Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılmağı dezinformasiyadır. Bu gün keçirilən məhkəmə prosesində jurnalistin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması təmin olunmayıb.
16 874
Sosial şəbəkələrdə “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs tutulub. Törətdiyi əməli etiraf etdiyi deyilən 2000-ci il təvəllüdlü E. Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
16 874
Moskvadan İstanbula, Yeravana, Bakıya və vizasız digər qonşu ölkələrə uçuşlar üçün aviabiletlər tükənib.
16 874
Putinin Rusiyada qismən səfərbərlik elan etməsindən sonra ölkə vətəndaşları son saatlarda “Google” axtarış sistemində ən çox “Səfərbərlikdən necə yayına bilərəm” (“Kак избежать мобилизации), “Qolumu necə sındıra bilərəm” ("Как сломать руку") kimi ifadələri axtarışa veriblər.
16 874
İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, 20 milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevə 12 il, onun dəstə üzvlərinin hər birinə 8-12 il olmaqla həbs cəzası verildi.
16 874
İranda əhali 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə axışıb. İddiaya görə Məhsa, hicab qaydalarını pozduğuna görə polis nəzarətinə götürüldükdən sonra ölüb. Etirazçılar ölkənin bir çox iri şəhərlərində “Diktatora ölüm” şüarları səsləndirərək polislə qarşıdurmaya gedib. Nəticədə 5 nəfərin öldüyü deyilir.
16 874
Putin bu gün qismən səfərbərlik elan etdi və Qərb tərəfdən Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranarsa bütün vasitələrdən istifadə edəcəyi ilə hədələdi.
16 874
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyeva 5 milyon 218 min manatlıq mənzil və luks avtomobillərinin, oğlu Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunması üçün məhkəməyə müraciət edib.
16 874
"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli sosial şəbəkələrdə İlham Əliyevi tənqid etdiyi və müharibə əleyhinə yazdığı üçün mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.
16 874
Erməni mənbələrinə görə bu gün Azərbaycan rəsmi Moskvanın vasitəçiliyi ilə Ermənistana daha 95 hərbçinin meyitini təhvil verəcək.
16 874
Bakıda villasında dincələn Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesində bu gün məlum olub ki, eks nazirin dövründə cənazə maşınının sürücüsünün adına 3 şirkət açılıb. Və həmin şirkətlər vasitəsiylə pullar mənimsənilib.
16 874
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev haqqında yeni cinayət işi başladılıb. O, həbsxanada başqa bir dustağı döyərək xəsarət yetirməkdə ittiham olunur. "Tərtər hadisələri"ndən danışan siyasətçinin həbs müddəti daha 6 ay uzadılıb. Qeyd edim ki, yaxında azadlığa buraxılmalı idi.
16 874
Ermənistan Təhlükəsizlik Şurasının bəyanatı: "Sərhəd hadisələri zamanı ölən və itkin düşənlərin sayı 207 nəfərdir, yaralı sayı 293 nəfər, 20 hərbçi isə əsir düşüb".
16 874
Şirvanda Qarabağ qazisi Elmir Abdiyev özünü yandıraraq intihara cəhd edib. Onun polislərin hərəkətlərinə etiraz olaraq bu addımı atdığı deyilir. DİN onun qardaşına məxsus avtomobilin buraxılması və protokolun ləğv edilməsini istədiyini bildirir. Hazırda xəstəxanada müalicə alır.
16 874
İkinci Qarabağ müharibəsi iştirakçısı doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında vəfat edib. Bakının, Nizami rayon sakini, 1982-ci il təvəllüd olan qazi Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
16 874
Azərbaycanda son döyüşlərdə şəhid olmuş şəxslərin kredit borclarının silindiyi bildirilir.
16 874
Qırğızıstan prezidenti sentyabrın 19-nu Tacikistanla sərhəddəki münaqişə nəticəsində həlak olanlar üçün "Ümummilli Matəm Günü" elan edib. Qeyd edim ki, son baş verən toqquşmalar nəticəsində 36 nəfər qırğız hərbçi həyatını itirib.
16 874
Azərbaycan XİN: "Nensi Pelosinin çıxışı Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərəfli açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir".
16 874
Gürcüstanın Tbilisi və Niderlandın Utrecht şəhərlərində azərbaycanlı gənclər "Biz müharibə istəmirik", "No War" şüarları ilə dinc aksiyalar keçiriblər. Onlar Azərbaycan-Ermənistən sərhəddində baş verənlərə etirazlarını bildirmək və sülh istədiklərini bildirmək üçün toplaşıblar. Hər iki aksiyada da 3 nəfər iştirak edib.
16 874
Ermənilər hazırda Yerevanın mərkəzində aksiya keçirirlər. Onlar hökumətdən KTMT-dən (ОДКБ) çıxmağı tələb edirlər.
