Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin Saraydakı evini qarət ediblər. Məlumata görə, ev Vətən Müharibəsi Qəhrəmanının daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib. Araşdırma aparılır.
16 874
⚡SON DƏQİQƏ - Ermənistan MN: "Bu gün sərhəddə baş verən gərginlik nəticəsində sıravi hərbçi Vaqe Manasaryan (2002) həlak olub, 8 nəfər yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır".
🆕 Bu arada iri çaplı minemyotlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edilərək atışma hələ də davam edir.
16 874
Bu gün səhər Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbçisi, MAXE 1995-ci il təvəllüdlü baş çavuş, Mingəçevir şəhər sakini Məmmədzadə Pərviz Baba oğlunun ürəktutmasından vəfat etdiyi bildirilir.
16 874
Hər iki tərəfdən mənbələrin son məlumatına görə Kəlbəcər istiqamətində iriçaplı silahlardan istifadə edilərək güclü atışma gedir.
16 874
Ermənistan-Azərbaycan sərhədində bu gün atəşkəs yenidən və şiddətli pozulub. Erməni tərəfinin rəsmi iddiasına görə Azərbaycan ordusunda itkilər var. Azərbaycan MN isə bunu təkzib edir. Ermənistan isə rəsmi olaraq 1 erməni hərbçisinin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirir. Hazırda atışma davam edir.
16 874
Lənkəran sakini işiği kəsildiyi üçün “Azərişıq” əməkdaşının maşınını yandırıb, Ağdamda isə abonent borcu olduğu üçün işığı kəsməyə gələn “Azərişıq”ın iki işçisini bıçaqlayıb, birini döyüb. İnsanların sosial-iqtisadi problemləri dərinləşdikcə, təəssüf ki, bu kimi halların sayı artacaq.
16 874
16 noyabrda Azərbaycan-Ermənistan sərhədində baş vetən hadisələr zamanı əsir düşən və 4 dekabrda Ermənistan tərəfinə təhvil verilən 10 əsirdən 5-i Ermənistanda istintaqa cəlb edilib, onlar barəsində hərbi cinayət maddələri ilə cinayət işi açılıb.
16 874
İsmayıllıdan olan bir sakin atası və qonşusu ilə birlikdə düz polis şöbəsinin yanında yerləşən boş torpaq sahəsində narkotik əkib. O Şəkidə keçirilən məhkəmə prosesi zamanı bildirib ki, ona bu işi İsmayıllı rayon Polis Şöbəsində sahə rəisi işləyən Mahir Nuralıyev təklif edib, yeri də o göstərib, narkotik toxumunu da o verib, ona da rəisi tapşırıb. Özü 6 il, atası 4 il, qonşu isə 5 il müddətə azadlıqdan məhrum edilib, sahə müvəkkili isə iddiaları təkzib edirək azadlıqdadır.
16 874
Böyük Britaniyanın beynəlxalq analitika mərkəzi – “Chatham House”un araşdırması nəticəsində məlum olub ki, Londonda Əliyev və Paşayevlərin adına 13 mənzil, "AtaHolding”in rəhbəri olan Əşrəf Kamilovun adına 11 mənzil, Cahangir Hacıyevin adına 2 mənzil, Ziya Məmmədovun adına 1 mənzil, ümumilikdə 27 malikanə mövcuddur. Əşrəf Kamilov Əliyevlərin çoxdankı ən yaxın biznes tərəfdaşıdır, onların şirkətlərini idarə edir. Araşdırmada dəqiq ünvanları ilə qeyd edilən bu mənzillərin ümumi dəyəri yarım milyard dollardan çox olduğu qeyd olunub. Və bütün bu pullar minimum əməkhaqqının 250 manat olduğu Azərbaycandan, siyasi elita tərəfindən çıxarılıb.
16 874
Gecə Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 2002 təvəllüd, Siyəzənin Zarat kənd sakini hərbçi Əliyev Asif Adil oğlu şəhid olub. Əsgər “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
16 874
Bir neçə saat öncə Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətindən Kəlbəcər rayonunun Zar-Zəylik kəndləri istiqamətlərində atəşkəsin pozulması nəticəsində bir Azərbaycan hərbçisi, Siyəzən rayon sakini Əliyev Asif Adil oğlunun şəhid olduğu deyilir. Məlumata görə hazırda həmin istiqamətdə atışma davam edir.
16 874
Daha bir artım: Gələn il yanvarın 1-dən maaşından icbari siğortaya görə 1% tutulanlarda, bu, 2% olacaq. Məsələn, 1000 manat rəsmi maaş alan vətəndaş 1 faizlə 10 manat icbari tibbi sığorta pulu ödəyirdisə, gələn aydan bu məbləğ 20 manat təşkil edəcək.
16 874
Azərbaycanda bir neçə vəzifədə çalışan Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti seçilib.
16 874
Azərbaycan Müdafiə Nazirliyi: “Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub. Qarşı tərəfin susdurulması məqsədi ilə cavab tədbirləri görülüb. İtki yoxdur”.
16 874
Ötən həftə Ermənistan tərəfinin 10 hərbi əsir qarşılığında Azərbaycana təqdim etdiyi mina xəritələrinin etibarsız, yararsız və qeyri-dəqiq olması müəyyən olunub.
16 874
Deputat Vahid Əhmədov siyasi məhbus, Qarabağ qazisi Saleh Rüstəmlinin azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib. Digərlərindən görək.
16 874
Qazaxda yaşayan sakinlər deyirlər ki, sərhəddə atəş səsləri eşidilir. Hələlik heç bir rəsmi açıqlama yoxdur.
16 874
Azərbaycan bu gün erməni əsilli 10 hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Ermənistan isə öz növbəsində Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.
16 874
Tofiq Yaqublunun vəhşicəsinə döyülməsindən 24 saat keçdi. DİN araşdıracağıq dedi, heç bir tədbir görülmədi. DSX əməkdaşı şəhidlərin dəfn günü DSX sədrinin yanında jurnalistə qarşı qoçuluq elədi, bütün ictimaiyyət, hətta dövlət kanalları belə tənqid etdi, heç bir tədbir görülmədi. Günlərdir jurnalistlər, ziyalılar, deputatlar müraciət edir, Saleh Rüstəmli hələ də azad edilmədi. Bir sözlə heç kimi saymırlar, heç kim veclərinə deyil, cəzasızlıq, məsuliyyətsizlik, qanunsuzluq növbəti faciələr, cinayətlərə gətirib çıxaracaq. Bunda da itirən Azərbaycandır, heç xarici barmaq axtarmasın, İlham Əliyevin yaratdığı sistem və hökumət sayəsində.
16 874
Tofiq Yaqublunun döyülməsi nə təxribatdır, nə də sabotaj, bu açıq siyasi sifarişdir. Bu sifarişi nə Ramiz Mehdiyev, nə də Əli Həsənov verib, artıq üstünə yıxmağa adam da tapmırsınız, açıq söyləməkdən çəkinirsiz. İcraçı Vilayət Eyvazovun polisləridir, "Bandotdel" adlanan cinayətkar qurumdur. Məsuliyyəti bir-başa polisbaşı Vilayət Eyvazov və ölkəbaşı İlham Əliyev daşıyır. Dünənki hadisə açıq-aşkar vətəndaşa qarşı terrordur, malalamağa çalışmaq buna bəraət qazandırmaq vicdansızlıqdır. İslahat, dialoq nağıllarında səmimisinizsə bu cinayəti işləyənlər tapılmalı, 39-cu bölmənin əməkdaşları məsuliyyətə cəlb edilməli, nazir də istefaya göndərilməlidir.
