SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 35 045 名订阅者,在 新闻与媒体 类别中位列第 7 290,并在 阿塞拜疆 地区排名第 78 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 35 045 名订阅者。
根据 23 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 810,过去 24 小时变化为 130,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 17.00%。内容发布后 24 小时内通常能获得 17.68% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 5 942 次浏览,首日通常累积 6 180 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 29。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 25 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
35 045
订阅者
+13024 小时
+3 6257 天
+3 81030 天
帖子存档
35 063
Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanılıb, cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.
35 063
Məktəbdən yaxın uşağa Valideynlərdir!
Məktəbdə uşaq bir neçə saat keçirir, evdə isə qalan və əksər vaxtını.
Uşaq böyük bir məsuliyyətdir!
0-6 yaş arası ən önəmli dövrdür, çünki uşağın binövrəsi, təməli məhz həmin yaş aralığında qoyulur. Ona görə deyirlər; insan 7-də nədirsə, 70-də odur.
Əziz Valideynlər Diqqətli və Məsuliyyətli plz!
35 063
Cəzasız qalacaqlarını bilən yeniyetmələrin rahatlığı 🤦🏻♂️
İzləyicim; “Salam Saleh bey sizi narahat edirem. Bu hadise Suvelan qesebesinde yerlesen 156 nomreli mektebin sagirdleri terefinden edilib. Zorakiligi toreden qizin adi Rzaguliyeva Dilare Rza qizi. Bu sexs oz sosial sebekesinde etdiyi zorakiligi dunen paylasib ve fexr edir. Xahis edirem bunu paylasasiniz.”
35 063
Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.
DİN-in mətbuat xidmətindən Verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü, C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü, A.H saxlanılıblar.
Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.
DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir.
35 063
TŞ və digər kameralar vasitəsilə divarlarda narkotik satışı telegram kanallarını yazanlar ifşa edilməli, gəldiyi və getdiyi istiqamətlər nəzarətə götürülməlidir.
35 063
🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib:
- Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.
35 063
‼️SON DƏQİQƏ‼️
Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qərar Xətai Rayon Məhkəməsində çıxarılıb.
35 063
Öz doğmalarına bunu edən başqalarına nə etməz? 😳🤦🏻♂️😞 Qeyri adekvat taksi sürücüləri nəzarətə götürülməli və vahid mərkəzləşdirilmiş sistem yaradaılmalıdır!
35 063
DİQQƏT‼️HƏSSAS GÖRÜNTÜLƏR‼️
Əhməd Əhmədov bacısını və onun qızını qətlə yetirməsinin anbaan görüntüləri 😳🤦🏻♂️
Qapıdakı da çəkir. Ə bir qapını döy, hay küy, səs səda qopar…Nə bilim Vallah…
Fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
35 063
Azərbaycanı şoka salan hadisə. Sadəcə dəhşət! Valideyn məsuliyyətsizliyi + AUE + Narkotik = FACİƏ
Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış.
Əhməd illər əvvəl Masıllıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib.
Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb.
Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib.
Əhməd atasının təklifinə əsəbiləşib və “mən getmirəm, istəyirsən, özün get” cavabını verib.
Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış.
Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir.
Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib.
O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. Daha sonra evə gəlib və anası Pikə Əhmədovanı çağırıb.
O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb.
Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib. Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb.
Yaxınlarının iddialarına görə, P.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb.
35 063
Qorxulu filmə bənzəsə də, bura Bakıdır.
Vahiməli görünsə də, gözəldir 😍
#baku #fog #azerbaijan🇦🇿
35 063
Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.
DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır: “Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin Tiktok sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
