ch
Feedback
𝐷𝐼𝑁𝐼 - 𝑆𝑈𝐴𝐿- 𝐶𝐴𝑉𝐴𝐵- 𝑀𝑈𝑍𝐴𝐾𝐼𝑅𝐸.

𝐷𝐼𝑁𝐼 - 𝑆𝑈𝐴𝐿- 𝐶𝐴𝑉𝐴𝐵- 𝑀𝑈𝑍𝐴𝐾𝐼𝑅𝐸.

前往频道在 Telegram

Hərgün Anket-Suallar Paylaşılır Əlavə Dini Əqaid və Əhkam Müzakirə olacaq inşəAllah buyrun.🤲 #Kanalın qaydaların hərkəs oxusun.! #Reklam etmək olmaz.! 🚫 #Link paylaşmaq olmaz.! 🚫 #Qadınları şəxsi narahat etmək olmaz 🚫 #Əxlaqsız tərbiyəsiz mesajlar.🚫

显示更多
288
订阅者
无数据24 小时
-17
-430
帖子存档
Repost from İslam Fədailəri
Cihad və düşmənlə mübarizə anlayışı Cihad mübarizə deməkdir. Fars dilində “mübarizə” dedikdə yalnız müharibə və döyüş nəzərdə tutulmur. Deyirsən ki, mən mübarizə aparıram: elmi mübarizə aparıram, ictimai mübarizə aparıram, siyasi mübarizə aparıram, silahlı mübarizə aparıram. Bunların hamısı mübarizədir və öz mənası vardır. Mübarizə hər hansı maneə və ya düşmən qarşısında qüvvətli və ciddi səy göstərmək deməkdir. Əgər insanın qarşısında heç bir maneə yoxdursa, burada mübarizədən söhbət gedə bilməz. Məsələn, asfaltlanmış yolda insan ayağını qaz pedalına qoyub, yanacaq çəni də tam dolu halda səfərə çıxırsa, buna mübarizə deyilmir. Mübarizə o zaman meydana çıxır ki, insan hansısa maneə ilə qarşılaşır. İnsan cəbhəsində bu maneə düşmən, təbii aləmdə isə təbii maneələr ola bilər. İnsan bu maneələrlə qarşılaşdıqda və onları aradan qaldırmağa çalışdıqda, bu, mübarizə adlanır. “Cihad” sözü ərəb dilində də məhz bu mənanı daşıyır; yəni mübarizə. Quranda və hədislərdə də cihad eyni mənada işlədilir və hər yerdə silahlı müharibə mənasını vermir. Əlbəttə, bəzi hallarda silahlı müharibəyə, bəzi hallarda isə silahsız mübarizəyə tətbiq olunur. Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Şiə gərək öz prinsipləri əsasında hərəkət etsin. Telman Cəfəri

Repost from İslam Fədailəri
İslam düşməni anlayışı İslamın düşməni kimdir? İstikbar cəbhəsi — sionizmdən Amerikaya, neft şirkətlərindən tutmuş, bütün dünyada onlar üçün çalışan qələm sahiblərinə və ziyalılara qədər — bütün imkanlarla silahlanmışdır. Heç vaxt İslamın qarşı cəbhəsi bu qədər çox vasitə və imkanla təchiz olunmamışdır. İslam dünyası İslamın və müsəlmanların düşməni qarşısında iki xüsusiyyətlə üz-üzədir: düşmənin əvvəlkindən daha çox təchiz olunması və İslama qarşı həssaslığın əvvəlkindən daha çox olması. Bəs bu düşmən nə edəcək? Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Əzizlər, tənqid edən zamanı həddi gözləyin. Tənqidiniz, təhqirə dönüşməsin. Əməl ilə əməl sahibini ayırd etməyi bacarın. O əzizlər, şiədir, kəramətləri var, heysiyyətləri var. Onlar pis insan deyil, sadəcə olaraq gördükləri o iş yanlış işdir. Bu, eyni zaman da, bizə irad və tənqid bildirən əzizlərə də aiddir. Bir-birinizin qəlbinə kin toxumları əkməyin.
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Xarici düşmənə gəlincə isə, bizim qarşımızda duran xarici düşmən beynəlxalq hegemonluq sistemidir; yəni bizim “qlobal istikbar” adlandırdığımız qüvvədir. Qlobal istikbar və hegemonluq sistemi dünyanı hegemonluq edənlərə və hegemonluğu qəbul edənlərə bölür. Əgər bir xalq hegemon qüvvələr qarşısında öz mənafelərini müdafiə etmək istəsə, həmin hegemonlar o xalqa düşmən kəsilər, ona müxtəlif təzyiqlər göstərər və müqavimətini sındırmağa çalışarlar. Müstəqil, izzətli, ləyaqətli və inkişaf etmiş olmaq, hegemon qüvvələrin hökmranlığı altına girməmək istəyən bir xalqın xarici düşməni məhz budur. Bu gün həmin düşmənçiliyin əsas təzahürü qlobal sionizm şəbəkəsi və Amerika Birləşmiş Ştatlarının hazırkı hökumətidir. Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
İmam Hüseyn (ə) Kərbəla hadisəsi zamanı düşmənə qarşı bir ifadə işlətmişdi ki, "qeyrətiniz olsun". Bunun bir mənası da budur ki, azad olun, azad düşüncəli kəslər olun. İstəsənizdə, istəməsənizdə ölüm bir gün sizi haqlayacaq. Elə isə şücaətli davranın. Bir-iki günlük dünya "rahatlığınız" üçün axirətinizi bada verməyin. Allahın heç bir kəslə əhdi yoxdur. Dinə zərbə vuran hərbir kəs ilə, ciddi şəkildə hesab-kitab olunacaq. Allah bizi o günün çətinliyindən qorusun.
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Bayraq məsələsi ilə bağlı bir neçə məsələyə cavab.

Repost from İslam Fədailəri
Ərbəin ilahi dəyərlərin təcəlla etdiyi yerdir, milli dəyərlərin deyil. Telman Cəfəri

Repost from İslam Fədailəri
Allaha həmd olsun ki, azərbaycanlı zəvvarların Ərbəin ziyarəti zamanı Azərbaycan bayrağı açması artıq xalq arasında etirazla qarşılanmağa başlayıb. Əslində, bu etiraz çoxdan edilməli idi. Məgər biz Kərbəlaya nümayiş etdirmək üçün gedirik? Məgər məqsədimiz milli kimliyimizi ön plana çıxarmaqdır? Yoxsa əqidəmizi islah etmək, İmam Hüseynin (ə) məktəbini tanımaq və onun yolunu yaşatmaqdır? Əgər məqsədimiz İmamın (ə) yolunu yaşatmaqdırsa, niyə bunu Əhli-Beytin (ə) bayrağı altında etmirik? Nə üçün ilahi bir hərəkatın mərkəzinə milli simvolları gətiririk? Məni düşündürən başqa bir məsələ də budur: niyə bu mənzərəni əsasən azərbaycanlı zəvvarlar arasında görürük? Niyə digər xalqlar eyni davranışı sərgiləmir? Bu sual üzərində ciddi düşünmək lazımdır. Unutmayaq ki, bəzən xoş niyyətlə atılan bir addım belə bilmədən düşmənin strateji məqsədlərinə xidmət edə bilər. Ərbəin ilahi, ümmətçi və tövhid ruhu üzərində qurulmuş bir hərəkatdır. Ora millətçilik yarışının meydanı deyil! Milli bayraqların ön plana çıxarılması, istər-istəməz, Ərbəinin ilahi rəngini zəiflədir və onun yerini tədricən milliyyətçilik düşüncəsinə verir! Düşmənin illərdir İslam ümmətini parçalamaq üçün çalışdığı bir vaxtda niyə öz əlimizlə onun istədiyi mühiti formalaşdıraq?! Allah lənət etsin o ruhaniyə ki, "dövlətimiz", "dövlətçiliyimiz" şüarlarını dini məfhumlarla qarışdıraraq bu düşüncənin dindarlar arasında yayılmasına zəmin yaratdı. Mən bu məsələdə xalqı əsas günahkar hesab etmirəm. Əsas məsuliyyət bizim üzərimizə düşür. Çünki bu yanlış istiqamətin formalaşdığı dövrdə lazımi etirazı göstərmədik, haqq sözü ucadan demədik və çox vaxt sadəcə tamaşaçı mövqeyində qaldıq. Bu gün qarşılaşdığımız mənzərə də həmin səssizliyin nəticələrindən biridir. Telman Cəfəri
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
İnsanın və cəmiyyətin qarşısında iki düşmən dayanır: daxili və xarici düşmən. Xarici düşməndən daha təhlükəlisi daxili düşməndir. Tənbəllik, ümidsizlik, özünəinamın olmaması, gələcəyə bədbin baxmaq, bir-birinə etimadsızlıq və yadellidən asılılıq kimi xüsusiyyətlər milləti içəridən çürüdür və onun inkişafına mane olur. Xarici düşmən də məhz bu zəiflikləri gücləndirməyə çalışır. Buna görə də hər bir millət əvvəlcə öz daxilindəki mənəvi və mədəni xəstəliklərlə mübarizə aparmalı, ümidini, özünəinamını, birliyini və mənəvi dəyərlərə bağlılığını möhkəmləndirməlidir. Daxili düşmən məğlub edildiyi təqdirdə, xarici düşmən də həmin millətə ciddi zərər vura bilməz... Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Dostlar, bir çoxuna bəlkədə sual olaraq qalır ki, ölkədə açıq-aşkar dini dəyərləri heçə sayan, Allahı təhqir edən, inanclı qismin müqəddəsatına küfr edənlərin hökmü nədir? Açıq-aşkar deyirəm, şəriətin bu kəslər üçün təyin etdiyi hökm ölümdür! Bunları harada gördünüz və tutdunuz öldürün! Telman Cəfəri
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Düşmən cəbhəsi, özümüzdən olan, lakin laqeyd və aldanmış adamdan başqa bir şey deyil; bu bədbəxt laqeydlik, səhv və fırıldaq nəticəsində bir hadisə üzündən kompleks və kin yaradır və sistemə qarşı çıxır; haqqın sözünə qarşı dayanır; imamın və imam yolunun qarşısında dayanır; bu əsas düşmən deyil; bu aldanmış bir insandır; bu mərhəmətə layiq bir insandır. Əsas düşmən isə arxada dayanan, özü görünməyən kəsdir; o, ölkə daxilində özünü göstərmir, xaricdə isə göstərir; dünya səviyyəsində, beynəlxalq cəbhədə, ABŞ‑ın Mərkəzi Kəşfiyyat Agentliyinin və ya Sionistlərin Mossadının sadiq üzvü kimi çıxış edir; onun siması tam açıqdır; danışır, həqiqətləri də dilə gətirir; İslam və müsəlmanlara qarşı mübarizədəki motivlərini də bəyan edir; amma onun davamçısı olan daxildəki adam özünü hakimiyyətin qarşısına qoymur; bilir ki, bu hakimiyyət qüdrətlidir; xalqın rəylərinə söykənir; xalqın məhəbbətinə söykənir; xalqın imanına söykənir; ondan qorxurlar və özlərini önə vermirlər; sözlərini bir vasitəçi, iki vasitəçi, üç vasitəçi vasitəsilə, laqeyd insanların dilindən səsləndirirlər. Bəzən görürsən tərəfdə bir ruhani var, amma laqeyd və aldanmış, xəbərsizdir; ya bir tələbədir, amma hisslərin əsiri olub düşünməyib; ya adi bir şəxsdir, hətta inqilabçı olsa da, zamanın şərtlərini tanımayıb, düşməni tanımayıb, bəzən də kompleks və kinə düçar olub; söz bu şəxsin dilindən çıxır, amma bu bədbəxtin sözü öz sözü deyil; düşmənin sözüdür. Düşmənimiz o kəsdir ki, “onların nifrəti ağızlarından artıq açıq‑aşkar görünmüşdür və ürəklərinin gizlətdiyi daha böyükdür”; düşmənimiz o kəsdir ki, bu inqilaba qarşı yalnız ürək ağrısı keçirməyib, bəlkə də bəzi məqamlarda onun qarşısında dayanıb; bəziləri inqilaba qarşı Pəhləvi rejimi dövründə çıxış ediblər; bəziləri isə İslam sistemi hakimiyyətə gəldikdən sonra sabotaj ediblər; bəziləri bir müddət qorxub geri çəkilib gizləniblər; indi fürsət görüb öz sığınacaqlarından çıxıblar və düşünürlər ki, fürsət yaranıb. Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Şəhid Rəhbərin (r.ə) Azərbaycan üçün bəyanatları / I hissə Keçmiş Sovet Sosialist Respublikaları İttifaqı kimi bir ölkənin aqibəti böyük bir ibrət və möhtəşəm bir dərsdir. Uzun illər ərzində insanları ağır təzyiq altında saxladılar; elə güman edirdilər ki, dini xalqın qəlbindən tamamilə silmiş və kökündən təmizləmişlər; elə hesab edirdilər ki, dini insanların həyatından tamamilə uzaqlaşdırmışlar. Halbuki təzyiq nə qədər çox olarsa, partlayışa hazırlıq da bir o qədər çox olar! Bu gün kommunist partiyasının görünməz sədləri və gizli buxovları xalqın boynundan götürüldükdən sonra, baxın görün keçmiş Sovet İttifaqının xalqları nə edirlər. Onlar öz fitrətlərinin tələb etdiyi şeylərə üz tuturlar. Əlbəttə, bu mövzularla maraqlanan və qayğı göstərən insanlar olarsa, onların vəziyyəti yaxşı olacaq; əks halda, əgər yol göstərən olmazsa, bəşər bir azğınlıqdan digər bir azğınlığa keçəcək... Şəhid Ayətullah Seyyid Əli Xamenei /01/01/1992
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Qur'an Nəzərindən Düşmən Anlayışı ​Xalqları qüdrətlər qarşısında zəiflədən yeganə amil xalqların öz iradəsizliyidir. Əgər bir xalq iradə ilə hərəkət etsə, Allaha arxalansa və ilahi əmrə itaət etsə, heç bir qüvvə onun başından bir tük belə əskik edə bilməz. İbrahim (əleyhissalam) buyurdu: “Ar olsun sizə və cahilcəsinə ibadət etdiyiniz, qarşısında baş əydiyiniz şeylərə!” (Ənbiya - 67) ​İbrahimin (əleyhissalam) mübarizə yolu bu tərtibdə idi: o, əvvəlcə vicdanları və zehinləri oyatmaq üçün kəskin bir addım atdı. Sonra isə qəlblərin cəlb olunduğu həmin diqqətdən istifadə edərək, haqq sözü tək bir cümlə ilə onların qəlblərinə və zehinlərinə təlqin etdi. İnsanlarda oyanış baş verdikdən sonra, növbə düşmənin reaksiya verməsinə çatdı. ​Düşmən kimdir? Bəli, Qur'anın buyurduğu kəsdir: “Şəhvətlərinə uyanlar sizin böyük bir meyil ilə doğru yoldan sapmanızı istəyirlər.” (Nisa - 27) Şəhvətin, qüdrətin və pulun sərxoşu olanlar məhz o kəslərdir ki, bütün insanların qəflət içində olmasını istəyirlər. Hər kəs sərxoş olsun; çünki özləri sərxoşdurlar! Məsələ bundadır. Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
İçimizdən bir dəstə sadəlövh insan düşünür ki, müharibə başlasa, İran Azərbaycana qarşı yumşaq davranacaq. Halbuki artıq neçənci dəfədir dövlət səviyyəsindəki verilişlərdə Azərbaycandan İrana qarşı ərazi təhdidləri səslənir. İran tərəfi də neçə ildir iddia edir ki, Azərbaycan ərazisindən ona qarşı geniş istifadə olunur. ​Əgər müharibə başlasa və İrana hərtərəfli təzyiq göstərilsə, İran daha dəlil və sübut axtarmayacaq; dövlətin ərazi bütövlüyü üçün harada potensial təhlükə görsə, ora anındaca zərbə endirəcək. Bu, bir əlində silah tutan şəxsin zülmət qaranlıqda getdiyi yola bənzəyir: haradan özünə təhlükə sezsə, o tərəfə atəş açır. Bu taktika müharibə zamanı hərbdə də geniş istifadə olunur.
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Son zamanlar araşdırdığım məsələlərdən biri'də bu idi ki, Amerikanın əli ilə İsrailin sonu necə gələcək? Zühura zəmin üçün lazım olan şərtlərin hamısı bir-bir yerinə oturur. Bu şərtlərdən biri budur ki, məntəqə əmni-aman içində olmalıdır. Xəbis qüvvələrin və düşmənə satılmış başçıların əlindən məntəqə tamam təmizlənməlidir. Soruşsanız səbəbi nədir? Çox sadədir. Nə qədər ki, məntəqə əmni-amanda deyil, İmam (ə) zühur etməz. Etsə, onu da dərhal şəhid edib aradan apararlar.
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
İndi görürsünüzmü? Bunların dərdi nə nüvədir, nə də başqa bir şey. Bunların dərdi İslamdır. Düşmənin müqabilində boyun əyməyən bir cəmiyyət tərbiyə edən İslam, əlbəttə ki, düşmən üçün qorxuludur. Sadəcə, bunu açıq-aşkar dilə gətirə bilməyəndə bəhanələr işə düşür. Başqa şeyləri bəhanə edib dinlə mübarizə aparırlar.
https://t.me/fadayaneislam

Repost from İslam Fədailəri
Düşmən hər nə qədər düşmən olsada, öz dinində və əqidəsində şücaətlidir. Öz məqsədlərinə çatmaq üçün vurmaqdan, həmlə etməkdən əl çəkmirlər. Bunların müqabilində, gərək daha çox cihad edək və şücaət göstərək.
https://t.me/fadayaneislam