SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 31 442 名订阅者,在 新闻与媒体 类别中位列第 7 932,并在 阿塞拜疆 地区排名第 99 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 31 442 名订阅者。
根据 12 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 231,过去 24 小时变化为 -19,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 15.59%。内容发布后 24 小时内通常能获得 8.09% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 903 次浏览,首日通常累积 2 543 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 37。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿”
凭借高频更新(最新数据采集于 13 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
31 442
订阅者
-1924 小时
+897 天
+23130 天
帖子存档
31 442
Ukraynanlı jurnalisti və bloqer Katerina Solyar bu gün bir açıqlama verib. Deyir ki, o, Alyona xanımla qiyabi tanışdır, yəni ortaq dostları var Odessada. Katerinanın sözlərinə görə, həmin o Odessadakı çevrə Alyona barəsində yalnız xoş sözlər deyirlər, onun hətta fransız və ingilis dilini bildiyini vurğulayırlar. Yəni Alyona xanım öz doğma şəhərində yaxşı, ali təhsilli bir insan kimi tanınır. Bu barədə ukraynanın telegram kanalları da paylaşım edib, Alyona Əliyevanı dəstəkləyirlər.
1. Україна Сейчас - https://t.me/u_now/190644
2. Український телеграм - https://t.me/novini_ukrtg/77626
3. Perepichka - https://t.me/perepichka_ua/99458
4. Новини Україна - https://t.me/novynu_ukraina/67377
31 442
Yenə məktəblilər arasında Dava bu səfər Sahil qəsəbəsində
İzləyicim; “Salam Saleh bəy.yazıb bildirmək istəyirəmki bu gün Qaradağ rayonu Sahil qəsəbəsi Əliyar Gülbabayev küçəsində bir qrup məktəbli dalaşırdı.böyük ehtimal 319 nömrəli məktəbin şagirdləridir çünkü dalaşdıqları parka çox yaxındır bu məktəb.saat 13:00 dərs bitdikdən sonra sanki duelə çıxırlar görüşdülər daha sonra belə dava çıxdı.bu zamanə hara gedir çıxır?uşaqlar,məktəblilər niyə belə ağzınlaşıb?günü gündən məktəbdə hadisələrin sayı artır.nə edək necə edək?artıq bizdə valideyin kimi övladlarımıza görə narahatıq ki,nə vaxtsa kiminsə özgüvəni zəif uşagın yıgışıb belə döyəcəklər.bunun üçün necə tədbir görək?axırımız hara gedir?”
31 442
JEK-in işçiləri iş başında 🤦🏻♂️
Biləcəri qəsəbəsi Y, Huseynov kuç dongə 2 bina 3,4
31 442
💰Ramiz Mehdiyevin evindən çıxan o milyonlar 🐇dovşanının yemlənməsi üçün olan puldur. O nədir ki? 🤷🏻♂️ Üzə çıxmayan milyardlar…
Onların Jirinovakisi var idisə, bizim də Hafizimiz var.
Açdı sandığı, tökdü pambığı
Tam video👇
https://www.youtube.com/live/EI79oRn86L0?si=rLMa8AxYXsy5Khrm
31 442
Onların Epstein Files varrsa, bizim də Ramiz Files var
DTX "Ramiz Mehdiyev işi" ilə bağlı məlumat yaydı.
👉 DETALLAR:
31 442
Buzovnada gəzir, yiyəsini axtarır 😞
İzləyicim; “Salam, Saleh bəy. İnşallah ki, işləriniz qaydasındadır
Bu it Buzovnada bazar yanında gəzir
Bəlkə kimsə axtarır
Əvvəlcədən təşəkkür edirəm”
31 442
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir. 130km/s
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
31 442
NİYƏ YAŞAYIRSAN?! 🤦🏻♂️
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.
Araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb. Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.
C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır.
31 442
İzləyicim; “Saleh bəy Salam. Hökməli dairəsinin yaxınlığında, Sulutəpə (Çiçək) qəsəbəsinin girişində yol çöküb. Əvvəllərdə burda belə hadisə olmuşdu bir maşın düşmüşdü çuxura. Yenə təkrarlanır. Paylaşsanız minnətdar olarıq”
31 442
Bir neçə gün əvvəl mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqi olan m10-da hesabların dondurulmasının əsas səbəbləri bəlli olub.
Sistemdəki bloklanma baş verən talama ilə bağlıdır. Məlumata görə, m10 hesabının başqa şəxslərin idarəçiliyinə keçməsi nəticəsində ayrı-ayrı insanlara məxsus olan on milyonlarla vəsait talan edilib.
Prosesin ABŞ-dən həyata keçirildiyi bildirilir. Məlumata görə, hazırda Azərbaycanın hüquq-mühafizə orqanlarında cinayət işləri açılıb və m10-dan həbslər həyata keçirilib.
Bildirilir ki, m10-un xaricdən idarə olunması üçün həmin şəxslər xüsusi qorunan məlumatları və kodları qarşı tərəfə ötürüb.
Qeyd edək ki, m10-da yaranan çətinliklə bağlı “PASHA Pay” açıqlama yaymışdı.
Bildirilirdi ki, m10 platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur. Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır və m10-da bütün əməliyyatlar tam bərpa olunub.
Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.
İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik”.
Qeyd edək ki, m10 – Azərbaycanda çox sürətlə yayılan mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqidir. Rəsmi olaraq Kapital Bank tərəfindən yaradılıb və əsas məqsədi gündəlik pul köçürmələrini və ödənişləri maksimum sadələşdirməkdir.
31 442
Fsyo! Boşanmağın həlli tapıldı!
Müğənni Eldəniz Məmmədov boşanmalardan danışıb.
Sənətçi on günlər ayrılıqların çoxalmasından şikayətlənib. O, bildirib ki, türkiyədəki boşanma ilə bağlı cəza Azərbaycanda da tətbiq edilməlidir: “Sevgi azalır, boşanmaların sayı çoxalır. Sevgi olsa, boşanmazlar. Sosial şəbəkədə tanışlıq artıb. Türkiyədə qanun var ki, ayrılanlar dövlətə 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir.
Bir yerə getmə deyirsə, dava düşür. Xırda şeylərə görə yola getmirlər”.
Siz nə düşünürsünüz? Fikirləriniz maraqlıdır
31 442
Onların Little Saint James adası varsa, bizim də Tovuzda Xıdır Nəbimiz var 🔥
İks İks Birinci Əsr təqdim edir.
31 442
İzləyicim; “Salam, Saleh bəy. Bakı-Quba pullu yolunda qəza olub. Allah köməkləri olsun.”
31 442
TikTok Azərbaycanda əxlaqsızlıq davam və uğurla inkişaf edir.
İzləyicim; “Salam Saleh bəy bayaq əxlaqsızın biri TikTokda canlı açıb pul qarşılığında görüntülü intim xidmətini reklam edirdi. Cənab naziri canlı yayımda təhqir edirdi. Ekran skrinləri məndədir. Çaşdı dediki Razində yaşayır. İz itirmək üçün Rusiya nömrəsinin vatsapını işlədir. Xahiş edirəm əxlaqsızlığı təbliğ edən, dövlət adamının şəxsiyyətini təhqir edən belə fahişələrin cəzası verilsin.”
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
