ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Kəlbəcərin Murovdağ Silsiləsindəki "Buzdux" (2374.7 m) yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir.

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu şəhid olub. Məlumat rəsmi təsdiqlənib.

Qarabağ qazisi Samir İsmayılovun prezident təqaüdü kəsildiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə üzərinə
Qarabağ qazisi Samir İsmayılovun prezident təqaüdü kəsildiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib.

Laçın şəhərində yaşayan ermənilər Laçın dəhlizində aksiya keçirib. Onlar Xankəndi-Gorus yolunu bağlamağa cəhd ediblər. Etirazçılar bildirir ki, onlara avqustun 25-nə qədər şəhəri tərk etmək əmri verilib. Onlar isə bunun mümkün olmadığı üçün bu addımı atdıqlarını deyirlər.

Azərbaycan Müdafiə Nazirliyi ilk növbədə heç bir təcrübəsi olmayan gəncləri nə üçün ən ön cəbhədə mövqeləndirir? Bu hansı xüsusi əməliyyat planın tərkib hissəsidir? Nədir bunda məqsəd? İkincisi, nazirlik şəhidlik statusunu minnətlə verməməlidir. 18-19 yaşında uşaqları ön cəbhəyə göndərirlər, istənilən halda, lap qəza olsa belə, onlar cəbhə bölgəsində, hərbi əməliyyatlar, yaxud istehkamların bərkidilməsi, möhkəmləndirilmə işləri zamanı başlarına nə gəlirsə gəlsin, xidmət zamanı olub və şəhid statusu verilməlidir, avtomatik. Bu məsələ sırf mənəvi deyil, həm də bu statusla müxtəlif imtiyazlar, maddi sıxıntılar, çətinliklər çəkən ailələrin ehtiyacının ödənməsi üçün vacibdir. Onsuzda kasıb-kusub təbəqənin balalarını basıb məcburi əsgər aparırsız, üstəlik imtiyazları da minnətlə verirsiz, bəzən heç onu da etmirsiz. Nazirlik nə üçün operativ deyil? Niyə gözləyirlər hansısa jurnalist onlara zəng etsin, sonra bunlar məcburi xidmətə yolladıqları hərbçilər barədə məlumatı dəqiqləşdirib, daha sonra agentliklərə ötürsünlər? Niyə rəsmi qurumların vəzifəli şəxsləri hərbçilərdən məlumatsızdır, özüdə gərginlik yaşanan istiqamətdə? Bütün bu baş verənlər də sonradan rəsmi quruma inamsızlıq, etibarsızlıq, güvənsizlik yaradır. Biz də yazanda, başımızın üstünü Baş Prokurorluq kimi kəsdirib, insanların fikir azadlığını məhdudlaşdırırsız, tənqidləri boğmağa çalışırsız, həbslə təhdid edirsiz. İlk növbədə özünüz vəzifələrinizin öhdəsindən layiqli gəlin, sonra cəmiyyəti təftiş edin, əgər buna qanun izn verirsə.

Bu gün Laçında şəhid olan əslən Füzulidən olan 18.07.2003-cü il təvəllüd Samir Səməd oğlu Xudiyev Ramana qəsəbə sakini. MN di
Bu gün Laçında şəhid olan əslən Füzulidən olan 18.07.2003-cü il təvəllüd Samir Səməd oğlu Xudiyev Ramana qəsəbə sakini. MN digər yaralı əsgərin də öldüyünü deyir. Halbuki elə deyil, hər ikisi də səhər saatlarında separatçıların təxribatı nəticəsində şəhid olublar.

Dəqiq əldə etdiyim məlumata əsasən nazirliyin son yaydığı hərbçilər döyüş zamanı xəsarət alaraq şəhid olub. Mən bu məlmatı 2 saatdır bilirdim, dəqiqləşdirmə aparırdım sadəcə. Hadisə səhər saatlarında baş verib. Qarşı tərəfin həmləsi nəticəsində hadisə baş verib.

Nazirlik məlumat yayaraq bildirib ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun əsgərləri Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Məlumata görə, nəticədə əsgər S. Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T. Əliyevin vəziyyəti ağır qiymətləndirilir. Əslən Füzulidən olan Ramana qəsəbə sakini, 18.07.2003-cü il təvəllüd Samir Xudiyev Ramana qəsəbə sakinidir. Digəri 11.02.2002-ci il təvəllüdlü əsgər Tahir Əliyev isə Ağstafanın Xətai kənd sakinidir.

Cəbhədə vəziyyətin yenidən gərginləşdiyi deyilir.

Azərbaycan Müdafiə Nazirliyi üzərində "Z" işarəsi olan Rusiyaya aid gəminin fotosunu saytından və sosial media hesablarından sildi.

Üzərində "Z" işarəsi olan Rusiyaya aid gəmilər Bakı sahilinə gəliblər. MN bildirir ki, Azərbaycanın Xəzər dənizindəki ərazi s
Üzərində "Z" işarəsi olan Rusiyaya aid gəmilər Bakı sahilinə gəliblər. MN bildirir ki, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün gəliblər. Maraqlı oyundur.

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər və Laçın istiqamətlərində yerləşən mövqelər və Ağdam, Xocavənd, Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərin fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu bildirib. Şəxsi heyət və texnikada itki olmadığı vurğulanır.

Müdafiə Nazirliyi Xaçmazın Yergüc kənd sakini, 2003-cü il təvəllüd hərbçi Pünhan Səyavuş oğlu Ağamirovun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etdiyini bildirir.

Azərbaycan səfirliyinə edilən hücumun məsuliyyətini Küveytdən olan “Mehdi Xidmətçiləri” adlı özünü şiə qruplaşma kimi təqdim edən radikal bir dəstə öz üzərinə götürüb. Həmin qruplaşma 2008-ci ildə Londonda yaradılıb. Maraqlıdır ki, bu dəstə İrandakı dini teokratik rejimə qarşıdır və müxalifdir. Ən maraqlısı isə dünyanın ən güclü kəşfiyyatı ingilis MI5, London polisi nə əcəb ən qısa zamanda müdaxilə etməyib baş verənlərə, qarşısı tez zamanda alınmayıb? Çox qəribə şeylər baş verir.

Bir qrup radikal dini qruplaşma Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Artıq onlar London polisi tərəfindən zərərsizləşdirilərək, saxlanılıblar.

Bu gün Rusiya sülhməramlıların komandanı "Dağlıq Qarabağ" ictimaiyyəti və müxalifət qüvvələrinin nümayəndələri ilə görüşüb. G
Bu gün Rusiya sülhməramlıların komandanı "Dağlıq Qarabağ" ictimaiyyəti və müxalifət qüvvələrinin nümayəndələri ilə görüşüb. Görüş zamanı masada Azərbaycan bayrağı, Rusiya bayrağı və tərsinə qoyulmuş Ermənistan bayrağı olub. Bu sosial medianın erməni saqmentində müzakirlərə səbəb olub.

Bu arada avto-icbari sığorta üzrə sığorta tariflərinin hesablanması qaydalarına edilən dəyişikliklərdən sonra Azərbaycanda əksər sürücülər üçün avto-icbari siğortanın qiyməti bahalaşıb.

Bəzi şeyləri sadə dildə izah etməkdə fayda var: - Qarabağda 3 ordu birləşmələri var: Ermənistan Silahlı Qüvvələrinə məxsus olan ordu və separatçı rejimə aid olan qanunsuz dəstələr. Və əlbəttə ki, müvəqqəti yerləşdirilən rus sülhməramlıları. - Azərbaycan rəsmi olaraq Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılmasını və qanunsuz erməni silahlı birləşmələrin isə silahsızlaşdırılmasını tələb edir. - Rəsmi Yerevan sentyabra qədər vaxt verib ki, özlərinə məxsus ordu tamamiylə çıxarılacaq. Hətta artıq tərxislərin başladığını bildiriblər. - Amma Qarabağdakı separatçılara aid silahlı dəstələrin təhlükəsizlik üçün qalacağını bildirmişdilər. Azərbaycan da antiterror əməliyyatına start verdi və rus sülhməramlıların müdaxiləsi ilə dayandırdı. - Rəsmi Yerevan ən çox Qarabağdakı erməni əhalinin təhlükəsizliyi üçün narahat olduğunu, əgər orda hərbi birləşmələr olmasa əhalinin durumundan əndişəlidir. Rəsmi Bakı isə rus sülhməramlıların əraziyə məhz bu təyinatla gəldiyini deyərək, onların öhdəsində olduğunu bildirir. - Erməni cəmiyyəti həm Ermənistandakı, həm Qarabağdakı Rusiya Sülhməramlı kontingentin fəaliyyətindən dəhşətli dərəcədə narazıdır. Azərbaycan cəmiyyəti də, həmçinin. Dövlətlər isə hər dəfə razılıqlarını ifadə etsələr də, iradlarını bildirməklə kifayətlənirlər. - Ermənistan Laçın Dəhlizinə alternativ yolun özünə məxsus olan hissəsinin bərpasını gecikdirir. Gələn il yazda təhvil verəcəklərini deyirlər. Azərbaycan isə demək olar ki, işləri tamamlayır, hərçənd daha böyük işlər bu tərəfə düşürdü. - Ermənistanda Əskipara (Voskepar) kəndi ərazisində bir neçə həftədir ki, rus hərbçiləri üçün hərbi təyinatlı obyekt tikildiyi deyilir. Bəzi məlumatlara görə məqsəd Azərbaycan və Qazaxın Ermənistan ərazisində qalan kəndləri arasında gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçündür. Bu sərhədlərin müəyyən edilməsi prosesinin tərkib hissəsidir. - Ermənistan artıq "Zəngəzur Dəhlizi"nin fəaliyyətinə hazır olduğunu bildirib. Bu məsələ uzun bağırsaq kimi uzansa da, həll olunacağa bənzəyir. Çünki Rusiyanın da bu koridora çox ehtiyacı var. - Ermənistan Azərbaycanda hələ də erməni hərbi əsirlərin qaldığını və onların geri verilməsini tələb edir, beynəlxalq qurumları da buna görə hərəkətə səsləyir. Azərbaycanı bəyanata əməl etməyə çağırır. Azərbaycan isə o əsirlərin hərbi təyinatlı yox, terror təyinatlı olduğunu səsləndirərək, hələ ki, məsələni uzadır. - "Müharibə olacaqmı?" sualı çox verilir. Açığı inanmıram ki, 44 günlük müharibə maştablı nəsə olsun. Amma kiçik lokal döyüşlərin olması mümkündür. - Bütün bunlarla paralel Azərbaycanda qazilərin narazılığı, veteranlara qarşı biganəlik, müharibədən sonra 37 qazinin intiharı, 50-dən çox intihara cəhd etmə mövzuları da gündəmdədir. Şəhid ailələri, qazilər və hərbçilərin rəsmi qurumlara qarşı narazılığı birdəfəlik aradan qaldırılmayıb.

Paşinyan: "Qarabağda Ermənistan ordusu yoxdur. Azərbaycan 9 noyabr bəyanatını ləğv etməyə çalışır. Azərbaycan Dağlıq Qarabağın varlığını tanımalı, təmas xəttini pozmamalı, Laçın dəhlizi ilə bağlı müqaviləyə əməl etməlidir. Azərbaycana Ermənistan ərazisindən Naxçıvana tranzit kimi yol verməyə hazırıq".

Gecədən bu yana yayılan dezolar: - İran qoşunlarının Azərbaycan sərhədinə köçürülməsi; - Yayılan hər iki video, ermənilərin əsir götürülməsi və xeyli sayda ölü; - Yeravana giriş-çıxışların bağlanıb, silah-sursat yoxlanması; - Azərbaycan Ordusunda polkovnikin şəhid olması.