ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Bakı qarnizonunda xidmət edən MAXE əsgər, Cəlilabad sakini Ağamalıyev Nurlan Elşən oğlunun texniki qəza nəticəsində həlak olduğu bildirilir. Məlumatı MN təsdiqləyib. 3 gün öncə də Naxçıvanda əsgər Fazil Məmmədovun texniki ehtiyatsızlıqdan öldüyü bildirimişdi. Hər 2 fakt da araşdırılmalıdır.

DTX-nın Gömrük Komitəsində növbəti əməliyyat keçirdiyi deyilir. Əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb. Birinin Sahil Babayevin qohumu olduğu, digərinin isə Səfər Mehdiyevin kirvəsi olduğu bildirilir.

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədlərini açmaqla bağlı razılığa gəldilər. Qeyd edim ki, bu sərhədlər 30 ilə yaxındır ki, bağlı idi.

Xalq gileylənirdi ki, Gürcüstanla quru sərhədləri açılsın, bunlar da götürüb Naxçıvan-Türkiyə quru sərhəddini də bugündən sentyabrın 1-ə kimi bağlayıblar, səbəb kimi də Operativ Qərargahın qərarı göstərilir. Məlumat rəsmidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: "Bir böyrəyi olanlara əlillik verilməyəcək. Çünki bir böyrək olmasa belə digər böyrək sağlamdırsa, tibbi proqnoza əsasən şəxs 30 ilədək yaşaya bilər".

İki gündür döşədiyiniz aparıcı, mədəniyyətsiz Zaur Kamal oğlunun 2016-cı ildə İlham Əliyev tərəfindən “Əməkdar mədəniyyət işçisi” adına layiq görüldüyünü bilirdiniz?

Bakı sakini İlham Abdullayev adlı şəxs İkinci Qarabağ Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevanı aldadaraq oğlunın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcəyini bildirib və 11 min manatını ələ keçirib. Dələduzluqda ittiham edilən şəxs saxlanılıb, barəsində cinayət işi açılıb.

Rusiya mənbələrinin bildirdiyinə görə rəsmi Moskva Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə etməsinə yardımçı olub. Yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrutun razılaşdırıldığı deyilir. Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan 40KM-lik yoldan istifadə olunacağı bildirilir. Qalan 6 kilometrlik hissədə dağlar olduğu üçün mühəndislər tərəfindən yeni layihə hazırlanır.

Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verdi. Hər üç dövlət terrorla mübarizə aparmaq üçün birgə bəyanat imzalayıblar. İsveç və Finlandiya PKK, YPG və bənzər terror təşkilatlarına dəstək verməyəcəklərinə dair öhdəlik götürdüklərini bəyan ediblər.

Hakimiyyətin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb. Müsabiqədə parlamentin ən qoca deputatı Ziyad Səmədzadənin təşkilatı da qalib elan edilib. Onun təşkilatı, 31 kəndi hələ də erməni-rus nəzarətində olan Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri mövzusunda tədqiqat aparacaqmış. Bunun üçün ona 29620 manat ödənəcək. MTN-nin şefi Eldar Mahmudovla cinayətlərdə əlbir olan bu təyinatlı deputatın maaşı, biznesi azlıq edirdi, hələ üstəlik büdcədən də Şuşa adı ilə qrant da ayırıblar.

Azərbaycan XİN: "Əgər Azərbaycan Paşinyanın dediyi kimi müharibə istəsəydi, Ermənistanın yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi. Sülh sazişinin əsaslanmalı olduğu baza prinsiplərini qarşı tərəfə təqdim etməzdi".

Paşinyan: "Azərbaycan tərəfi Ermənistan və "Dağlıq Qarabağa" qarşı yeni müharibəyə legitimlik qazandırmaq üçün sülh sazişi, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regional kommunikasiyaların açılması məsələləri ilə bağlı görüşləri daim gecikdirir, təxirə salır və ya rədd edir. Azərbaycanla müharibə qaçılmazdır və Azərbaycan buna hazırlaşır, bunun üçün əlindən gələn hər şeyi edir".

Bu gün Ukrayna-Rusiya müharibəsinin 123-cü günüdür. Rusiya ordusu Xəzər dənizindən paytaxt Kiyevə 14 qanadlı raket atıb. Bunlardan bir neçəsi yaşayış binalarına dəyib, bəzisi zərərsizləşdirilib. Xeyli sayda mülki yaralılar və bir nəfər ölən var. Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu işğal olunmuş Ukrayna ərazilərinə səfər edib.

Kəlbəcər rayonunun 6 məktəbində direktor müavinlərinin ali təhsilsiz olduğu aşkar edilib və hamısı işdən çıxarılıb.

Müəllimlərin altpaltarından çıxan bülletenlərlə, Səlyandan deputat təyin edilən Fəzail Ağamalı ötən gün deyib ki, yüksək maaş alan bir insan kimi, imkan edib yeni çıxan meyvələrdən ala bilməyib. Ona görə bu gün Səylandan olan vətəndaşlardan biri 1 kilo gilas alıb və parlamentin önünə gələrək Fəzail Ağamalıya çatdırmağa çalışıb ki, yesin, gözü doysun. Polislər isə meyvəni alaraq xadimələrə göndəriblər.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin Qobustan həbsxanasında aclıq aksiyasını dayandırdığı deyilir. O, iyunun 3-dən etibarən polislər tərəfindən işgəncələr zamanı Allah və İslam müqəddəslərinin təhqir edilməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Bakıda İran səfirliyi önündə İranda həbs olunmuş azərbaycanlı siyasi fəallara dəstək aksiyası keçirilib. Təkadamlıq aksiyada Azərbaycanda dini dövlət qurmaq istəyənlərə etiraz edilib, İranda həbs edilən fəallara azadlıq tələb edilib. Aksiyanın sonunda isə səfirliyin binası önünə aftafa atılıb. Səfirliyin qarşısında polislər aksiyanı işıqlandıran jurnalistlərə təzyiq göstəriblər.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbs cazası bir ilə qaldırılıb. O, sosial media kanallarında danışdığı üçün, böhtan atma maddəsi ilə ittiham edilərək 6 ay həbs edilmişdi.

Dövlət Gömrük Komitəsinin nəzdində olan "Azərterminalkompleks” birliyinin direktoru, general-mayor Ehtiram Xəlilov külli miqdarda (200 mindən çox) rüşvət alma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmədə törətdiyi əməllər sübuta yetirilərsə onu 10 ildən 14 ilə kimi həbs gözləyir. Səfər Mehdiyev söz vermişdi, bəs sizcə istefa verəcəkmi?

Bahalaşma: Karqo və poçt qiymətlərində 50.6% artım müşahidə edilir. Bundan başqa şəkər tozu (pesok) da bahalaşıb, 50kq-lıq şəkər tozunun kisəsi 67 AZN idisə, indi topdansatış olaraq 75 AZN satılır. Bəs siz son günlər daha çox nəyin bahalaşdığını müşahidə etmisiz?