ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
İsrail dünən gecədən Fələstin (Qəzza) və Suriyadan sonra indi də Livanı bombalayır. Bu gün gecə isə Qəzzaya quru yolla hərbi əməliyyat gözlənilir.

Paşinyan: "Bizim də Azərbaycanda anklav ərazilərimiz var. Məsələn, Berkaber (Bibiş), Ayqeovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar və digərləri geri qaytarılmalıdır. Azərbaycan 8 kəndi tələb edirsə, biz də bunları tələb edirik".

Paşinyan deyib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsələr, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiyaya qayıtmalıdırlar. Onu da bildirib ki, Ermənistan artıq “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır.

Rusiya sülhməramlıları Qarabağda daha 2 müşahidə məntəqəsini bağlayıblar. Bununla da bağlanan məntəqə sayı 9 oldu. Qarabağda sülhməramlıların ümumi 14 məntəqəsi qaldı.

İsrail baş naziri Benyamin Netanyahu: "Biz bütün ərəb torpaqlarını, HƏMAS-ın mövcud olduğu bütün bölgələri yerlə yeksan edəcəyik. Qəzza zolağındakı əhaliyə səslənirəm, dərhal o bölgəni tərk edin. Hər yeri bombalayacağıq. Misli görünməmiş dərəcədə bombardman edəcəyik."

İlham Əliyev Şarl Mişellə telefon danışığında bildirib ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır və bu kəndlər təcili şəkildə azad edilməlidir. (Söhbət Qazaxın 7 kəndi və Kərki kəndindən gedir)

Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, "Dağlıq Qarabağ"ın özünümüdafiə dəstələri tərkisilah prosesi zamanı 66 milyondan çox silah-sursat təhvil verib.

Rusiya mətbuatı yazır ki, İsrail Ukraynaya dəstək vermədiyi üçün Qərb tərəfindən bu formada cəzalandırılır. Bu arada Ukrayna İsrailin “özünü və xalqını müdafiə etmək hüququnu” dəstəklədiyini açıqlayıb.

Məndə olan məlumata görə Naxçıvan Ali Məclis sədrinin birinci müavini, vəzifəsindən 2 gün öncə istefa verən Azər Zeynalov DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib. İddialara görə saxlanılmanın səbəbi separatçıların ifadələri əsasındadır. 18 il Ali Məclisin sədr müavini, 15 il deputat, 1 il isə sədr əvəzi işləyən birindən söhbət gedir. O, Vasif Talıbovun ən yaxın adamı hesab olunurdu.

Bu gün Fələstinin Qəzza bölgəsindəki hərbi qruplaşmalarla İsrail ordusu arasında son illərin ən güclü hərbi qarşıdurması yaşanıb. Bu saata qədər baş verənlər: - Yüzlərlə insanın həlak olduğu, minlərlə yaralının olduğu deyilir. Bunların içində mülki insanlar da var. - Fələstin hərbçiləri tərəfindən bir İsrail bazasının ələ keçirildiyi bildirilir. - İsrailin bir çox şəhərlərində küçə döyüşlərinin olduğu xəbərləri var. - Onlarla İsrail əsgərinin əsir götürülərək Qəzza bölgəsinə aparıldığı deyilir. - Qəzza zolağından Yerusəlim/Qüds şəhərinə də raketlərin atıldığı bildirilir. - Qəzza zolağından İsrail ərazisinə ümumilikdə 5000-dən çox raket atıldığı deyilir. - İsrail Müdafiə Qüvvələri "Dəmir Qılınclar" əməliyyatının başladığını elan etdi. - İsrail Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri Qəzza zolağını bombardman etməyə başlayıb.

TASS agentliyi bildirib ki, diplomatik mənbədən alınan məlumata görə Rusiya Müdafiə Nazirliyi Bakıda və ya Yerevanda Qarabağdan sülhməramlıların çıxarılmasını müzakirə etmir.

Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyevin piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olduğu deyilir.

Azərbaycan Ordusunun hərbçisi, Şabran rayon sakini Ziya Baba oğlu Babayevin həlak olduğu bildirilir. Onun Füzuli istiqamətind
Azərbaycan Ordusunun hərbçisi, Şabran rayon sakini Ziya Baba oğlu Babayevin həlak olduğu bildirilir. Onun Füzuli istiqamətində avtomobil qəzası nəticəsində dünyasını itirdiyi deyilir. Məlumatı rayon komissarlığından təsdiqləyiblər. Şəhidin cənazəsi bu gün gecə Füzulidən doğulduğu rayona göndəriləcək. Evin tək oğlu idi, ailəlidir, iki övladı var.

Bu gün Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib. Azərbaycan İran ərazisindən keçən yeni yollar və körpülər vasitəsilə Naxçıvanla əlaqə quracaq.

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin "Dağlıq Qarabağ"dan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün Yerevana səfər edəcək. (Mənbə: TASS)

Son hərbi əməliyat zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri, Sabirabadın Ulucalı kənd sakini Muradov Əzizbəy E
Son hərbi əməliyat zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri, Sabirabadın Ulucalı kənd sakini Muradov Əzizbəy Etibar oğlu bu gün şəhid olub. Ümumi şəhid olanların sayı 205 nəfər oldu.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya tətbiq etmək yaxşı fikir deyil, Bakı ilə danışıqlar aparmaq lazımdır.

Rusiya MN: "Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri işini dayandırıb".

Paşinyan bugünkü sənədə imza atmaqla Naxçıvanın Sədərək rayon Kərki kəndi və Qazaxın 7 kəndinin Azərbaycana qaytarılmasına imza atıb. Nəticədə Azərbaycan Ordusu Ermənistanı İran və Gürcüstanla birləşdirən bu ərazilərdən keçən Ermənistanın dövlət magistral yollarına da nəzarət edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyada keçirilən iclasda Qarabağın da daxil olduğu, Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzalayıb.