SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 991 名订阅者,在 新闻与媒体 类别中位列第 7 291,并在 阿塞拜疆 地区排名第 69 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 991 名订阅者。
根据 02 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -384,过去 24 小时变化为 -15,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 22.26%。内容发布后 24 小时内通常能获得 8.43% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 7 792 次浏览,首日通常累积 2 951 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 76。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 03 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 991
订阅者
-1524 小时
-407 天
-38430 天
帖子存档
34 982
11 ay şellən, ye, iç, kef, haram, günah elə, camaatın haqqına gir, min hoqqalardan çıx, sonra da gəl 1 ay Oruc tut, “günahlarını yu, savab qazan” zırt-pırt? 😂🤦🏻♂️ Elə şey yoxdur!
Orucdur, namazdır bunlar insanıın pak, sağlam, güclü, iradəli, imanlı, mərhəmətli, ədalətli olması üçün Allah tərəfindən göndərilib, insanlar üçün. Bu təkcə bir ay yox, həyat tərzin olmalıdır!
34 982
Hadisə 45-ci məhəllə adlanan ərazidə, 14 mərtəbəli yaşayış binasında baş verib.
İlkin ehtimallara görə, 17 yaşlı Şəms binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.
Məlumata görə, o, Sumqayıt Şəhər 13 saylı məktəbdə təhsil alırmış.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
İzləyicim; “Salam, Saleh bəy. Bu gün Sumqayıtda 14mərtəbə deyilən binadan 10cu sinif şagirdi qız özünü atıb. Cibində zapiskası var idi, amma səbəbini deyən olmadı. Qız ora hazırlığa gəlirmiş səhər saat 8, 9a işləmiş olub. Deyilənə görə krışaya çıxışlar bağlıdır, bilinmir blokdan atıb ya necə. Şahidin videosu var, uzun oldu göndərə bilmədim. 13 nömrəli məktəbdə oxuyurmuş. Bir neçə gün bundan öncə də başqa bir cavan oğlan uşağı özünü atmaq istəyirmiş, qarşısını ala biliblər şükür”
34 982
🇦🇿Baş Prokurorluq vətəndaşlara müraciət edərək bildirib ki, internet məkanı nəzarətsiz zona deyil.
Sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, etik normalara zidd paylaşımlar inzibati məsuliyyət yaradır.
Bu qaydaları pozan 6 nəfər müəyyən olunub, onlardan 4-ü inzibati həbsə, 2-si isə cəriməyə məhkum edilib. Vətəndaşlar virtual mühitdə qanunvericiliyin tələblərinə riayət etməyə çağırılıb.
34 982
TV verlişlərlə bağlı söz söhbətlər yaılnız müəllim son qoya bilər. Çünki o sadəcə müğəni deyil. O, arqinal kişidir!
34 982
Jeton və layk üçün nə gəldi paylaşırlar 🤦🏻♂️
Gənc qız və oğlanların gecə saatlarında içkili əyləncə görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən tənqid olunub.
Kadrlarda arxa planda qızlardan birinin “çəkmə, paylaşacaqlar” deməsi də diqqətdən yayınmayıb.
Məsələ ilə bağlı sosial mediada müxtəlif fikirlər səsləndirilir. Bəzi istifadəçilər valideynləri övladlarına daha diqqətli olmağa çağırır.
34 982
ÇEMPİONLA GÖRÜŞ 🇦🇿🤸🏻♀️
Uşaqlar və gənclər Tofiq Əliyev kimi məşhurlardan, çempionlardan ilhamlanıb, örnək və nümünə götürməlidirlər! TV-lər efirlərini bu nümünələrlə doldurmalıdırlar! Düzgün və sağlam təbliğat aparılmalıdır!
Tofiq Əliyev (29 noyabr 2004) — tamblinq (tramplin gimnastikası) üzrə yarışan Azərbaycan idmançısı, Azərbaycan milli komandasının üzvü. 2025-ci ildə Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanaraq idman tarixində ilk dəfə "tam-tam-tam" (ing. "full-full-full" və ya "triple full"), hər bir saltoda 360° tam burulma ilə üçlü geri dönmə elementini rəsmi şəkildə icra etmişdir.
34 982
Əvvəl Meymunlar idi, indi də Betmemlə Spaydermen. Xarici turist Tarqovudakı bu iki personajlar haqqında MAŞENNİK POSTU paylaşıb və hər kəsi diqqətli olmağa, torlarına düşməməyə çağırıb. Xanım deyir, ailə və rəfiqəm ilə Tarqovuda gəzirdik. Rəfiqəmlə dayanıb şəkil çəkdirirdik və bu an bu iki personaj Betmenlə Spaydermen kadra girərək poz verməyə başladılar. Düşündüm ki, bunlar küçə aktyorlarıdır və şou, performans göstərirlər. Takı qarşımızı kəsib hərəsinə şəkil üçün 10 manat verməyi tələb edənə qədər. Dedik ay bala, biz sizinlə şəkil çəkdirmək istəmirdik siz özünüz soxuldunuz kadra, indi də pul tələb edirsiz? Yolumuzu davam etmək istəyəndə bunlar bizə toxunaraq durdurmağa başladılar, tonlarını yüksəldərək, aqresivləşdilər və bizi muhasirəyə aldılar. Çox qorxduq, panik keçirdik, ailəmizi axtarmağa, çağırmağa başladıq. Anamla qardaşım mağazadan çıxdıqlarını görüb sevinərək onıarın yanına qaçmağa çalııdıq, dedik yəgin qardaşını görüb uzaqlaşarlar. Amma onlar əl çəkmədilər. Dedik polis çağırarıq. Dedilər çağırın. Biz də sizdən şikayət edərik. Məcbur qalıb hərəsinə bir mamat verdik, qəbul etmədilər. Dedilər 10. Xanımın postunu təqdim edirəm👇
🚨 Bakıda fırıldaqçılıq xəbərdarlığı – Nizami küçəsində heç vaxt unutmayacağımız bir gecə 🚨
Bakıda sehrli bir axşam kimi başlayan hadisə tez bir zamanda həyatımın ən qorxulu təcrübələrindən birinə çevrildi.
Ailəmlə birlikdə Nizami küçəsində gəzərkən dostumla birlikdə şəkil çəkmək üçün kənara çəkildik. Əvvəlcə onun şəkillərini çəkdim, sonra o da mənimkini çəkməyə başladı. Nə baş verəcəyindən tamamilə xəbərsiz gülürdük.
Poza verərkən birdən yanımda hərəkət hiss etdim.
Betmen və Supermen geyimli iki kişi hər iki tərəfimdə peyda oldu, sanki kadrda özlərini tapmış kimi poza verdilər. Onların zərərsiz küçə ifaçıları olduğunu düşünərək, biz də birlikdə oynadıq.
Getməyə çalışan kimi hər şey dəyişdi.
Yolumuzu kəsdilər və "hər biri 10 manat" tələb etdilər, BİZ onlarla şəkil çəkdirdiyimizi və indi onlara borclu olduğumuzu israr etdilər. Onlara açıq şəkildə dedik ki, heç vaxt şəkil istəməmişik, özlərini içəri saldılar. Yenə də, bəlkə də sadəcə bir şey qazanmağa çalışdıqlarını düşünərək, yaxşılıq əlaməti olaraq hər birimizə 1 manat təklif etdik.
Amma bizi buraxmaqdan imtina etdilər.
Hər dəfə irəli addımladığımız zaman qarşımıza çıxdılar.
Səsləri sərtləşdi. Üz ifadələri aqressivləşdi.
Ətrafımızdakı insanlar səsləri daha da ucaldıqca bizə baxmağa başladılar. Bu anda içimizdə qorxu yaranmağa başladı.
Qaçmaq üçün hər birimizə 1 manat daha verdik, amma əvəzində vəziyyət daha da gərginləşdi. Onlar bizi izləməyə, yolumuzu kəsməyə və onlara "borclu olduğumuzu" qışqırmağa davam etdilər. Küçə daha qaranlıq, daha kiçik, boğucu hiss olunurdu.
Və sonra - rahatlıq. Anamın və qardaşımın izdihamın arasında bizi axtardığını gördüm. Onlara tərəf qaçdıq.
Adətən ailənin kişisini görəndə uzaqlaşırlar, amma bu kişilər inadkar idilər.
Qardaşım onlarla qarşılaşanda.
"Siz kimsiniz?" dedilər, bizi "oğru" adlandırdılar. Bunu xarici ölkədə eşitmək qeyri-real idi. Anam da polisə zəng etməklə hədələdi, amma onlar da bizə polisə zəng etmək istədiklərini qışqırdılar.
Gərginlik yarandı, səslər yüksəldi, izdiham ətrafımıza toplaşdı və bir anlıq vəziyyətin zorakılığa çevriləcəyindən qorxduq. Nəhayət, ailəmizi kənara çəkməyi bacardıq və bir qərib müdaxilə edərək həmin kişiləri bizdən uzaqlaşdırdı. Oradan birbaşa otelimizə getdik.
#scramalert #baku #nizamistreet
34 982
Allah Uluöndərə qəni-qəni rəhmət eləsin!
O olmasaydı, bugün nə dilimiz, nə də dövlətimiz olardı! 🇦🇿
Tarixi, keçmişi bilənlər bilir! Bilməyənlər üçün şərhdə videolar qoyacam. 90-cı illərin tarixinə bir nəzər salın, incələyin!
34 982
🇦🇿 Bu gün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Hər il qeyd olunan bu gün hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
https://t.me/nasirovsaleh/7422
34 982
İnternetdə gündəm olan 🐒 “Panç” 💔 Video
Yaponiyanın Çiba şəhərindəki İçikava Şəhər Zooparkında 2025-ci ilin iyul ayında anadan olan Panç adlı makaka, doğuşdan qısa müddət sonra anası tərəfindən tərk edilr.
Zoopark işçiləri tərəfindən Panç 2026-cı ilin yanvar ayında zooparkın meymun yuvasına gətirilir. Lakin o, dəstə ilə inteqrasiya olmaqda çətinlik çəkir, işarələri başa düşmür və narahatlıq keçirir, təşvişə düşür..
Rahatlıq, təhlükəsizlik və istilik təmin etmək üçün işçilər ona böyük ölçülü, yumşaq içlikli orangutan oyuncağı verirlər. Panç bu oyuncağa tez bir zamanda bağlanır və onu surroqat ana kimi qəbul edir, onu sürüdür, onunla yatır, oynayır, vaxt keçirir və özünü çox rahat, xoşbəxt hiss edir.
Balaca meymunun "Narıncı Anası” ilə görüntülər 2026-cı ilin fevral ayında virusa çevrildi və bu, kiçik zooparkda gözlənilməz izdihama səbəb oldu.
34 982
Ona görə deyirəm zebralarda, ələlxüsus enli və çox zolaqlı yollarda IŞIQFOR MÜTLƏQDİR! Bir zolaqda gedən maşın saxlayır, digərdəki görmür, saxlamır və qəzalar baş verir. Amma svetaforu hər kəs görür!
