𝓜𝔂 𝓟𝓵𝓪𝔂𝓵𝓲𝓼𝓽 🪐
الذهاب إلى القناة على Telegram
351
المشتركون
لا توجد بيانات24 ساعات
-47 أيام
+2930 أيام
أرشيف المشاركات
Biraz uzun amma sizi ayağa qaldıra biləcək motivasiya mesajı, ✨🫶🏻
Bilirəm, hazırda içinizdə bənzərsiz fırtınalar qopur. Qorxulu, kədərli düşüncələriniz, öyrəndiyiniz biliklər hamısı bir-birinə qarışmış kimi hiss edirsiniz. Son 5 gün... Bu rəqəm həm çox qısa görünür, həm də illərdir çəkdiyiniz zəhmətin son dayanacağı kimi qorxudur adamı. Amma gəlin bir anlıq dayanaq və dərindən nəfəs alaq.
Sizə "Hər şey əla olacaq" kimi şablon sözlər deməyəcəyəm. Siz özünüzə güvənirsinizsə, deyin və öz dediyinizə inanın. Çünki onsuz da oxumusunuzsa, həqiqətən, hər şey yaxşı olacaq deməkdir.
Hər şeydən öncə unutmayın ki, bu 11 il ərzində sadəcə düsturları, tarixləri, reaksiyaları, təbiəti öyrənmədiniz; siz böyüdünüz. Səhər hamı yatarkən o soyuq havada məktəbə yollanıb yorğun evə gəlib saatlarla test kitabının başında yuxulu gözlərlə qaldığınız o gecələr var ha... Bax, o gecələr, o günlər sizin xarakterinizi tikdi.
Güzgüdə gördüyünüz o gənc sadəcə bir "imtahan iştirakçısı" deyil. O, neçə dəfə yıxılan, "bacarmıram" deyib ağlayan, amma hər dəfə gözünün yaşını silib o kitabı yenidən açan bir qəhrəmandır.
Yoruldunuz? Bəli, həm də necə.
Qorxdunuz? Əlbəttə, bu çox insani bir hissdir.
Vaz keçdinizmi? Xeyr. Bax, ən önəmlisi budur. Siz hələ də buradasınız.
5 gün sonra imtahan bitəcək. Həyatınızın bir mərhələsinin qapanışı, bəlkə də, prime dönəminizin sonu olacaq. O binadan çölə çıxanda üzünüzə dəyən o ilk təmiz havanı hiss etdiyinizi xəyal edin. Çiyinlərinizdəki o ağır yükün quş kimi uçub getdiyini düşünün. Valideynlərinizin sizə baxan o ümidli, bir az da nigaran gözlərini təsəvvür edin. Onlar sizin ballarınıza görə yox, sizin o yoldan necə mərdliklə keçdiyinizə görə sizinlə fəxr edəcəklər.
Sizin bu gün çəkdiyiniz o ağrılar, sabahın uğur hekayəsidir. Göz yaşlarınız zəiflik əlaməti deyil, qələbəyə gedən yolun tər damcılarıdır. Siz sadəcə bir imtahana girmirsiniz, siz öz gələcəyinizi imzalayırsınız.
Cəmi 5 gün qalıb. Bu 5 günü "qorxu" ilə deyil, "mən bunu edəcəyəm" inamı ilə yaşayın. Siz o suallardan daha böyüksünüz. Siz o kağız parçalarından daha dəyərlisiniz.
İndi o yaşlı gözlərinizi silin və özünüzə pıçıldayın: "Mən bura qədər gəlmişəmsə, deməli, sonunu da gətirəcəyəm." Biz sizə inanırıq. Amma ən əsası, siz özünüzə inanın. Çünki siz artıq qalibsiniz — siz mübarizəni seçdiniz, 🥹🍀
11-ci sinif buraxılış imtahanına son 5 gün qalıb, necə hiss edirsiniz, vəziyyət necədir, dostlar? 🥹
Admininiz bugün riyaziyyatla ölüm qalım müharibəsi yaşayıb, 😓 (yaşamağa da davam edir)
İndi isə imtahana hazırlaşan, hər sınaqdan sınağa bal artırmağa çalışan abituriyentlərik... 🥹
📚 OTK MQM 01.02.2026 (1 mart) 11-ci sinif buraxılış sınağı @Estuari1
✅ Tam təmiz versiya
"Mənim bəxtim gətirmədi, mən o 'bəxti' öz əllərimlə qazandım" demək üçün çalışın, unutmayın, uğur təsadüf deyil, zəhmətdir.. 🍀
📚 Riyaziyyat Mövzular üzrə qəbul sualları 2019-2025 Estuari1
✍ Cavid Tağıyev, Murad Bayramov
