ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Sosial mediada tənqid və ictimai qınaqlardan sonra Şuşanın azad olunmasında rolu olanlardan biri polkovnik Mənsimov Tehran Cavid oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Zəngilan istiqamətində Azərbaycan postlarına hücum edildiyi deyilir. Xəsarət alan olmadığı bildirilir. Hücum edən 2 nəfər erməni diversant isə əsir götürülüb. Hazırda vəziyyət normaldır.

Xocalının Şuşikənd yaşayış məntəqəsi və Xocavənd rayonunun Ziyarət dağının zirvəsi də Azərbaycan Ordusunun nəzarətindədir.

Rusiya sülhməramlıların son xəritəsində Köhnə Tağlar və Çaylaqqaladan çəkildikləri və ərazinin Azərbaycan Ordusunda olduğu gö
Rusiya sülhməramlıların son xəritəsində Köhnə Tağlar və Çaylaqqaladan çəkildikləri və ərazinin Azərbaycan Ordusunda olduğu görsənir.

Bu gün erməni əsirliyindən azad olunaraq Bakıya gətirilən əsir və girovlar bunlardır: 1. Emin Baxşəliyev 2. Amin Musayev 3. Yəhya Abdinov 4. Şərif Əliyev 5. Ömər Ələkbərov 6. Nurəddin Yolçuyev 7. Bayram Kərimov 8. Şahbaz Quliyev 9. Dilqəm Əsgərov 10. Mobil Əhmədzadə 11. Nurlan Əlizadə 12. Anar Əliyev

Erməni əsirliyindən 14 nəfərin buraxıldığı bildirilir. Onların içində Amin Musayev də var, ailəsi Bakıda olduğunu təsdiqlədi.
Erməni əsirliyindən 14 nəfərin buraxıldığı bildirilir. Onların içində Amin Musayev də var, ailəsi Bakıda olduğunu təsdiqlədi. Bakıdan Yerevana gedən növbəti təyyarədə isə 40-a yaxın erməni əsiri olduğu bildirilir.

Ermənilər rəsmi məlumat yayıb ki, döyüşlər dayanandan bəri 828 erməni hərbçinin cəsədi tapılıb. Axtarışlar zamanı isə bir erməni və bir azərbaycanlı hərbçi sağ aşkar edilib.

Döyüşlərdə əsir düşmüş hərbçilərin, o cümlədən Amin Musayev və digərlərinin də qaytarıldığı, Bakıda olduqları bildirilir.

Girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq buraxılıblar, Bakıdadırlar.

İdmançı Kamil Zeynallı yenidən 30 sutka həbs olundu.

Müharibə cinayətlərinə görə Azərbaycanın 4 hərbi qulluqçusu həbs edildi. Onlar erməni meyitləri və məzarları üzərində təhqiredici hərəkətlər etməkdə təqsirləndirilirlər.

Paşinyanın istefa xəbəri dezodur.

Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan Ordusu, Qafan rayonu ilə sərhəddə yerləşən Zəngilan rayonunun Ağkənd və Qazançı kəndində yerləşən erməni silahlılarına sabah səhər 10:00-a qədər ərazini tərk etmək üçün vaxt verib. Bəzi mənbələr isə ərazidə atışma səslərinin eşidildiyini iddia edirlər. Azərbaycan tərəfdən rəsmi məlumat yoxdur.

Qarabağ xəbərləri: - Ermənistan XİN iddia edir ki, Azərbaycan Ordusu Şuşanın Mets Şen (Böyük Qaladərəsi) və Hin Şen (Kiçik Qaladərəsi) kəndlərində hərbi əməliyyat keçirir. - Gərginlik yaranan Xocavəndin Köhnə Tağlar kəndinə müvəqqəti olaraq Rusiya sülhməramlıları nəzarət etməyə başladı. - RƏSMİ: Erməni dəstələrinin 26 noyabrda Xocavəndin Sur kəndinə hücumu nəticəsində 3 hərbçi, dekabrın 8-də Hadrut yaxınlığında isə 1 hərbçi şəhid olub. - Dağlıq Qarabağda ermənilərə rus pasportu veriləcəyi ilə bağlı iddialar səsləndirilir.

Xankəndidə yaşayan ermənilər rus sülhməramlıların hərbi qərargahının önünə yığılıblar. Onlar bugünki baş verənlərlə bağlı hesabat tələb edirlər. Erməni tərfindən 6 nəfər yarlanıb. Sülhməramlıların rəhbəri hadisə yerində olmadığı üçün sabah səhər 11:00-da sakinlərlə görüş təyin edilib.

Erməni mənbələr bildirir ki, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala yaşayış məntəqələri artıq Azərbaycan Ordusunun nəzarətinə keçdi.

⚡️ Rusiya Müdafiə Nazirliyi, Qarabağdakı atəşkəs rejiminin 10 noyabrdan bəri ilk dəfə pozulduğunu təsdiqlədi.

İlham Əliyev: "Mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik".

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu Dağlıq Qarabağın Köhnə Tağlar-Çaylaqqala yaşayış məntəqələri istiqamətlərində əməliyyatlara başlayıb. Ehtimal olunur ki, Hadrut istiqamətində bəzi qrupların təmizlənməsi prosesi gedir.

İtkin düşüb tapılmayanlardan biri, Bakı şəhər, Sabunçu rayon sakini, hərbçi Əliyev Anar Hidayət oğlu sağ-salamatdır, əlaqə yaradılıb. Hazırda erməni əsirliyindədir. 9 noyabr gecə, Xocavənd istiqamətində döyüşlərdə əsir düşdüyü ehtimal olunur.