SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 674 名订阅者,在 新闻与媒体 类别中位列第 7 318,并在 阿塞拜疆 地区排名第 69 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 674 名订阅者。
根据 15 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -550,过去 24 小时变化为 -29,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 16.71%。内容发布后 24 小时内通常能获得 6.54% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 5 793 次浏览,首日通常累积 2 267 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 36。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 16 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 674
订阅者
-2924 小时
-1427 天
-55030 天
帖子存档
34 674
Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.
DİN-in mətbuat xidmətindən Verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü, C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü, A.H saxlanılıblar.
Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.
DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir.
34 674
TŞ və digər kameralar vasitəsilə divarlarda narkotik satışı telegram kanallarını yazanlar ifşa edilməli, gəldiyi və getdiyi istiqamətlər nəzarətə götürülməlidir.
34 674
🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib:
- Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.
34 674
‼️SON DƏQİQƏ‼️
Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qərar Xətai Rayon Məhkəməsində çıxarılıb.
34 674
Öz doğmalarına bunu edən başqalarına nə etməz? 😳🤦🏻♂️😞 Qeyri adekvat taksi sürücüləri nəzarətə götürülməli və vahid mərkəzləşdirilmiş sistem yaradaılmalıdır!
34 674
DİQQƏT‼️HƏSSAS GÖRÜNTÜLƏR‼️
Əhməd Əhmədov bacısını və onun qızını qətlə yetirməsinin anbaan görüntüləri 😳🤦🏻♂️
Qapıdakı da çəkir. Ə bir qapını döy, hay küy, səs səda qopar…Nə bilim Vallah…
Fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
34 674
Azərbaycanı şoka salan hadisə. Sadəcə dəhşət! Valideyn məsuliyyətsizliyi + AUE + Narkotik = FACİƏ
Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış.
Əhməd illər əvvəl Masıllıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib.
Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb.
Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib.
Əhməd atasının təklifinə əsəbiləşib və “mən getmirəm, istəyirsən, özün get” cavabını verib.
Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış.
Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir.
Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib.
O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. Daha sonra evə gəlib və anası Pikə Əhmədovanı çağırıb.
O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb.
Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib. Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb.
Yaxınlarının iddialarına görə, P.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb.
34 674
Qorxulu filmə bənzəsə də, bura Bakıdır.
Vahiməli görünsə də, gözəldir 😍
#baku #fog #azerbaijan🇦🇿
34 674
Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.
DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır: “Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin Tiktok sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.
34 674
Sərhədçinin snayperlə vurulması Ermənistanın növbəti təxribatıdır.
DSX hərbi qulluqçusu, Pərviz Xəlilzadənin erməni tərəfinin atəşi nəticəsində yaralanması faktı üzrə cinayət işi açılıb.
Hərbi prokurorluq işi Cinayət Məcəlləsinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhdi maddəsi ilə açıb.
🇦🇲 Ermənistan hərbi polisi bildirib ki, Azərbaycanla sərhəddəki insident araşdırılacaq və günahkarlar cəzalandırılacaq.
Ermənistan MN: “Ordunun hərbçisinin Azərbaycan sərhədçilərinə atəş açması ilə bağlı yayılan məlumat araşdırılır.
Əgər atəş açmaq üçün hər hansı səbəb olmayıbsa (ilkin məlumata görə olmayıb), bu zaman həmin hərbçi məsuliyyətə cəlb olunacaqdır”.
