• العربية/الأذرية •
前往频道在 Telegram
العربية بحر بلا شاطئ💎 بلغوا عنّي ولو آية {محمدﷺ}✨️ ✔️Hədislərin, ayələrin, fətvaların və faydalı dərslərin Azərbaycan dilinə tərcüməsi.
显示更多1 469
订阅者
-124 小时
-17 天
+630 天
帖子存档
1 470
📌Abdullah ibn Şubrumə رحمه الله demişdir:
“İnsanların xəstəlikdən qorxaraq yeməkdən çəkinmələrinə, lakin Cəhənnəm qorxusundan günahlardan çəkinməmələrinə təəccüb edirəm.”
📚[Siyər əa'ləm ən nubələ 6/348]
• T.me/arabiazeri •
1 470
⛔️GİZLİ GÜNAHLAR VƏ HARAM BAXIŞLAR
Bu telefonlar insanların ayrılmaz bir parçasına çevrilib. Qiyamət günü bu cihazlar neçə-neçə günah sahibinin həlakına səbəb olacaq-əgər onlar dünyada ikən tövbə etməzlərsə. Çünki onlarla günah etmək çox asanlaşıb. Haramlar, asiliklər bir düymə ilə ediləcək qədər bəsitləşib. Və insan bunları xəlvətdə - heç kim görmədiyi zaman edir.
Xəlvətdə edilən günahlar insanın təqvasının ölçüsüdür. Onlar insanı məhv edib alçaldır, qəlbinin nurunu söndürür, sahibini Rəbbi qatında rəzil edir, qəlbində nifaq toxumu əkir, insanı həlaka aparır, həyat sıxıntısını ona cəlb edir və s.
Lakin müsəlman gizlində və aşkarda Allahdan qorxmalıdır. Heç kim onu görməsə də Allahın baxışlarını daima üstündə hiss etməlidir, gizli günahları gizli ibadətlərlə əvəz etməlidir. Çünki yaxşılıqlar pislikləri aparır. Gizli günahlar sahibini alçaltdığı kimi, gizli ibadətlər də sahibini ucaldır, izzətləndirir.
Allah bizləri gizlində və aşkarda Ondan qorxan qullarından etsin! Əmin!
• T.me/arabiazeri •
1 470
✍🏻Son zamanlar alimlərin videolarının arxa fonuna təsiredici səslərin, naşidlərin qoşulmasının aşırı dərəcədə yayıldığına görə dəvət səhifəsi olanlar üçün bu proqramı paylaşırıq. Bu proqram vasitəsilə asanlıqla naşidləri videodan ayıra bilərsiniz. Düzdür daha çox zümzüməli səsləri təmizləyir, amma bəzi sözlər eşidilir. Lakin yenə də çox hissəsin təmizləyir👍
https://vocalremover.org/?utm_source=chatgpt.com
➡️Linkə daxil olursunuz
➡️Bənövşə yazılı "Browse my files" seçiminə basırsınız
➡️3 seçim gəlir: kamera, videokamera, fayllar
➡️Fayllar qismindən daxil olub naşidli videonu seçirsiniz
➡️Sonra emalın tamamlanması üçün gözləyirsiniz.
➡️Sonra Music 0-a endirirsiniz, Vocal isə 100-ə qaldırırsınız.
➡️"Save" basıb audionu endirirsiniz.
➡️Sonra video düzəltdiyiniz proqrama (inshot olsun, capcut olsun fərq etməz) daxil olub əsli videonu emal üçün seçirsiz, səsini alırsınız, əldə etdiyiniz bu audionu videoya əlavə edirsiniz. Sonra videonu qeyd edib, niyyətinizi yeniləyib paylaşırsınız.
Allahın razı qaldığı yerlərdə istifadə etməyiniz diləyilə. 🌹
• T.me/arabiazeri •
1 470
❤️🩹BƏS SƏN ALLAH HAQQINDAKI HÜSNÜ ZƏNNDƏ HARDASAN?
Allah haqqında nə qədər gözəl zənn edərsənsə, zənnin qədər də xoşbəxt olarsan.
• T.me/arabiazeri •
1 470
📌قال ابن القيم -رحمه الله-
( إن من أعظم الدعاء:
اللهم إني أسألك العزيمة على الرشد والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار)
📌قال الشيخ عبدالرزاق البدر حفظه الله:
والله ثم والله ثم والله،
إن أعطاك الله هذه الدعوة لم يبقَ لك من الخير شيء إلا ونلته وفزت به.
•••💎
📌İbnul-Qayyim رحمه الله buyurur:
"Ən əzəmətli dualardan biri də:
“Allahım! Səndən haqq yol üzərində qərarlı olmağı, bütün xeyirlərdən qənimət, cənnəti qazanmağı və cəhənnəmdən qurtuluş istəyirəm”
📌Şeyx AbdurRazzəq əl-Bədr حفظه الله buyurur:
"Allaha and olsun, sonra yenə Allaha and olsun ki, (3 dəfə təkrar edir) əgər Allah sənə bu duaları bəxş etsə, elə bir xeyir qalmaz ki, ona nail olmayasan və onunla qazanc əldə etməyəsən".
• T.me/arabiazeri •
1 470
➖ELM TƏLƏBİNDƏ ÜZ VERMİŞ TƏNBƏLLİYİ NECƏ ARADAN QALDIRMAQ OLAR?
📌Bu problem hər bir elm tələbəsinə üz verə bilər. Lakin Allahın izni ilə bunun çarələri vardır. Allah bu səbəbləri tutub faydalanmağı hər birimizə nəsib etsin. Əmin!
• T.me/arabiazeri •
1 470
كل حلم يبدأ بخطوة,
وكل دعاء له يوم يُستجاب فيه.
بسم الله....
Hər bir xəyal bir addım ilə başlayır,
Hər bir duanın da qəbul olunacağı bir gün vardır..
@arabiazeri
