ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Beyləqanın Kəbirli kənd sakini, 2-ci Qarabağ müharibəsi iştirakçısı, qazi İlkin İsmayılovun evinin həyətində özünü asaraq intihar etdiyi bildirilir. Onun intihar etməsinin səbəbləri məlum deyil. Keçən il avqust ayında da eyni ad soyadda qazi Qəbələdə intihar etmişdi. Müharibədən sonra intihar edən qazilərin sayı 50-dən çoxdur.

#Gədəbəy'in #Söyüdlü kəndi 9-cu gündür ki, blokadadadır. Kəndi blokadaya alan polis, sakinləri Bakıda planlaşdırılan aksiya əleyhinə danışdırıb. Sonra bu videolar polisin saxta hesabları vasitəsiylə Tiktokda paylaşılıb. Sakinlər polisin təlimatı ilə İlham Əliyevə dəstək cümlələri qurur, müxalifət əleyhinə isə döşəyirlər.

#Gədəbəy'in #Söyüdlü kəndi 8-ci gündür ki, blokadadadır. Bir qrup müstəqil fəal kənddə baş verənlərə, zülmə etiraz məqsədilə aksiya keçirəcəyini açıqlayıb. Aksiya iyulun 2-i saat 15:00-da Bakının Fəvvarələr Meydanında baş tutacaq.

#Gədəbəy'in #Söyüdlü kəndi 7-ci gündür ki, blokadadadır. Dünən kəndə 4 avtobus xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələrinin gətirildiyi bildirilir. Yerli sakinlərin sözlərinə görə, polis istənilən yeni etiraz aksiyasının qarşısını zorla almaqla hədələyir.

Gecə Qarabağda 5 erməni separatçının öldürüldüyü bildirilir. Separatçıların lideri Arayik Arutyunyan Vaşinqtondakı Azərbaycan və Ermənistan hökumətləri arasındakı sülh danışıqlarının dərhal dayandırılmasını tələb edir. Qeyd edim ki, gecə bir Azərbaycan hərbçisi yaralanmışdı.

Ağdamın Qalayçılar kəndi istiqamətində yerləşən Azərbaycan mövqelərinin atıcı silahlardan atəşə tutulduğu, bir Azərbaycan hərbçisi, Bəkirov Əli Şükür oğlunun yaralandığı deyilir. Azərbaycan MN cavab tədbirləri görüldüyünü bildirir.

Bakıda satıcılar ətin kilosunun 30 faizə qədər bahalaşdığını deyir.

Texnika elmləri doktoru Elçin Cavadov: "Xərçəng xəstələrinin statistikasına görə #Gədəbəy rayonu respublikada birinci yeri tutur". VACİB QEYD: #Söyüdlü kəndi 6-cı gündür blokadadadır, kənd əhalisi zülmə məruz qalıb, 10 nəfərdən çox insan şərlənərək həbs edilib, işgəncə görüb.

Azərbaycan hərbçisi yazır: "2019-cu ildə prezident sərəncamı ilə vəzifə maaşı 40% həcmində artırıldı. 1 ay sonra bunu 25% etdilər. 2020-ci ildə müharibə bitdikdən 10 gün sonra dedilər ki, müharibə artıq bitdi, özlərinə sərf edənləri çıxardılar 2 qat və 1.5 qat olan məvaciblərin hamısı kəsildi. 2 ay sonra isə müvəqqəti olaraq bəzilərinə əlavələr verildi. Yəni vəzifə maaşlarına əlavələr, artım yox. Bu o deməkdir ki, 4 ildir, bu infilyasiya, bahalaşma dövründə hərbi qulluqçuların maaşları artmır. Bizi dilənçi vəziyyətinə düşürüblər. Kredit, borc bu aydan digərinə keçir, ya keçmir. Azərbaycanda büdcədən ən çox vəsait müdafiə sahəsinə ayrılır, ən çox ianələr bu sektorda toplanır. Biz niyə dilənçi kökündə yaşamalıyıq?! Hara gedir bu qədər vəsaitlər?! İndi də bayram keçirirlər, bizdən xəbərsiz olan xalqla birlikdə, atəşfəşanlıq edirlər. Bayramınız mübarək".

Britaniyanın #Gədəbəy'in #Söyüdlü kəndində qızıl hasil edən “Anglo Asian Mining PLC” şirkətinin rəhbəri Rza Vəziri deyib ki, Ekologiya Nazirliyinin nümayəndələri ərazidə olub, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib. Nə şirkəti, nə polisi cəzalandırdılar. Yalandan ilk gündən şayiələr yayıb, ictimaiyyəti sakitləşdirməyə çalışdılar.

#Gədəbəy #Söyüdlü kənd sakinlərindən 10 nəfərdən çoxunu şərləyib həbs ediblər, onlara işgəncə veriblər, yaxınlarını təhdid ediblər və indi hamısı hüquqi yardımdan boyun qaçırır. İnsanlar həbs edilən, saxlanılan yaxınlarının öldürülməsindən qorxurlar.

Söyüdlülərə qarşı amansız təzyiq var. Bu gün Bakıya şikayətə gələnləri rayon polis rəisi hədələyib. Siyasi fəal Qiyas İbrahimin vəziyyəti ağırdır, o 3 gündür ki, #Gədəbəy hadisələrinə görə quru aclıq edir. Bu gün məhkəmədə ağzı qıcolmadan kilidlənib, danışa bilməyib. Jurnalist Fərid İsmayilov isə Çovdar kəndində icra nümayəndələri tərəfindən saxlanılıb.

Prezident İlham Əliyevin əmisi Aqil Əliyevin nəvəsi Riyad İlqar oğlu Əliyevin evindən 1 milyon manatlıq oğurluq olub. Hadisə ilə bağlı 3 nəfər məhkəmə qarşısına çıxarılıb. Bəs sizin evinizdə nə qədər vəsait var?

#Gədəbəy'in Söyüdlü kənd sakini Şöhrət Mehman oğlu Əsgərovdan 4 gündür xəbər yoxdur, ailəsinə də məlumat verilmir. Güman edil
#Gədəbəy'in Söyüdlü kənd sakini Şöhrət Mehman oğlu Əsgərovdan 4 gündür xəbər yoxdur, ailəsinə də məlumat verilmir. Güman edilir ki, polislər onu oğurlayıb və həbs edib. Azərbaycan hakimiyyəti oğurluqla və qanunsuzluqla məşğuldur.

Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib.

Pandemiya dövründə Söyüdlü kənd sakinlərinin müzakirəsi və yardımlaşması üçün Whatsapp qrupunu yaratdığı iddia edilən Rusiya vətəndaşı amma Söyüdlü kənd sakini Etibar Cabbarov Azərbaycanda həbs olunub. #Gədəbəy

Putin həbsxanada olan məhkumların (ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla) müqavilə ilə hərbi xidmətə cəlb edilməsi haqqında qanunu imzalayıb.

Putin Rusiya ərazisində fövqəladə hərbi vəziyyət rejimi haqda sərəncam imzalayıb. Qanuna görə hərbi vəziyyəti pozan şəxsə 30 sutka həbs cəzası veriləcək.

Rusiyada vəziyyət çox pis gərginləşib, hamı panikadadır. Rostovda partlayış səsləri eşidilir. Moskva yaxınlığında səngərlər qazılır. "Vaqner"in əlində olan ərazilərdə internet kəsildi. Putinə xidmət edən bir nömrəli bort Moskvadan havaya qalxıb. Rusiyadan Azərbaycana aviabiletlər kəskin bahalaşıb.

Siyasi fəal Qiyas İbrahim artıq 2 gündür ki, həbsxanada quru aclıq edir. Tələbi Söyüdlüyə görə həbs olunan hər kəsin azad edilməsidir. Bu arada məhkəmə Qiyasın həbs müddətini 2 gün də artıraraq, ümumilikdə 32 günə çatdırdı. #Gədəbəy