ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Hal-hazırda Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində atəşkəs pozulub, güclü atışma davam edir. Bu dəqiqəyə olan məlumata görə, erməni tərəfindən 2 hərbçi yaralanıb. Azərbaycan tərəfdən isə 1 hərbi qulluqçu şəhid olub. Mənbə: OMM

Kəlbəcər rayonu istiqamətində ermənilərin açdığı atəş nəticəsində, Tovuz rayon Bozalqanlı kənd sakini, 24 yaşlı MAXE əsgər Nəzərov Ayaz Azər oğlunun şəhid olduğu deyilir. Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Qazaxıstanda bir Qırğızıstan vətəndaşını terrorçu kimi həbs ediblər. Onu döyüb, işgəncə verərək boynuna qoyublar ki, güya Qırğızıstandan pul verilərək, mitinqlərdə iştirak etmək üçün gətirilib, iğtişaşlar yaradıb və s. Sonradan məlum olub ki, sən demə bu vətəndaş Qırğızıstanın musiqiçisi və ictimai xadimidir, Qazaxıstana da hadisələrdən əvvəl konsert verməyə gəlib. Araşdırıb etmədən, adamı döyüb, boynuna qoyublar və Qazaxıstanın AZTV-si də bunu xalqa yalan kimi sırıyıb. İndi Qırğızıstan Qazaxıstana etiraz notası verib və musiqiçi Vikram Ruzaxunovun dərhal azadlığa buraxılmasını tələb edir.

Siyasi-ictimai fəal Qiyas İbrahimov Prezident Administrasiyası önündə Avropa Məhkəməsinin təyin etdiyi 36 min avroluq kompensasiyasını Azərbaycan hökumətindən ala bilməməsinə görə etiraz əlaməti olaraq, özünü yandırmağa cəhd edən zaman saxlanılıb. Hazırda o və jurnalist Ələkbər Azayevin 9-cu bölmədə olduqları deyilir.

Hazırda KTMT sədrlik edən Paşinyan KTMT adından Qazaxıstana “sülhməramlı” qüvvə göndərilməsinə qərar verdiyini açıqladı.

Qazaxıstan Prezidenti Kasım Tokayev etirazçıları terrorçu adlandıraraq KTMT-yə müraciət edib və Rusiyadan yardım istəyib.

Qazaxıstanda qiymət artımına görə bu gün baş verənlər: - Hökumət istefaya göndərildi - İnternet və telefon fəaliyyətində kəsintilər yaşanıb - Milli lider sayılan Nazarbayevin heykəlləri aşırıldı - Nazarbayev Təhlükəsizlik Şurası sədrliyindən çıxarıldı - ABŞ ölkədəki səfirliyini bağladı - Bakıdan Almatıya uçuşlar dayandırıldı - Etirazçılar müxtəlif şəhərlərdə dövlət binalarını ələ keçirib - Ölkədə fövqəladə vəziyyət elan edildi

Qazaxıstanda maye qazın qiymətinin kəskin artmasına görə vətəndaşlar ölkənin bir çox şəhərlərində kütləvi etiraz aksiyaları başlatmışdılar, polis tərəfindən saxlananlar vardı. Hökumət bu gün geri addım ataraq maye qazın qiymətini aşağı saldı.

Azərbaycanda unun qiymətinin qalxmasından sonra supermarket və mağazalarda zavod çörəyinin qiyməti 20 qəpik bahalaşıb. Deputat təyin olunan və Bakı Biznes və Kooperasiya Universitetini bazara çevirən Eldar Quliyev də deyir ki, ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq.

Azərbaycanda mağazalarda unun qiymətinin qalxdığı deyilir, hətta bəzi yerlərdə qıtlıq yaranıb, satılmır. Belə ki, əvvəllər 27 manata olan 50 kiloluq un, indi ən ucuz yerdə 37-38 manat satılır. Artıq bəzi yerlərdə vətəndaşlar 0.60 qəpiyə satılan çörəyi, 0.70 qəpiyə aldıqlarını deyirlər.

DSX-nın Qubadlı HH-nin kiçik çavuşu Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz silahı ilə baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizirlər Cəlilzadə Amil Fuar oğlu və İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib. Daha sonra hərbçi silahı ataraq hadisə yerindən qaçıb. Hazırda faktla bağlı araşdırma aparılır. Bu arada həm DSX, həm də MN hərbi hissələrində son zamanlar oxşar hadisələr baş verir, səbəbi naməlumdur.

Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova: "Kərim Vəliyev oğlumu öldürtdürüb, özü vəzifəyə gəldi. Qoy prezidentim İlham Əliyev bunu eşitsin. Azərbaycanın generalı ölmüşdü, bir gün belə matəm elan olunmadı. Bunların günahı birbaşa olaraq Müdafiə naziri Zakir Həsənovdadır".

Gələn ildən İkinci Qarabağ müharibəsində iştirak edən şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsi veriləcək. Və beləliklə o hərbçilərə də aylıq 80 manat prezident təqaüdü ödənəcək.

Bu gün Kəlbəcər istiqamətində saxlanılan daha 5 erməni hərbçi əsir və bir mülki girov Azərbaycandan Ermənistana qaytarıldı.

Operativ Qərargah: "Azərbaycanda fevral ayının 15-dən sonra 2-ci dozadan 6 ay keçibsə vaksin sertifikatları qüvvəsini itirəcək. Sertifikatın yenidən işlək olması üçün üçüncü dozanın vurulması lazımdır. Hələlik ölkədə "Omicron" ştamı qeydə alınmayıb. Qeydə alınsa bəzi məhdudiyyətlər gətirilə bilər".

Deputat Aqil Abbas: "Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olur. Boş, bekar avara gəzənəcən, niyə gedib Qarabağın tikintisində könüllü işləməsinlər? Könüllü gedəcək, vallah pul da istəməyəcək. Qarabağda müharibəyə gedəndə pul istəyirdi? Ölməyə gedəndə pul istəyirdi? Yox! Tikməyə gedəndə də pul istəməyəcəklər". 🤦‍♂️ Qeyd: Aqil Abbasın öz oğlu Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi işləyir.

Paşinyan dünən deyib ki, BMT Dağlıq Qarabağı ermənilər və azərbaycanlıların birlikdə yaşadığı Azərbaycan ərazisi kimi tanıyır. Bu da o deməkdir ki, əgər Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı qərar verilərsə, o zaman yekun status Azərbaycanın Konstitusiyasına uyğun verilməlidir. O bunu faciə adlandırıb və buna görə özündən əvvəlki rəhbərləri günahlandırıb.

Sumqayıt sakini, əslən Zəngilanın Qıraq Müşlan kəndindən olan, 2003-cü il təvəllüd hərbçi Rəhim Möhübbət oğlu Dadaşovun Laçın
Sumqayıt sakini, əslən Zəngilanın Qıraq Müşlan kəndindən olan, 2003-cü il təvəllüd hərbçi Rəhim Möhübbət oğlu Dadaşovun Laçın rayonunda şəhid olduğu, bəzi mənbələrdə isə başından güllələnərək intihar etdiyi deyilir. Hərbçinin gələn il yanvarın 7-də 19 yaşı tamam olacaqdı. Məlumat hərbçinin ailəsi tərəfindən yayılıb, rəsmi məlumat isə hələ ki, yoxdur.

Azərbaycanda hərbçilərin, polislərin və digər güc strukturları (Ədliyyə, DSX, DGK, DTX, XKX) əməkdaşlarının maaşları 20% artırıldı.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 11 il sabiq icraçı direktoru olmuş, İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Hökmə əsasən, o 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Vüqar Səfərli korrupsiya, mənimsəmə, vəzifə saxtakarlığı maddələri ilə ittiham olunurdu.