SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 795 名订阅者,在 新闻与媒体 类别中位列第 7 286,并在 阿塞拜疆 地区排名第 69 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 795 名订阅者。
根据 08 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -522,过去 24 小时变化为 -41,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 19.70%。内容发布后 24 小时内通常能获得 7.73% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 6 859 次浏览,首日通常累积 2 691 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 38。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 09 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 795
订阅者
-4124 小时
-1997 天
-52230 天
帖子存档
34 795
YENİ YASAMAL PARKINDAN İNCİLƏR
İzləyicim; “Salam Saleh bey Yeni Yasamal parkidi. Bu usaqlar(qirmizi papaqli) 2 qardas 1 bacidi. 4 fesil parkdadirlar. Ne terbiye var, ne aile. Iti camaatin ustune salirlar , it kimise dislese nece olacaq? Bu usaqlarin sizin sehifede basqa videolari da var, hami onlarin elinden bezardi. Pis pis soyusler, ona buna satasmaq, indi de bu it meselesi. Ana ata da tapmiriq ki bir sozumuzu deyek.
Bu videodaki 2 balaca oglanlardi size gonderdiyim videodakilar,qardasdilar. Bir de balaca bacilari var. Bicaq batirilmagina haqq qazandirmiram elbette ki, amma o usaqda da az yoxdu. Iti oyredib camaatin ustune saliblar”
34 795
Sözsüz ki, qış təkərləri sürüşmür və təhlükəsizdir. Lakin, Bakıda qar nadir hal olduğu və yağsa da 24 saatda əridiyi üçün, bu boyda məsrəfə, əziyyətə duyulmur. Əvəzində bütün fəsil 🛞 təkərləri almaq olar. Sadəc, çoxu sürə bilmər, çünki təcrübəsizdir, maarifsizdir! Sürücülərin mütəq əksəriyyəti yağışda belə sürə bilmir, özünü itirir, qarda necə sürsün, ələlxüsus cipləri 🤦🏻♂️ Spuskda əyləcdən isrifadə qaydaları var, ümumiyyətlə az istifadə edilməlidir əyləcdən….Qarda ön aparıcı olan maşınların kefidir, onlar rahatləqla padyomu qalxır, istənilən situasiyadan çıxır 👍
34 795
Mən də deyirəm bu kruşkalardan niyə belə spesifik ürəyi bulandıran iy gəlir 🤦🏻♂️😱☕️
34 795
Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
34 795
Azdır ki, hər ay balansdan 2 AZN əkişdirirlər, hələ nömrəmi də belə bir tərəfli bağlayırlar, balansımda 70 AZN olduğu halda. 2 AZN söhbətindən əvvəl 80-85AZN idi səhv etmirəmsə. Bu məbləğ necə yaranıb deyim. Hər dəfə telefonum bir tərəfli bağlananda 5 manat yükləyirdim, amma az istifadə edirdim, çünki əsas nömrəm deyil və internet bakseldədir.
Nəisə, yazışmadan görürsünüz ki, bu pulları heç cürə çıxara və ya başqa nömrəmə, kartıma transfer edə bilmərəm.
O üzdən qərara aldım ki, konturları əsgərlikdə və kontura ehtiyacı olan əsgərlərə göndərim. Beləsini tanıyırsınızsa, yazın telefonunu, amma MÜTLƏQ NAR nömrəsi olmalıdır!
34 795
Repost from Azərbaycan Respublikasının Baş Prokurorluğu
Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatı
Vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanunsuz ağac kəsilməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir
Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İlkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməmişdir.
İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib.
Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılmışdır.
Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
