ch
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

前往频道在 Telegram

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

显示更多

📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览

频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 31 388 名订阅者,在 新闻与媒体 类别中位列第 7 953,并在 阿塞拜疆 地区排名第 99

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 31 388 名订阅者。

根据 14 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 162,过去 24 小时变化为 -23,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 14.79%。内容发布后 24 小时内通常能获得 7.81% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 4 642 次浏览,首日通常累积 2 451 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 33

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

凭借高频更新(最新数据采集于 15 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。

31 388
订阅者
-2324 小时
-1197
+16230
帖子存档
Müğənni Rəqsanə İsmayılova “dələduzluq” ittihamı ilə həbs edilib. Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil
Müğənni Rəqsanə İsmayılova “dələduzluq” ittihamı ilə həbs edilib. Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Əsl Biznes Klas budur e ✈️

Aytən Səfərovaya cinayət işi açıldı. Ekspertiza rəy verib ki, onun da hərəkətində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı. Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıb. İstintaqın sonunda "Hyundai İX-35"in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib. Aytən Səfərova haqqında da Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.

Deyəndə ki, bu biznesdir, sindikatdır, heçkəs inanmır 🤦🏻‍♂️
Deyəndə ki, bu biznesdir, sindikatdır, heçkəs inanmır 🤦🏻‍♂️

Məşhur Fashion TV-nin yep-yeni, lyüks seqmentli 5* ulduzlu hoteli Kəmər, Antaliyada. Bir tərəfi dəniz, digər tərəfi dağ və meşə! Yaşıllıq da öz yerində. Cənnət! Bura özəl endirimlə gəlmək üçün Yusiko Travel müraciət edin. Yeməkləri çoooox dadlı, çeşidləri isə çooox zəngindir. Hər yeməyin ən azı 10-20 çeşidi var. Növbəti videoda göstərərəm 😎

Qadında fərasətə bax e 🙃 iHouse 🏠📲 Çində Xiaoli adlı qadın cəsarətli və qeyri-ənənəvi bir sxemə əl atdı - o, görüşdüyü 20
Qadında fərasətə bax e 🙃 iHouse 🏠📲 Çində Xiaoli adlı qadın cəsarətli və qeyri-ənənəvi bir sxemə əl atdı - o, görüşdüyü 20 fərqli kişini hər birinə iPhone almağa inandırdı. Daha sonra o, 20 telefonun hamısını təkrar emal şirkətinə sataraq cəmi 17.000 dolları cibinə qoyub. Pulla o, evin ilkin ödənişini etdi.

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib. Liderlər bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Qəbələdən İncilər

Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı vərəqə i
Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı vərəqə ilə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü R.A saxlanılıb. Saxlanılan şəxs mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda ittiham olunaraq 2013-cü ildən Azərbaycan Respublikası tərəfindən axtarışdadır.

Radiolar niyə pamex verir? 🤷🏻‍♂️ Yoxsa təkcə məndədir bu problem? 🫤

TEST. FEYSDE BU POSTU GÖRÜRSÜZ? Facebook deyir səhifəni məhdudlaşdırmışıq, heçkəs görmür. Bir işarə, layk, çoment zad qoyun, yoxlayaq düz deyir?

Deyir hündürlükdən yıxılan Təsirin Səsi eşidilir.
Deyir hündürlükdən yıxılan Təsirin Səsi eşidilir.

1997-ci il avqust ayı, 📍 Ağ Ev. FOTO Azərbaycan Prezidentinin ABŞ-a ilk rəsmi səfərinin əsas görüşü – Bill Klinton ilə təkbətək danışıqlar. İki dövlət rəhbərinin imzaladığı Birgə Bəyanatda Prezident Klinton ABŞ-ın Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişafını dəstəklədiyini qeyd edir. 907-ci düzəlişin iki ölkə arasında əməkdaşlığı məhdudlaşdırdığı vurğulanır və bu düzəlişin ləğv olunması ABŞ Prezidenti tərəfindən qətiyyətlə dəstəklənir (Klinton onun dayandırılması üçün prezidentə səlahiyyət verən mexanizmi dəstəkləyir). Məhz bundan sonra, 2002-ci ildən başlayaraq Amerika prezidentləri bu mexanizmdən istifadə edirlər. İqtisadi tərəfdaşlıqla yanaşı, enerji sahəsində ABŞ investisiya və kapitalının Azərbaycana axını başlayır. Bu, ABŞ–Azərbaycan münasibətlərinin tarixi nöqtəsi hesab olunur. 2025-ci il avqust ayı, 📍 Ağ Ev. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini özü bərpa etmiş, münaqişəni həll etmiş, əlində sülh müqaviləsi ilə Ağ Evə geri qayıdır. Yenidən 907-ci düzəlişin dayandırılmasına nail olur və artıq tərəfdaşlıq istiqamətlərini daha şaxəli formada əldə edərək Ağ Evdən geri qayıdır. Bu, 28 illik bir dəyişimdir. Necə başladı və necə davam edir.

🗝️Ağ Evin açarı Prezidentimizin əlindədir artıq 😉
🗝️Ağ Evin açarı Prezidentimizin əlindədir artıq 😉

Repost from 1NEWS.AZ 🇦🇿
Интервью Президента Ильхама Алиева для СМИ по итогам визита в США

photo content

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamə imzalayıb. FOTO Sənəddə deyilir: 1) Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik: Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq; 2) Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq; 3) Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir; 4) Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik; 5) Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik; 6) Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik; 7) Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik. Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır”. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Nikol PAŞİNYAN Ermənistan Respublikasının Baş naziri Şahidlik etdi: Donald Tramp Amerika Birləşmiş Ştatlarının Prezidenti

Paşinyan: Məncə Tramp Nobel sülh mükafatını almağı haqq edir. Biz onu dəstəkləyəcəyik. İlham Əliyev: "Bu mövzuda baş nazir Paşinyanla həmfikirəm. Biz komitəyə müraciət edib Trampın namizədliyini dəstəkləyəcəyik".

Oval ofisdən İncilər. Tram deyir gəlin bu görüşə layk qoyaq 👍