SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 35 000 名订阅者,在 新闻与媒体 类别中位列第 7 278,并在 阿塞拜疆 地区排名第 68 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 35 000 名订阅者。
根据 01 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -396,过去 24 小时变化为 -17,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 22.20%。内容发布后 24 小时内通常能获得 8.41% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 7 773 次浏览,首日通常累积 2 945 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 78。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 02 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
35 000
订阅者
-1724 小时
-407 天
-39630 天
帖子存档
35 000
Su kollektorunun üstündə ev tikərlər? Ümumiyyətlə, bu torpaqları necə sata, tikintiyə icazə verə bilərlər? 🫣 27.03.26
35 000
2015-dən bəri deyirəm, çəkirəm, izah edirəm, çıxış və həll yollarını göstərirəm, amma çi fayda
https://t.me/nasirovsaleh/8016
35 000
Bakıda ov tüfəngindən atəş açıldı: Hadisə yerində ölən var
Martın 26-da axşam saatlarında Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
35 000
Günah kimdədir? Kim cavab verəcək?
İzləyicim; “Salam Saleh bey. 8-ci km bazarı ərazisində avtomobilimin üzərinə çürümüş bir ağac aşıb və ciddi ziyan dəyib. Təəssüf ki, bu halda heç bir qurum — nə yaşıllaşdırma idarəsi, nə icra hakimiyyəti, nə də icbari sığorta — məsuliyyət daşımır. Dəymiş ziyanı qarşılamır.
Çürümüş, təhlükəli ağacların nəzarətsiz qalması həm maddi, həm də insan həyatı üçün təhlükə yaradır və bu, qəbul ediləsi deyil.
Çürümüş ağaca görə dəymiş ziyanı kim qarşılayacaq və bununla bağlı hansı quruma müraciət edək. Həyətində qurumuş , çürümüş ağacı kəsən kimi Yaşıllaşdirma idarəsi cərimə yazır , ama belə hallarda məsuliyyətdən qaçırlar.”
35 000
O zaman biz hepimiz, Elariz tək!🤪
Müğənni Elariz Məmmədov: “Novruz sözünün fars mənşəli söz olduğundan bu bayramın adı Bahar bayramı olmalıdır!”
35 000
🎓 *Azərbaycan universitetləri dünya səviyyəsində!*
🌍 100+ ölkə
🏫 1900 universitet
📚 21 000 proqram
➡️ Azərbaycan universitetləri TOP 100-də!
Bu, ölkəmizin təhsil sisteminin qlobal rəqabətdə gücləndiyini göstərir 💪
✨ Regionda isə yeganə ölkə olaraq siyahıya düşmək xüsusi uğurdur!
35 000
RUN FOREST, RUN!
İzləyicim; “Salam Saleh bəy. Dəmirçizadə və Təbriz küçələrinin kəsişməsi. Bir neçə gündür işiqfor Dəmirçizadədən gələnlər üçün cəmi 4-5 saniyə yanır. Cəmi 1 avtomobil keçə bilir, piyada isə yolun ortasına çatmadan qırmızıda hərəkət etmiş olur.”
35 000
DİQQƏT‼️YENİ MAŞENNİKLƏR.
İzləyicim: “Salam, Saleh bey bu adam dolandiricidir. Size gonderdim ki, insanlara melumati catdirasiniz. Ish nomresine zeng edib mushderinin yoldashi kimi ozunu teqdim edib. Konqres merkezinde tedbirden sonram qalan dibcekleri paylayirlar pulsuz. Istediyiniz sayda sonda dibceklerin qablarini ozumuz almaliyig deyir adam va gedib alib getirecek heresi 28-30 manatdan sheherden ozumuz baha almayin deyir. Karti gonderdi dedim indi gondere bilmirem yerinde ushaq gelib verer dedi yaxshi. Yoxlamaq ucun ushahi konqres merkezinin qarshisina gonderim yigdim dedi 10 deq ordayam sonradan nomreni blokladi. Yeni hemen an inanib 6 dibceyin pulunu gonderseydim 30 manatdan dolanmish olardim. Cox inansirici danishir ish yerimizi adini mushderinin adina kimi deqiq inansirici danishir. Sizi illerdi izleyirwm bilirem ki, sizin sehfede paylashsaniz cox insani dolandirilmaqdan quetararsiz. Yene qerar sizindi paylashmaqda🙏”
35 000
SABUNÇUDAN İNCİLƏR
İzləyicim; “Salam Saleh bey. çox çox xahiş edirem bizimde şikayetimizi işıqlandırın. sabunçu rayonu sabunçu qesebesi natevan küçesidi buralar. zibillik içinde yaşıyırıq.
Uşaqlarımızın oynamaga nefes almaga yerife yoxdu. eslinde buralar demir yolu nezdinde park nezerde tutulub ama zibilxana olub”
35 000
2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.
Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
35 000
Sumqayıt şəhərində tonqalda baş verən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Xəsarət alanlar 2004-2018-ci il təvəllüdlü şəxslərdir və Sumqayıt sakinləridir.:
2004-cü il təvəllüdlü Məmmədzadə Fatimə Telman qızı,
2006-cı il təvəllüdlü İsgəndərli Fatimə Camal qızı,
2015-ci il təvəllüdlü Bayramlı Nailə Saleh qızı,
2018-ci il təvəllüdlü Qasımov Aylin Rahid qızı,
2015-ci il təvəllüdlü Hüseynzadə İsa Taleh oğlu,
2014-cü il təvəllüdlü Təhməzli Ömər Rəşad oğlu,
2016-cı il təvəllüdlü Əliyeva Ayla Roman qızı,
2009-cu il təvəllüdlü Orucov Nicat Vüqar oğlu,
2013-cü il təvəllüdlü Əsədli Duyğu Nəriman qızı,
2013-cü il təvəllüdlü Həsənli Yusif Niyazi oğlu,
2008-ci il təvəllüdlü Məmmədova Aylin Ramin qızı xəsarət alıb.
35 000
Barıtı çox etdilər 🤦🏻♂️ Sumqayıtda bayram tonqalına benzin tökdülər, partlayış oldu. 10 nəfər yaralandı. 🫣
Yaralılar xəstəxanaya çatdırılıb.
Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
