SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 35 027 名订阅者,在 新闻与媒体 类别中位列第 7 292,并在 阿塞拜疆 地区排名第 69 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 35 027 名订阅者。
根据 31 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -403,过去 24 小时变化为 -23,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 22.41%。内容发布后 24 小时内通常能获得 8.15% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 7 851 次浏览,首日通常累积 2 854 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 76。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 01 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
35 027
订阅者
-2324 小时
-497 天
-40330 天
帖子存档
35 028
Zibillərini yığışdırmağı unutmasalar yaxşıdır!
İllərdir bunları deyirəm👇amma çi fayda 🤷🏻♂️
🚯⚠️‼️ÇİMƏRLİKLƏRLƏ BAĞLI TƏKLİFİM👇
▪️Ərazi boyu zibil qutuları yerləşdirilməlidir!
▪️”Yerə zibil atma! Cərimə 5000 AZN” nişan lövhələri və Təhlükəsizlik Kameraları quraşdırılmalıdır.
▪️FHN xilas edicələri və nəzarətçiləri olmalıdır.
▪️Avtodayanacaqla dəniz sahili arasındakı məsafə minimum 100 metr olmalıdır. Avtomaşınla, kvadro-motosikletlə sahilə giriş gəti qadağan edilməlidir!
▪️Skuterlər və qayıqlar üçün ayrıca pirslər yaradılmalıdır. Onların çimərlik zonalarına girişi qəti qadağan edilməlidir!
Qaydaları pozan şəxslər Yüksək cərimələnməli və ya həbs olunmalıdır!
▪️Ərazidə Təcili Tibbi Məntəqələri olmalıdır!
⚠️Bütün bu işlərin təşkilini və nəzarətini yerli icra orqanları həyata keçirməlidir!
🆘 Bunlar olmasa, Çimərliklərdə Bardak və Xaos hökm sürəcək! Problemlər heç zaman bitməz, əksinə artacaq!
S▪️N
35 028
Beləsinə nə deyəsən?🤦🏻♂️
İzləyicim: “Salam Saleh bəy. 12.06.2026 cı il tarixində 20:15 saatlarında Zabrat 2 də Ayxan market yaxınlığında bu LADA VAZ2106 markalı 77NV376 qeydiyyat nişanlı maşının sürücüsü körpə uşağı oturdub maşında sükan arxasında. Bir dəfə işıqforda qırmızı işıqda keçdi. Növbəti işıqda dayanana qədər uşaq bildiyiniz pəncərədən aşağı sallanırdı. Biz işıqforda dayananda dedik sürücüyə olmaz körpədi hər şey baş verə bilər. Gördük yenidən məhəl qoymadı. Əlində də telefon oynayırdı sürücü videonun əvvəlində də görünür”
35 028
Qələbədə 5.1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Qəbələ stansiyasından 11 km cənub-qərbdə, zəlzələ ocağı 42 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3-5 bala qədər hiss olunub.
35 028
Abşeron DOST Mərkəzində yanğın olması ilə bağlı məlumat həqiqətə uyğun deyil. Mərkəzin yaxınlığında sakinlərin tullantılar atdığı yerdə kiçik yanğın olub və yanğınsöndürənlər tərəfindən qısa müddət ərzində söndürülüb. Yanğın zamanı DOST mərkəzinə heç bir ziyan dəyməyib.
35 028
🔔SON ZƏNG🚨Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, “Son zəng” tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcəkdir.
‼️Valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırırıq.
⚠️Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.
‼️Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq.
⚠️Xatırladırıq ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.
‼️Eyni zamanda bildiririk ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
35 028
Dünən Medianın İnkişafı Agentliyinin tədbirdən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Sosial media ilə iş sektorunun müdiri Elmir Vəlizadə ilə söhbət edərkən ona səhifəmdəki bu videonu göstərdim, harada ki O, mənə mükafat təqdim edir.
Baxıb kövrəldi və dedi gör bax necə cavan və yaraşıqlı idim 🤪 amma sən heç dəyişməmisən, sadəcə saçını uzatmısan. Eh xatirələr
35 028
TƏZƏ TEMA VAR 🤪
AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsində hibrid formatda elmi seminar keçirilib. Seminarda institut əməkdaşları, doktorant və dissertantlar iştirak ediblər.
TAM OXU
35 028
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub.
10 iyun tarixində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi keçirilib.
ƏTRAFLI BURADA
35 028
Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasındakı obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.
35 028
Abşeron Rayon Məhkəməsinin qərarı ilə Həmzə Mustafayevə 15 sutka inzibati həbs verilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 232-1-ci (özgənin əmlakını qəsdən zədələmə və ya məhv etmə) maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, iki gün əvvəl sosial şəbəkələrdə H.Mustafayevin mübahisə zamanı idarə etdiyi "Mercedes" markalı avtomobili qəsdən "Kia"nın üzərinə sürdüyünü əks etdirən görüntülər yayılmışdı. Bildirilirdi ki, hadisə zamanı o, qarşı tərəfə nalayiq ifadələr işlədib. Hadisədən sonra sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Zərərçəkən tərəf isə avtomobilinə təxminən 2 000 manat ziyan dəydiyini iddia edir.
35 028
8km bazarı tərəfdə maşın yanıb.
İzləyicim; “Salam Saleh bəy. 8km bazarının yanında bir maşın yandı. Yanıb bitənə yaxın FHN çata bildi. Həmin hissədə məhlələrdə bazara gələn şəxslər maşınları elə saxlayır ki, bir ev yanıb kül olsa FHN gəlib məhləyə girə bilməyəcək. 8km bazarının yanı, C.Naxçvanski küçəsi.”
35 028
Medianın İnkişafı Agentliyində
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin ictimai müzakirəsi başlayır
35 028
⚠️Nəsimidə yol hərəkətində qeyri-adekvat davranan qadınla bağlı polis tədbir görüb
Məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlıqla bağlı qeydiyyatdadır və ailə nəzarətindən çıxaraq yola çıxıb.
Hazırda onun ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində tədbirlər görülür.
35 028
İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.
35 028
The Power of S▪️N
İzləyicim: “Salam, Saleh. Heç 1 sutka keçmədi ki, aidiyyatı qurumlar bu məsələyə biganə qalmadılar və Natiq Əliyev küçəsinə müvafiq nişan quraşdırıldı. Çox təşəkkür edirəm 🙏🙏🙏”
