Virtual «Əl-Məhdi (əc)» Məscidi
前往频道在 Telegram
Virtual «Əl-Məhdi (əc)» Məscidi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmişdir.
显示更多242
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Xanım Fatimeyi Məsumənin (sə) mübarək mövludu münasibətilə hamınızı təbrik edirik
🌹🌹🌹🌹🌹
Repost from «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi
TƏQVİM - 1445-Cİ HİCRİ QƏMƏRİ İLİNİN ZİLQƏDƏ AYI
--
almahdi.az
—
rizvan.az
25 Şəvval, İmam Sadiq Əleyhissalamın şəhadət gününün ildönümüdür.
Başda İmam Zaman əc olmaqla hər birinizə başsağlığı verir, Allahdan hər birinizə axirətdə o həzrətin şəfaətini diləyirik.
----
almahdi.az -- rizvan.az
25 Şəvval, İmam Sadiq Əleyhissalamın şəhadət gününün ildönümüdür.
Başda İmam Zaman əc olmaqla hər birinizə başsağlığı verir, Allahdan hər birinizə axirətdə o həzrətin şəfaətini diləyirik.
----
almahdi.az -- rizvan.az
Repost from Dar-ul-Quran
AYƏTUL-KURSİ NEÇƏ AYƏDƏN İBARƏTDİR?
Şiə təfsirçilərinin nəzərinə əsasən Ayətul-Kursi yalnız Bəqərə surəsinin 255-ci ayəsidir¹
Təfsirul Mizan kitabının müəllifi, Seyid Muhəmməd Hüseyn Tehrani, Əllamə Təbətəbai də Ayətul-Kursi-ni Bəqərə surəsinin 255-ci ayəsindən hesab edərək əliyyul əzim kəlməsində bu ayənin bitdiyini buyurur.
Şiənin görkəmli müasir alimlərindən olan Ayətullah Məkarim Şirazi
Ayətul-Kursinin bir ayə olduğuna dair altı arqument gətirir:
1. Bu ayənin fəzilətindən danışan bütün hədislər yalnız bu ayəni Ayətul-Kursi adlandırıb. 2. Kursi kəlməsi yalnız bu ayədə qeyd olunub. 3. Bəzi hədislərdə gəlib ki, Ayətul-Kursi 50 kəlmədən ibarətdir və Bəqərə surəsinin 255-ci ayəsində olan kəlmələrin də sayı 50-dir. 3. Baxmayaraq bəzi hədislərdə Ayətul-Kursi-dən sonra ondan sonrakı iki ayəni oxumaq tövsiyyə olunsa da həmin iki ayə Ayətul-Kursi ünvanı ilə qeyd olunmayıb. 4. Bu hədislər şiələr arasında məşhur olduğundan həmin iki ayəni bir çoxu Ayətul-Kursi-dən hesab etmişlər. 5. Bəqərə surəsinin 256-257-ci ayələrini Ayətul-Kursi-dən hesab edənlərin dəlilləri budur ki, sonrakı iki ayə Ayətul-Kursi ayəsi ilə məzmun baxımdan çox yaxındırlar. 6. Seyid Muhəmməd Kazim Təbətəbai Yəzdi, Ürvətul-Vusqa kitabında “vəhşət namazı” namazı üçün 257-ayəyə qədər oxumağı ehtiyata uyğun hesab etmişdir.²Beləliklə nəticə alırıq ki, Ayətul-Kursi, bir ayədir və Bəqərə surəsinin 255-ci ayəsidir. Çünki heç yerdə 256 və 257 – ci ayələr Ayətul-Kursi olaraq qeyd olunmamışdır və əgər sözü gedən ayələri oxumaq tövsiyə olunsa da Ayətul-Kursi adı verilməmişdir. Bundan əlavə bütün hədislərdə Ayaatul-Kursi (kursi ayələri cəmdə) yox, Ayətul-Kursi (kursi ayəsi təkdə) gəlmişdir. Lakin müstəhəb namazlarda və məxsusən də vəhşət namazında 255, 256 və 257-ci ayəni savab qəsdi ilə oxumağın da eybi yoxdur. Mənbə: rizvan.az İslam Maarifi Jurnalı Hazırladı: Rəsul Mahmudzadə __ 1. Tusi, əl-Əmali, c2, s278 2. Nümunə təfsiri, Ayətul-Kursi ayəsinin təfsiri #ayətul_kursi #kursi_ayəsi
