SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 790 名订阅者,在 新闻与媒体 类别中位列第 7 287,并在 阿塞拜疆 地区排名第 69 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 790 名订阅者。
根据 09 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -509,过去 24 小时变化为 -26,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 19.28%。内容发布后 24 小时内通常能获得 7.65% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 6 709 次浏览,首日通常累积 2 663 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 40。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 10 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 790
订阅者
-2624 小时
-2107 天
-50930 天
帖子存档
34 781
Yanğın fəlakəti ilə mübarizə aparan ABŞ-ın Kaliforniya əyalətinin yanmış ərazilərinin xəritəsi ilə HƏMAS-İsrail müharibəsi nəticəsində dağıntılara məruz qalan Qəzza zolağının xəritəsi arasında oxşarlıq gündəm olub.
34 781
Bazarstoredan Incilər
İzləyicim; “Salam Saleh bəy. Dünən bazarstore N.Tusi filialından almışam bunu. Gəlib üstdəki barkodu soyuram ki altda başqa barkod var və paketlənmə tarixi 25.12.2024dü. İndi isə üstünə yapışdırıblar 13.01.2025. Vaxtı keçir. Üstünə yeni tarix vurub satırlar”
34 781
From XırDALANdan with Üfünət
izləyicim; “Salam Saleh bəy 20 gündür Xırdalan Qalubiyyə küçəsi, Müsiqi məktəbinin qarşısındakı binanın zibilləri təmizlənmir. Dəhşət pis vəziyyətdir”
34 781
Ümummilli lider Heydər Əliyev: Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!
34 781
Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat etdi
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.
Əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.
Hazırda Nəzrin Mansurovanın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, bu, cərrah Sənan Mehdiyevin adı hallanan ilk hadisə deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirmişdi. Həmin vaxt həkimə qısa müddətə azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra ev dustaqlığı ilə cəzası dəyişdirilmişdi.
34 781
The END of BaltaDadaş 🪓 Story
Tərəflər arasında notarial qaydada barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Ağadadaş Ağayevlə “Medera Hospital” arasında da barışıq əldə edilib. Onlar bir-birinə qarşı qaldırdıqları mülki iddiadan imtina ediblər. Belə ki, tərəflər bir-birindən yarım milyon tələb edirdi.
34 781
Azərbaycanı ABŞ-nin Texas ştatı Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təmsil edən Azərbaycan Britaniya məktəbinin şagirdi Mətanət Mustafayeva Elm fənni üzrə qızıl medal qazanmışdır.
34 781
TikTukerlərin Həbsinə dair münasibətiniz necədir? Davam yoxsa Tamam? Sırada kimlər var?
34 781
ABŞERON, DİGAH kəndinə HADİSƏ!
İzləyicim; “Salam Saleh bey. Necesiniz? Dünen Digah kendinde yol qezasi oldu. Maşin mektebe gedenmi çixanmi bilmedim bir ana iki övladini vurmuşdu. Dediler uşağin birinin veziyyeti pisdi. Yollarimiz çox berbad gündedi ne işiqfor var. Bir pozulmuş piyada keçidi var onada heç mehel qoyan yoxdur. Yol kenari sekiler demek olar ki yox seviyyesindedi yol çox darisqaldi + böyük maşinlar o qədər keçir ki yeni en azindan mektebe baxçaya yaxin işiqfor qoyulsa yol kenarlarina el gezdirilse. Buranin belediyyesi hara baxir işi neden ibaretdir baş açmaq olmur. Süret heddide yüksekdir yeni inanin böyül maşinlar bele viyiltiyla keçir. Adam yolun qirağinda üreyi qopur.”
34 781
Sürpriz alındı 🥳 Həppi Bözdey 🎂
German Hospitalının cərrahı, mama-ginekoloq Ləman Əliyeva; “Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etdilər”
Səhiyyə Nazirliyi faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib. Yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.
34 781
*Vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu polis Ağstafada ifşa etdi*
Sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
34 781
XİN girov götürülən gəmilərlə bağlı məsələni nəzarətə götürüb
7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir.
34 781
✈️ Təyyarə qəzasında həlak olanların bank borcları silindi💰
Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə, qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.
