SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 982 名订阅者,在 新闻与媒体 类别中位列第 7 232,并在 阿塞拜疆 地区排名第 81 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 982 名订阅者。
根据 27 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 670,过去 24 小时变化为 -34,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 26.26%。内容发布后 24 小时内通常能获得 13.53% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 9 187 次浏览,首日通常累积 4 733 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 32。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 28 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 982
订阅者
-3424 小时
+9367 天
+3 67030 天
帖子存档
34 977
Uşaq - oyuncaq, kartoşka zad deyil e, xoşuna gəlmədi, bezdin tullayasan qırağa. Uşaq böyük bir məsuliyyətdir!
Əgər ona sevgi, qayğıı, diqqət, təhsil, tərbiyə, savad verə bilməyəcəksinizsə, bu yükün altına girməyin! Uşağın və öz həyətınızı məhv etməyin!
Ən əsası uşağı HƏR İKİ VALİDEYN sevib, istəyib, arzulayıb dünyaya gətirməlidir, planlı şəkildə.
Yoxsa, “bilmədim hamilə qaldım, abort edim etməyim, uşaq edim ərim yanımda qalsın və ya qocalanda mənə baxsın, xidmət etsin” kimi absurd və cahil fikirlərlə yox!
Uşaq bütün bunları ana bətnində yarandığı ilk saniyələrdən bilir, eşidir, hiss edir və dünyaya gəldikdə natamamlıq kompleksindən əziyyət çəkir, əbədi travma içində yaşayır!
Odur ki, əzəldən günaha batmayın! Səhvə yol verməyin!
Unutmayın övladların valideynlərə deyil, valideynlərin övladlara borcu vardır! Çünki övlad dünyaya gəlməyi seçməyib, o qərarı valideyn verib! Və ona görə də bütün məsuliyyət məhz valideynin üzərindədir! Hər iki valideynin!
İndi siz daha çox bilirsiz!
S▪️N
34 977
Filmin Sonu ‼️ Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı.
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.
“Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilib.
34 977
‼️ Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı.
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilib.
34 977
Rostovda yerli sakinlər Vaqner döyüşçüləri üçün yemək və içki gətirməyə başlayıblar.
34 977
Voronejdə neft məhsulları olan çənlər hələ də yanır.
Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alır. Hadisə yerində 100 nəfər və 31 texnika işləyir
34 977
Rostov əhalisi 2 yerə bölünüb:
Yarısı Vaqner PMC-ni yarısı isə Rusiya hakimiyyətini dəstəkləyir.
34 977
📢 Əhali “Vaqner”in ələ keçirdiyi Rostovdan qaçır.
Rostov-na-Donudakı stansiyalar şəhəri tərk etmək istəyənlərlə dolub. Şəhərətrafı dəmir yolu vağzalında böyük növbələr müşahidə olunur. Avtovağzal normal rejimdə işləyir. Nəqliyyatın hərəkəti müvəqqəti bağlı olan istiqamətlərə bilet satışı dayandırılıb.
34 977
Rusiya tərəfindən yük maşınları ilə bloklanmış yol "Vaqner" silahlıları tərəfindən açılıb.
34 977
“Vaqner” qiyamı: Ukrayna müharibəsinin taleyi Rostovda həll oluna bilər.
Rusiyada ehtimal olunan hadisə baş verdi. Bir çox təhlilçilər gec-tez bu ölkədə generalların üsyan, qiyam edəcəyini deyirdilər. Çünki Ukraynadakı müharibədən daha çox əziyyət çəkən məhz hərbçilərdir.
“Vaqner” özəl hərbi şirkəti döyüş qabiliyyəti və üzləşdiyi problemlərlə Rusiya hərbçilərinin güzgüsünə çevrilib. Son zamanlar bu muzdlu qruplaşma ilə Rusiyanın rəsmi hərbi qurumları və rəhbərliyi arasında narazılıq artırdı.
Şirkətin rəhbəri Yevgeni Priqojinin çıxışları da bunu təsdiqləyir. O, hələ ötən həftə “Vaqner” üzvlərinin Ukraynadakı mövqelərini Rusiya hərbçilərinin bombalayacağını və nəticədə onların “fərari” adlandırılacağını bildirmişdi.
Y.Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyini onları silah-sursat və hərbi texnika ilə təchiz etməməkdə günahlandırırdı. O, bu açıqlamasından bir neçə gün sonra bildirmişdi ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargahın rəisi, ordu generalı Valeri Gerasimov ölkə Prezidenti Vladimir Putinə Ukraynadakı döyüşlərlə bağlı yalan informasiya verirlər.
34 977
İTGİLƏR HAQQINDA
“Yevgeni Priqojinin muzdlularına qarşı döyüşlər zamanı Rusiya hərbçiləri bir İl-22 təyyarəsini, elektron müharibə üçün nəzərdə tutulmuş iki helikopteri, bir Mi-35 helikopterini, bir “Tiger” döyüş maşınını və hərbi “KamAZ”-ını itirib. Təyyarə məhv edilib, maşınlar isə ələ keçirilib”, - OSINT tədqiqatçılarının hesabatında qeyd olunur.
Bildirilib ki, “Vaqner” PMC " yalnız bir UAZ itirib.
Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.
Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.
Rusiya Prezidenti Vladimir Putin isə "Vaqner" muzdlu hərbi təşkilatının son addımını xəyanət adlandırıb. O, xalqa müraciətində üsyan təşkilatçılarının buna görə cavab verəcəklərini deyib.
34 977
Ukraynanın Azərbaycandakı səfiri Rusiyada baş verənlərə bu cür reaksiya verib 🤦🏻♂️🤣
34 977
▪️Hərbi ekspert Ədalət Verdiyev yazır: Vaqnerin artıq Tula vilayətində olduğu bildirilir.
Oradan Moskvaya 300 km-lik məsafə var. Bu templə məsələ iki günə bitə bilər.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
