Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Polisi döydüyü üçün deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov haqda məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onu 3 ildən 8 ilə kimi həbs cəzası gözləyir. Məhkəmə prosesi zamanı, hökm çıxana qədər qapalı tipli istintaq təcridxanasında saxlanılacaq.
16 874
Dünən Zərdab rayon sakini polkovnik İlham Seyidov dünyasını dəyişib. Bildirilir ki, polkovnik qeyri-döyüş şəraitində ürək tutmasından vəfat edib, bəziləri isə polkovnikin intihar etdiyini deyir. İddia olunur ki, İlham Seyidov ordudan tərxis olunmaq üçün raport yazıb. Ancaq tərxis olunmayıb. Polkovnik məhkəməyə müraciət edib. Ondan sonra onun 13/14-cü maaşını kəsib, yoxlama keçirib, cərimə yazıblar. Məhkəmə isə polkovnik İlham Seyidovun xeyrinə qərar vermədiyi üçün intihar etdiyi bildirilir. O, Naxçıvan Əlahiddə ümumqoşun ordusunun rabitə xidmət rəisi vəzifəsində idi.
16 874
Mərdəkanda 23 yaşlı qadının biri əri tərəfindən dəfələrlə vəhşicəsinə döyülüb. Qadın rəsmi qurumlara müraciət edib. Qurumlar isə məsələni araşdırmaq, kişini cəzalandırmaq əvəzinə yoldaşı ilə barışdırmağa çalışıb, sonra da əri sərbəst buraxıblar. Uşaqlar anaya verilməyib, uşaqlarla manipulyasiya edilən ana məcbur qalıb evə gəlib və əri də bu gün başını kəsib. Dövlət qurumları cinayətkarları cəzalandırmaq əvəzinə, qatillərə şərait yaradırlar ki, yarımçıq qalan cinayəti tamamlasınlar.
Azərbaycanda iyul ayında 9 qadın ya əri, ya da sevgilisi tərəfindən qətlə yetirilib. Ölkədə qadın qətlləri siyasidir çünki heç bir rəsmi dövlət qurumu bu qətllərin qarşısını almağa çalışmır, əksinə bilərəkdən yaxud bilməyərəkdən qatillərə dəstək olurlar, qətllərin baş verməsinin qarşısını almırlar.
16 874
Toxunulmazlıq hüququndan məhrum edilən deputat Eldəniz Səlimov artıq saxlanılıb. O, bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.
16 874
Milli Məclis polis döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verdi. Bununla da o istintaqa cəlb olunacaq. Ümid edirəm ki, ədalətli qərar çıxar və özünü qoçu kimi aparan, Xaçmazda meşələrin qırılmasında barmağı olan bu mandat oğrusu cəzalandırılar.
16 874
Polisi döyən deputat Eldəniz Səlimov YAP-dan xaric edidi. Qaldı oğurladığı mandatın da əlindən alınması, o da sabah reallaşacaq çox güman. Heç kim qoçuluq edib Azərbaycan polisini döyə bilməz, döymək monopoliyasına polis özü baxır.
16 874
Tokioda uğursuz çıxış edən Azərbaycanın cüdo milli komandasının məşqçi heyəti qovuldu, idmançıların maaşı isə azaldıldı. Hələlik isə gənclərdən ibarət millinin baş məşqçisi, sabiq üçqat Avropa çempionu Elçin İsmayılov rəhbərlik edəcək. Bu arada Tokio-2020 olimpiya oyunlarında Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si bürünc medal qazanıb, 17 idmançı isə yarışı davam etdirir.
16 874
Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan bölgəsindəki Ermənistan ordusunun qeyri-müəyyən şəraitdə itkin düşən hərbçisinin meyiti tapılıb. Bildirilir ki, 1998-ci ildə anadan olmuş Parqev Markaryanın meyiti qulluq etdiyi hərbi hissədən 2,5 km aralıda aşkar edilib.
16 874
Rüşvət almaqda şübhəli bilinərək 1 həftə əvvəl saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev azadlığa çıxıb. "Voenkom" məhkəmənin qərarı ilə, ev dustaqlığına buraxılıb. O, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur. Hərbi xidmətdən yayınmaq istəyənlərdən pul alan adam azadlıqda olmamalıdır, amma dayın generaldırsa olar, çünki Azərbaycanda islahatlar davam edir...
16 874
Sərxoş halda polisi döyən zloy deputat Eldəniz Səlimov səhv etdiyini boynuna alıb, İlham Əliyevdən, YAP-dan, olmayan seçicilərindən, bülletendən, bir sözlə hamıdan üzr istəyib amma həyəcandan döyüb xəstəxanalıq etdiyi polisdən üzr istəmək yadından çıxıb, mandatını altpaltarından çıxartdığım.
16 874
Azərbaycanın Rusiyaya nota verməsi təqdirəlayiqdir. Amma Vladimir Jirinovski dəfələrlə Azərbaycan xalqını, onun ərazi bütövlüyünü təhqir edən, alçaldan çıxışlar edib. Əvəzində Bakıda prezident səviyyəsində qarşılanıb, yeyib-içib. Biz bu notanı görməmişik. İndi isə İlham Əliyevi təhdid edib, alçaldıb deyib ki, diktatura qurmusan, qorxursan postunu itirərsən, Bayden istəsə 2 həftəyə çevriliş edər zad, səni biz gəlib xilas edəcəyik, necə ki, Paşinyanı etdik filan. Buna görə Azərbaycan XİN Rusiyaya nota göndərib. Bəs indiyə qədər niyə bu axmağın sərsəmləmələrinə bu cür rəsmi reaksiya verilmirdi?
16 874
Türkiyədə yanğınlarla əlaqədar son vəziyyət: 112 yanğından, 107-i söndürülüb. Ümumən 6 nəfər həlak olub. Azərbaycan daxil olmaqla, Ukrayna, Rusiya və İran həm yanğınsöndürən helikopter, həmçinin canlı heyət göndərərək yardım ediblər.
16 874
Suraxanı rayonu Bahar qəsəbəsi, Zığ-Havalimanı magistral yolunun kənarında yerləşən ərazidə yanğın baş verir. Səbəbi hələ ki, bilinmir. İlkin ehtimala görə, ərazidə yerləşən zavodda partlayış olub. Hadisə ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur.
16 874
Beyləqandakı "N" saylı hərbi hissələrin birində hərbi hissənin əsgəri Cəfərov Vüsal Zakir oğlu əsgər yoldaşı Şamil Mais oğlu Aslanovu güllələyib. Güllələnən əsgər Qusar rayon, Sudur kənd sakini Şamil Aslanov yerindəcə keçinib. Əslən Şəkidən olan Vüsal Cəfərov isə həbs edilib. Hadisənin səbəbi məlum deyil.
16 874
İlham Əliyev neçə gündür müxalifətə döşəyən Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif etdi və ona fərdi təqaüd təsis edildi. Bir həftə öncə xalq artistinin 80 yaşı tamam olmuşdu.
16 874
Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 5 qəpik qalxaraq 1.45 AZN oldu. Qalxa qalxa gedir.
16 874
Tbilisidə azərbaycanlı siyasi mühacir Hüseyn Bakıxanovun evində ölü tapıldığı deyilir. Azərbaycanda 15 sutka inzibati həbs olunan və polis tərəfindən işgəncələrə məruz qaldığını deyən mühacir, bir neçə gün əvvəl Tbilisinin mərkəzində bir qrup azərbaycanlı tərəfindən döyülmüşdü.
16 874
Dünən Nabranda istirahət mərkəzlərinin birində DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb ediblər. Həmin vaxt orda yeyib-içən deputat isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb, Xaçmaz rayonundan deputat təyin olunan Eldəniz Səlimov sərxoş halda polis əməkdaşı Zaur Mirzəyevə hücum çəkib, ona xəsarət yetirib. Deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər. Bu arada restoran millət vəkilinin qohumuna aiddir, məsələ isə böyüyüb. Hələlik rəsmi məlumat yoxdur.
16 874
Dünən Bakıda piyadanı vuraraq ölümünə səbəb olan “Mercedes Maybach” markalı 99 AA 323 nömrəli avtomobilin sahibi işadamı Muradov Gülməmməd Məmməd oğlunu istintaq sərbəst buraxıb. Kürü və balıq məhsulları istehsal edən “Caspian Fish” şirkətinin vəzifəli şəxsi Gülməmməd Muradov günahsız olduğunu bildirib. “Caspian Fish” şirkəti Gilan Holdinqə daxildir və son məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehr şirkətin prezidentidir. Gülməmməd Muradov həm də “OKEAN-CO” və “M.M.G-DƏNİZÇİ” şirkətlərinin sahibidir.
16 874
Bütün gecə boyu Kəlbəcər istiqamətində sərhəddə minaatanlar, tanklardan istifadə edilərək atəşkəs pozulub və gərginlik davam edib. Nəticədə 2 Azərbaycan hərbçisi yaralanıb, 3 erməni hərbçisi ölüb, daha 4-ü isə yaralanıb. Bundan sonra Rusiyanın müdaxiləsi ilə atəşkəs bərpa olunub.
Qeyd edim ki, atəşkəsin pozulduğu ərazilərdə rus sülhməramlıları yoxdur. Atəşkəsin pozulmasının səbəbini isə sərhədlərin demarkasiyası və ən əsası Zəngəzur koridorunun əldə oluna bilməsi ilə əlaqələndirirəm. Çox güman ki, Ermənistan rəhbərliyi öz ictimaiyyətini yeni sülh sazişinə hazırlamaq üçün bu addımları atır. Sərhəddə qarışıqlığın səbəbi məhz erməni icmasını fakt qarşısında qoymaq, "Görürsünüz ki, Azərbaycan dinc dayanmır, gərək güzəştə gedək" imajı yaratmaq və sonra bunu icra etmək üçündür. Azərbaycan da öz növbəsində Zəngəzur koridorunu əldə etmədiyi müddətcə geri addım atan deyil kimi görünür. "Dağlıq Qarabağ"da isə rus sülhməramlıları olduğu müddətcə hər hansı iri çaplı hərbi əməliyyatların olacağını zənn etmirəm. Atəşkəs pozuntuları isə mütəmadi baş verə biləcək məsələlərdir.
