SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 705 名订阅者,在 新闻与媒体 类别中位列第 7 317,并在 阿塞拜疆 地区排名第 81 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 705 名订阅者。
根据 01 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 23,过去 24 小时变化为 -17,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 19.51%。内容发布后 24 小时内通常能获得 9.85% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 6 773 次浏览,首日通常累积 3 418 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 40。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 02 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 705
订阅者
-1724 小时
+4647 天
+2330 天
帖子存档
34 701
Bu da belə getdi. Denən, gül kimi işin, rahat həyatın var idi, nəyin çatışmırdl?
Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizinin son günlər etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılıb. İddialara görə, buna səbəb onun gender əsaslı ayrı-seçkiliyi təbliğ edən fikirləridir.
“Baker Tilly Azərbaycan”l şirkəti Fərhad Pərvizinin işdən çıxması xəbərini təsdiqləyib.
1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqustda şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb.
34 701
METANIN QƏRƏZLİ YANAŞMASI və İKİLİ STANDARTLARI
İnsta və Feysbuk səhifələrimin qərəzli bloklama mexanizmləri və səbəbləri;
1️⃣ Sistem daxilində “report” prioriteti
Meta əməkdaşları daxili işçi statusuna görə məzmunu dərhal eskalasiya (priority review) edə bilirlər.
Əgər qərəzli niyyət varsa, müəyyən hesab və ya postu sürətli şikayət-baxış prosesinə göndərərək bloklama qərarı çıxarmağa təkan verə bilərlər.
2️⃣ Siyasət pozuntusu bəhanəsi ilə
Meta-nın qaydaları geniş və interpretasiyaya açıqdır (məsələn: “hate speech”, “bullying”, “misinformation”).
Qərəzli şəxs, bu qaydaları şişirdilmiş və ya kontekstdən çıxarılmış şəkildə tətbiq edib blok qərarını əsaslandıra bilər.
3️⃣ Koordinasiyalı kütləvi şikayət (mass reporting)
İşçi özü birbaşa blok düyməsini basmasa da, şəxsi əlaqələr şəbəkəsi ilə müəyyən qrupu kütləvi şəkildə şikayət etməyə təşviq edə bilər.
Bu, avtomatik sistemin blok mexanizmini işə salır, işçi isə daxildə həmin qərarı təsdiqləyə bilər.
4️⃣ “Misinformation” və ya “Fact-check” etiketi
Əgər Meta-nın “fact-check” tərəfdaşı (məsələn, Ermənistanda CivilNet) hər hansı paylaşımı “yanlış məlumat” kimi işarələsə, sistem postun yayımını məhdudlaşdırır.
Qərəzli əməkdaş bu prosesi seçici şəkildə tətbiq edə bilər.
5️⃣ İç qaydaların sui-istifadəsi
Meta əməkdaşları bəzi hallarda “emergency takedown” (təcili silmə) prosedurlarını şəxsi səbəblərlə aktivləşdirə bilərlər.
Rəsmi qaydalara görə bu yalnız təhlükəli və ya zərərli məzmun üçün nəzərdə tutulub, amma qərəzli istifadə ehtimalı var.
⚠️ Niyə bu təhlükəlidir?
Nəticədə: Hesab bərpası çox çətinləşir, çünki daxildə verilən qərarlar adətən “Meta Review” prosesindən keçmir.
Qərəzli bloklama ictimai təsir gücü yüksək olan şəxslərin (blogger, jurnalist, aktivist) səslərinin kəsilməsinə səbəb ola bilər.
34 701
İzləyicim iddia edir ki, bu şəxs pişiklərin dilini kəsir.
Hadisə 03.08.25 tarixdə saat 17:48-də Sumqayıt ş. 17-ci mk-da Zoo Hausun arxasında baş verib.
Video iki hissədın ibarətdir. İkinci hissədə xanım təfərrüat ilə izah edir hadisəni.
34 701
Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis araşdırılıb və həmin şəxslər müəyyən olunub.
Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
34 701
KUBİNKA ÖZ AMPLUASINDA
İks İks Birinci Əsrin Bəlası! 🤦🏻♂️🤯
İzləyicim; “Salam Saleh bey necesiz? Uzurlu sayin sizi narahat edirem amma bunu bilmelisiz. Siz cox adamlara komeklik gorsedirsiz. Allah sizi gorusun. Allah sizin her yollarinizi achsin🙏🏼
Kubinkada Balababa Mecidov kuchesi 81 bele bir goruntu var. Ushaglar boyukler pencereden gorur. Ushaglari gorxurug chole buraxmaga🙏🏼
Szden cox xayish edirem ki bu meseleye ciddi yanashsinlar🙏🏼 Biz risk ichinde yashayirig. Chole chixanda cholde ayag uste adamin ustyune ashirlar😭 Ne olarki bunnan bizim canimizi kurtarasiz.cox sagolun”
34 701
Xəstə Cəmiyyət silsiləsindən! 🤦🏻♂️ Pedofillərə, cinayətkarlara bəraət qazandıran, müdafiə edənlər də məsuliyyətə cəlb olunmalıdır ki, digərlərinə dərs və örnək olsun!
Əlavə olaraq deyim ki, bu kimi pedofillərdən heç kəs sığortalanmayıb, hər bir ailədə (ata, əmi, dayı, xala-bibi-əmi-dayı oğulları) və yerdə, qohum-qonşuda ola bilə və olur!
Odur ki, valideynlər olduqca diqqətli və məsuliyyətli olmalı, azyaşlı uşaqlarını nəzarətsiz qoymamalı və heçkəsə etibar etməməlidirlər!
34 701
Əldə etdiyim məlimata görə Sabirabad rayonun Qaratəpə kənd sakini, 1961-ci il təvəllüdlü M.Hüseynov Polis əməkdaşları tərəfindən saxlanılıb artıq. Məsələ ilə bağlı araşdırma aparılır.
34 701
PEDOFİL de SABİRABAD 🤯🤦🏻♂️🤬
Sabirabad rayonunun Qaratəpə kəndində cəmiyyətin hiddətinə səbəb olan dəhşətli olay yaşanıb. Məlumata görə, taksi sürücüsü kimi tanınan Curum adlı şəxs qonşusunun 4 yaşlı nəvəsinə qarşı qeyri etik, intim və insanlıqdan uzaq hərəkətlər edib.
34 701
🇦🇿Bu gün Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya tədarükünə başlanılır.
Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir, əsasən də Avropa ölkələrinə. Bu gün Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq.
34 701
🐄 KÜÇƏDƏ HEYVAN KƏSİMİLƏ BAĞLI İZLƏYİCİMİN MÜRACİƏTİ;
Video
“Salam, Saleh bəy.
Mən Həzi Aslanov metrosu yaxınlığında yaşayıram. Təəssüf ki, buradakı ət dükanlarının bir çoxunda hər gün ağır mənzərələrlə qarşılaşırıq. Gecədən ac və susuz halda, dar şəraitdə, ayaq üstə bağlanmış heyvanlar səhərə qədər bu vəziyyətdə saxlanılır. Bəzən uzanmağa belə yerləri olmur.
Əlbəttə, anlayıram ki, insanlar ət yeyir və heyvan kəsimi baş verir. Bu, təbiidir. Amma bu cür qəddarlıqla, işgəncə ilə yox. Hər bir canlı, hətta kəsilmədən əvvəl belə, minimum mərhəmətə layiqdir.
Antisanitariyanı bir kənara qoyuram, heç olmasa heyvanların saxlanma və kəsilmə şəraiti ilə bağlı müəyyən standartlar tətbiq olunmalıdır. Bu cür davranış həm etik baxımdan, həm də cəmiyyətin ümumi rifahı baxımından qəbuledilməzdir.
Sizə müraciətim odur ki, bu məsələ ictimailəşdirilsin.
Əgər dövlət orqanları tədbir görmürsə, heç olmasa insanlar maariflənməlidir. Belə yerlərdən ət almayaraq, irad bildirərək, bu halı normallaşdırmağa çalışanlara qarşı ictimai təzyiq yaratmaq lazımdır.
Zəhmət olmasa, bu səsi eşidilməyə dəyər hesab edirsinizsə, paylaşmağınıza dəstək olun.”
34 701
⚠️🔞 DİQQƏT! HƏSSAS GÖRÜNTÜLƏR!
30.07.2025-ci il tarixində saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 20 yaşlı Ülviyyə Əhmədova həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.
34 701
İyulun 29-na keçən gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda (Sahil küçəsi) baş vermiş ağır qəzanın görüntüləri yayılıb.
Görüntülərdən 1961-ci il təvəllüdlü İlqar İbrahim oğlu Quliyevin idarə etdiyi “Lexus” markalı 90-SS-344 nömrə nişanlı avtomobillə “Gəmi” restoranından çıxması, bu zaman 1990-cı il təvəllüdlü Əlfəddin Əlfəddin oğlu Əbdülhəsənovun sürdüyü “KİA” markalı 99-UJ-848 nömrəli maşının ona çırpılması məlum olur.
Hadisə nəticəsində avtomobillər tamamilə yararsız hala düşüb. Ə.Əbdülhəsənov və sərnişini olan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova xəstəxanaya yerləşdiriliblər. Lakin az sonra G.Hüseynova vəfat edib. Ə.Əbdülhəsənovun vəziyyəti orta-ağırdır.
Araşdırmalar davam etdirilir.
34 701
Min doqquz yüz çoxdanıncı ildə təxminən 12-15 yaşım olanda namaza başladım, hətta ərəbcə yazdığım bir kitabçam da var idi. Amma nə yazdığımı indi bilmirəm 🤷🏻♂️😞 Son zamanlar hiss edirəm ki, namaz məni çağırır 🤲
34 701
İzləyicim; “Saleh bey Novxanida dehsetli qeza oldu. Gemi, Sunset terefde. Qadin yerde cabalayir. Polis indi geldi”
