr 2022-ci il
Tədbirin məkanı: "Globus Center" biznes mərkəzi (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609)
Qeydiyyat anketinə keçid: https://lnkd.in/gpAuwQVV
Tədbirə son qeydiyyat tarixi: 4 noyabr 2022-ci il, saat 23:59 (Bakı vaxtı ilə)
Qeyd: Tədbirin sessiyalarında iştirakçı sayı məhduddur, qeydiyyatı təsdiqlənmiş şəxslərə qeydiyyat prosesi bitdikdən sonra elektron poçt vasitəsi ilə təsdiq məktubu göndəriləcəkdir. Tədbir zamanı baş tutacaq xaricdə təhsil və təcrübə sərgisi isə ictimaiyyətə açıq olacaqdır.
#ESNAzerbaijan #ErasmusVillage2022 #QHTAgentliyi #ErasmusAzərbaycan #xaricdətəhsil #xaricdətəcrübə #ErasmusPlus #THISisESN #AzərbaycanGəncliyi
Kanal: https://t.me/LevelUptelegram
