ch
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

前往频道在 Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

显示更多

📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览

频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 35 045 名订阅者,在 新闻与媒体 类别中位列第 7 290,并在 阿塞拜疆 地区排名第 78

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 35 045 名订阅者。

根据 23 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 810,过去 24 小时变化为 130,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 17.00%。内容发布后 24 小时内通常能获得 17.68% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 5 942 次浏览,首日通常累积 6 180 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 29

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

凭借高频更新(最新数据采集于 25 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。

35 045
订阅者
+13024 小时
+3 6257
+3 81030
帖子存档
Bir tərəfdən #qadınaşiddətəyox deyirik, qadın qətliamlarının qarşısını almağa çalışırıq, digər tərəfdən də bu cür “təbliğat” 🤯🤦🏻‍♂️ Qadınların mütamadi olaraq bıcaqlanan, baltalanan, onlara şiddət və işgəncə göstərilən xəstə bir cəmiyyətdə bu kimi “təbliğatlar” yol verilməzdir, təhlükəlidir və məsuliyyət yaratmalıdır! Aidiyyatı dövlət qurumları bu cür video çəkən və paylaşanları nəzarətə götürməlidir mütləq! P.S. Nə qədər gec deyil videoları silin. S▪️N İzləyicim; “Saleh bəy, salam. Gözəllik salonlarında belə bir trend başlayıb. Kişi saç ustaları qadınların saç stilini pozduğuna görə guya baltalayıb qoyur çemodana, sonra da bununla fəxr edir. Budur gəldiyimiz vəziyyət? Nəyi təbliğ edirik biz? Ən acınacaqlısı da insanlar özləri yayır bunu. Nə qədər düzgündür belə bir şeyi yaymaq? Hələ-hələ son vaxtlardakı məlum hadisələrdən sonra.. Sadəcə dəhşətə gəlir adam. Hələ buna gülənlər var. Bu gələcəyə şüuraltı mesajdır. Zəhmət olmasa, bu məsələni işıqlandırardız. Narahatlıq doğurur.”

WTF is he doing? 😳

Ölkəyə təcili Restart vermək lazımdır. Sadəcə dəhşət! 🤦🏻‍♂️

“Ailəmi öldürdüm, çünki belə lazım idi” Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O,
“Ailəmi öldürdüm, çünki belə lazım idi” Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Qeyd olunub ki, Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Ə.Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib. Bildirilib ki, iki gün əvvəl artıq Ə.Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirilib. İlkin ekspertiza onun psixi durumu ilə bağlı rəy verə bilməyib. Daha doğrusu, Ə.Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı barədə yekun ekspert rəyi verilməyib. Bununla bağlı rəyi xəstəxanada müəyyən edəcəklər. Ə.Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar qeyd ediblər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə şübhələr yaranıb. Belə ki, Ə.Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir. Bu arada hazırda Ə.Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Ə.Əhmədov qətllərlə bağlı detallar danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın aldığını deyib.

Allah xoşbəxt eləsin!

Uberdən İncilər 🚖 “Sərnişin maşına mindi, amma qəfil özünü pis hiss etdi”, - deyə Uberin sürücüsü Təmkin Nağıyev xatırlayır.
Uberdən İncilər 🚖 “Sərnişin maşına mindi, amma qəfil özünü pis hiss etdi”, - deyə Uberin sürücüsü Təmkin Nağıyev xatırlayır. O, dərhal ən yaxın xəstəxanaya getməyə qərar verdi. “Sərnişini ən yaxın tibb müəssisəsi olan Respublika Klinik Xəstəxanasına apardım. Orada həkimlərə vəziyyəti izah etdim və ilkin tibbi yardım göstərilməsi üçün sərnişini qəbul şöbəsinin mütəxəssislərinə təhvil verdim. Sərnişinə ilkin tibbi yardım göstərildiyinə əmin olduqdan sonra xəstəxana binasını tərk etdim”, - deyən T.Nağıyev öz hərəkətlərində qeyri-adi bir şey görmür və onun fikrincə, istənilən normal insan oxşar vəziyyətdə onun kimi hərəkət edərdi. Taksi sürücüsünün sözlərinə görə, söhbət sərnişinin sağlamlığından və həyatından gedirsə, nə etmək barədə düşünməyə belə dəyməz: “O anda mən yalnız kömək etmək barədə düşünürdüm, nəinki yol pulunu ödəmək barədə və təbii ki, bu pulu ondan almadım. Hesab edirəm ki, xeyirxahlıq hər birimizdə olmalıdır”.

HƏPPİ NOVRUZ Bu gün Novruzun ilk çərşənbəsidir. Fevral ayının 27-i ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq.
HƏPPİ NOVRUZ Bu gün Novruzun ilk çərşənbəsidir. Fevral ayının 27-i ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq.

Prezident İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri i
Prezident İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Allah rəhmət eləsin! Öz həyatı bahasına erməni vəhşiliklərini dünyaya bəyan edən Çingiz Mustafayev. 1992-ci ilin iyun ayının
Allah rəhmət eləsin! Öz həyatı bahasına erməni vəhşiliklərini dünyaya bəyan edən Çingiz Mustafayev. 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.

Ləfixanım 32 il sonra Xocalıda! Biz Xocalıya qayıtdıq! 🇦🇿

Unutmadıq! Unutmayacağıq!

Musiqili Fasilə. Lady in Red 💃

Postların altında, şərhlərdə söyüş/təhqir yazanlar, İCAZƏSİZ reklam/elan, o cümlədən “yardımlar” üçün kart paylaşanlar avtomatik BLOK olunacaq! Xahiş edirəm qaydalara riayyət edin! Hörmətli, Diqqətli və Məsuliyyətli plz!

Xətai rayonu, S.Ə.Şirvani küçəsində yaşayan, 1998-ci il təvəllüdlü Vəfa Səfərova özünü 16-cı mərtəbədən ataq öldürüb. Araşdır
Xətai rayonu, S.Ə.Şirvani küçəsində yaşayan, 1998-ci il təvəllüdlü Vəfa Səfərova özünü 16-cı mərtəbədən ataq öldürüb. Araşdırma aparılır.

İzləyicim; “Salam Saleh bey bu insan itleri binanin basina cixardir en cox bala itler. ya ordan tullayir asagi,yada baglayir ora. Yagis,qar,kulek bilmir orda saxlayir. Ve olene kimi doyur. Sonra yenisin getirir. Bunuda kimse cekib paylasib. Unvan Nargile dairesi. Blu residence teref. Mirvari sadliq sarayi sarayinin qabagindaki bina yeu uzbeuz bina, nolar ancag siz komek ede bilersiz😔”

DİN: TikTok-da saxta profil açaraq bir neçə xanımın şəkillərini paylaşıb onları təhqir edən, bununla yanaşı profili bağlamaq üçün pul tələb edən Abbas Qurbanov saxlanılıb. O etdiyi əmələ görə peşman olduğunu bildirib.

Zabrat Sabunçu yolunda agır qəza