ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Rusiyadan ABŞ-a sanksiya: Raket mühərriklərinin ABŞ-a çatdırılması dayandırılır. "Roskosmos”un baş direktoru Dmitri Roqozin bildirib ki, qoy, indi ABŞ kosmosa öz süpürgələri ilə uçsun.

⚡️Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

Yaponiya rəsmiləri bildirib ki, Kuril adaları Yaponiyanın beynəlxalq tanınmış sərhədləridir. Rusiya Yaponiya ilə sülh anlaşması imzalamalı və ərazini Yaponiyaya qaytarmalıdır. Kreml isə öz növbəsində tövsiyə edib ki, Yaponiya Rusiyaya qarşı ərazi iddialarını həmişəlik unutmalıdır.

Moldova prezidenti Maya Sandu: "Moldova Avropa Birliyinə üzvlük üçün müraciət edəcək".

Putin: "Ukrayna müqavimət göstərdikcə və müharibə uzandıqca Rusiyanın tələbləri artacaq. Əgər onlar sülh danışıqlarını dalana dirənmə taktikası kimi görsələr, Rusiya məqsədlərinə çatana qədər dayanmayacaq". Makron Putinlə danışdıqdan sonra: "Ən pisi qabaqdadır, Putin bütövlükdə Ukraynaya nəzarəti ələ keçirməkdə qərarlıdır. Vladimir Putinin hərbi məqsədləri dəyişməyib. O, dayanmaq niyyətində deyil və kapitulasiya tələb edir".

Gürcüstanda Ukraynaya dəstək aksiyasında azərbaycanlıların açdığı plakat.
Gürcüstanda Ukraynaya dəstək aksiyasında azərbaycanlıların açdığı plakat.

Əsəblər tarıma çəkilib, insanlar emosional və eyforiyadadırlar. Ona görə də yazmaqda fayda var. Bu savaşdan istifadə edib rus xalqına qarşı diskriminasiya etmək yanlışdır. Hər hansı bir sıravi rus Rusiya hakimiyyətinin etdiklərinə görə məsuliyyət daşımır. Qərbdəki, Avropadakı irqçilərin restoranlarda, şirkətlərdə etdikləri ayrıseçkiliklər cinayətdir. Ukraynanın sərhədlərdə afroamerikalılara etdikləri də diskriminasiya və cinayətdir. Əlbəttə ki, bütün bunlar Kremlin vəhşicəsinə işğal və hücumuna bəraət qazandırmamalıdır.

Lavrov: "Fransizlar xoruzdur da, bilirsiz? Onların simvolları da xoruzdur, ona görə də xoruzlanmağı sevirlər".

Ukraynada gecədən bu yana baş verənlərin icmalı: - Ukraya MN iddia edir ki, rusların 3 təyyarəsi və 2 helikopteri vurulub - BMT Bir həftə ərzində Ukraynanı 1 milyon insan tərk edib - Xerson şəhəri tam olaraq Rusiyanın nəzarətinə keçdi - Ukrayna MN Rusiya tərəfinin 9000 nəfər canlı qüvvə itirdiyini iddia edib - Zelenski iddia edib ki, 16 min xarici könüllü Ukraynaya döyüşmək üçün gəlir - Paytaxt Kiyev dirənir, Rusiya ordusunun konvoyu irəliləməkdə çətinlik çəkir

Böyük Britaniyanın Baş naziri Boris Conson: "Bu gecə dünyanın 38 ölkəsi Rusiyanın Ukraynaya vəhşicəsinə hücum və işğalı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Tribunalı), indiyə qədərki ən böyük müraciətini etdi. Putinin bu dəhşətli hərəkətləri cəzasız qala bilməz".

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpa verilən "Azərbaycana sanksiyalar tətbiq ediləcəkmi?" sualına - "Xeyr, Azərbaycan Rusiyanı dəstəkləmir" deyə cavab verib.

Rumınıya MN: "MiQ-21 qırıcısı üçün təyin edilmiş axtarış helikopteri qəzaya uğrayıb və nəticədə 5 nəfər hərbçimiz həlak olub. Təyyarənin axtarışları davam edir".

Rumıniya təyyarəsi Qara dəniz üzərində patrul xidməti aparan zaman radarlardan itib. Təyyarəni axtarışa gedən başqa bir helikopterlə də əlaqənin itdiyi bildirilir. Ərazi dənizdən 20 km, Ukrayna sərhədindən isə 75 km uzaqlıqda yerləşir. Mənbə: Rumıniya MN Qeyd edim ki, Rumıniya NATO ölkəsidir.

İsveç Müdafiə Nazirliyi: "Rusiyanın 4 döyüş təyyarələri (SU-27 və SU-24) İsveçin hava məkanını pozub. Mövcud vəziyyəti nəzərə alsaq, hadisəyə çox ciddi yanaşırıq. Bu, Rusiyanın qeyri-peşəkar və məsuliyyətsiz hərəkətidir".

Ermənistanın baş naziri Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacağını açıqlayıb.

Amerikada daydayın biri yolda maşını surətli sürüb. Polis durdurub ki, radara düşmüsən, hara tələsirsən? Qayıdıb deyib ki, Putinin atom bombası atacağını yeni öyrənmişəm, ətaflı nələr baş verir deyə evə tez-bazar çatıb, maraqlanmaq istəyirdim. Ona görə bərk sürürəm. Mən inandım 😀

BMT-də Rusiyanın işğalını pisləyən qətnamənin lehinə 141 dövlət səs verib. Onlardan 5 ölkə qətnamənin əleyhinə səs verib: Rusiya, Belarus, Suriya, Şimali Koreya, Eriteriya. 35 ölkə isə bitərəf qalıb: Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Pakistan, İran, İraq, Kuba, Mərkəzi Afrika, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Hindistan, Qırğızıstan, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şrilanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, Tanzaniya və Laos. Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopoya və Venesuela təmsilçiləri isə iclasda iştirak etməyib.

Rusiya Müdafiə Nazirliyi ilk dəfə itkilər barədə məlumat yaydı: ölən hərbçilərin sayı 498 nəfər, yaralı isə 1597 nəfər. Qarşı tərəf isə ölüm sayını 6 min deyir.

Gürcüstanın hakim partiyası sabah Avropa Birliyinə üzvlük üçün müraciət edəcək.

Dünyanın başı qaçıb. Amerikalılar Vodkaları kanalizasiyaya boşaldırlar. Ruslar da Apple mallarını çəkicləyib, sındırırlar. Ukrayna da insanlar qırılır. 🤦‍♂️