mincom.gov.az
الذهاب إلى القناة على Telegram
523
المشتركون
-224 ساعات
-27 أيام
+1330 أيام
أرشيف المشاركات
Beynəlxalq Nəqliyyat Forumu (BNF) “Effektiv əlçatanlığın təmin edilməsi” adlı hesabat açıqlayıb. Əlilliyi olan şəxslər üçün əlçatan #nəqliyyat sistemlərinin formalaşdırılmasına dair hesabatda uğurlu təcrübələr ümumiləşdirilib və hökumətlər üçün siyasət tövsiyələri hazırlanıb.
Əsas tövsiyələrdən biri əlçatanlıq sahəsində koordinasiyalı fəaliyyətə imkan verən idarəetmə strukturlarının yaradılmasıdır. Bu kontekstdə Azərbaycanın təcrübəsi nümunə kimi qeyd edilib. Ölkəmizə həsr olunan xüsusi araşdırmada nəqliyyat sahəsində institusional islahatlar və əlçatanlığın təşviqi istiqamətində görülən tədbirlər geniş şəkildə əksini tapıb. Vurğulanıb ki, 2023-cü ildə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası nəqliyyat siyasətinin vahid yanaşma əsasında formalaşdırılmasını, nəqliyyatın bütün növləri üzrə qərarların koordinasiyalı şəkildə qəbulunu təmin edir.
Ətraflı: https://bit.ly/4gwFgh9
#RİNN
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev (Rəşad Nəbiyev) 24 iyun 2026-cı il tarixində saat 09:00-da Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində #Füzuli, #Ağdam və #Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula 23 iyun 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (mincom@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
#RİNN
+2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.
Görüşdə iki ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri və #tranzit daşımalar, habelə #rəqəmsallaşma sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir müavini Samir Məmmədov Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizinin yaradılması məqsədilə görülən işlər barədə məlumat verib.
Görüşdə Orta Dəhliz marşrutlarının diversifikasiyasının gündəlikdə duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Bu xüsusda “Qara dəniz – Xəzər dənizi” Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasını və istismarını nəzərdə tutan Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan hökumətləri arasında Saziş layihəsinin önəminə toxunulub.
#RİNN
Təhsil müəssisələrində keçirilən #kibertəhlükəsizlik maarifləndirmə tədbirləri vasitəsilə minlərlə gənci təhlükəsiz #internet istifadəsi, fərdi məlumatların qorunması və kiberdələduzluqdan müdafiə mövzularında məlumatlandırırıq.
Məqsədimiz erkən yaşlardan kibertəhlükəsizlik biliklərinin aşılanması, #rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyətinin gücləndirilməsidir.
#RİNN #MKA
İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:
- Biz bildiyiniz kimi, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq.
- Bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir.
- Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və koordinasiya olunmuş nəqliyyat vətərini yaradır.
- Hazırda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunlara su anbarları, su kanalları, elektrik stansiyaları, artıq istifadəyə verilmiş beynəlxalq hava limanları, tunellər və körpülər daxildir.
- Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik.
+5
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional rəqəmsal iqtisadiyyatların inkişafı üçün süni intellektin potensialından istifadə” adlı panel müzakirədə çıxış edib.
Nazir müavini bildirib ki, süni #intellekt ölkələrimiz üçün iqtisadiyyatı gücləndirmək, xidmətlərin keyfiyyətini artırmaq və regionun daha da yaxınlaşmasına töhfə vermək baxımından mühüm imkanlar yaradır.
Saməddin Əsədov çıxışında Azərbaycanın milli süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində atdığı konkret addımlar barədə məlumat verib, qəbul olunan strateji sənədlərin vahid yol xəritəsi təqdim etdiyini deyib.
Ətraflı: https://bit.ly/3QSxPqd
#RİNN
Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki:
- Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.
- Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir.
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları süni intellekt texnologiyalarının, innovativ həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin insan rifahına, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsinə yönəlmiş uğurlu inkişaf modelidir.
+4
Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) nəzdində fəaliyyət göstərən Korporativ Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsi, enerji təhlükəsizliyi, #rəqəmsallaşma və hava yükdaşımalarının inkişaf perspektivlərinə həsr olunan seminarlar keçirilib.
Avtomobil nəqliyyatına dair seminarda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunmuş nümayəndəsi Əliş İsmayılov şəhər nəqliyyat sistemlərinin dayanıqlılığının artırılması istiqamətində Azərbaycanın təcrübəsini bölüşüb. Ölkəmizdə ictimai nəqliyyatın ekoloji cəhətdən daha dayanıqlı modelə keçirilməsi məqsədilə elektrik avtobuslarının alınması və onların yerli istehsalı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, enerji səmərəliliyinin artırılması məqsədilə yeni yanaşmalar tətbiq olunur.
Ətraflı: https://bit.ly/4ozm4Br
#RİNN
Prezident İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini və ölkəmizin davamlı inkişaf yolunu ifadə edən gündür.
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə tərəqqi və firavanlıq arzulayırıq!
#RİNN #MilliQurtuluşGünü
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri Beynəlxalq Nəqliyyat Forumunun (#BNF) “Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı #mobillik” üzrə tədqiqat layihəsinin İşçi qrupunun ilk iclasında iştirak ediblər.
Onlayn formatda keçirilən görüşdə İşçi qrupun fəaliyyət istiqamətləri, tədqiqatın əhatə dairəsi, prioritetləri və gözlənilən nəticələr müzakirə olunub. Bildirilib ki, təxminən bir il müddətində fəaliyyət göstərəcək İşçi qrupun əsas məqsədi kiçik və orta şəhərlərdə, eləcə də kənd yerlərində nəqliyyat xidmətlərini yaxşılaşdırmaq, əhalinin mobillik imkanlarını genişləndirmək və regionlardakı uğurlu təcrübələri öyrənməkdir.
Ətraflı: https://bit.ly/49L8a9m
#RİNN
+2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüşüb.
Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “TikTok”un potensial iştirakı müzakirə olunub.
Ətraflı: https://bit.ly/4vuQwz0
#RİNN
+2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüşüb.
Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “TikTok”un potensial iştirakı müzakirə olunub.
Ətraflı: https://bit.ly/4vuQwz0
#RİNN
+1
Azərbaycan Respublikasının #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (#İKTA) ilə İnternetin Unikal İdentifikatorlarının Təyinatı üzrə Korporasiya (#ICANN) arasında #internet idarəçiliyi, potensialın gücləndirilməsi, rəqəmsal ekosistemin inkişafı, internetin təhlükəsizliyi və sabitliyi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Sənəd “ICANN”ın İspaniyanın Sevilya şəhərində keçirilən və qlobal internetin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu 86-cı Siyasət Forumunda imzalanıb. Anlaşma Memorandumu #telekommunikasiya və #poçt xidmətləri sahəsində Azərbaycanın milli tənzimləyici qurumu olan İKTA ilə internetin unikal identifikator sistemlərinin, o cümlədən domen adları və IP ünvan resurslarının koordinasiyasına cavabdeh qlobal təşkilat olan “ICANN” arasında əməkdaşlıq çərçivəsini müəyyən edir.
Ətraflı: http://bit.ly/4e7wfs3
#RİNN
+1
Respublika ərazisində radionəzarət imkanlarının genişləndirilməsi, #radiotezlik spektrinin daha səmərəli idarə olunması və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti günəş panelli avtonom radiomonitorinq stansiyası (avtonom RMS) Kəlbəcərdə quraşdırılaraq istifadəyə verilib.
Müasir texnologiyaların tətbiqi, o cümlədən SDR (proqram əsaslı radioqəbuledici) tipli radioqəbuledici avadanlıqlarla təchiz edilən stansiyanın istismarı nəticəsində Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımların, eləcə də radiotezlik spektrinin məsafədən operativ monitorinqinin aparılması təmin olunub. Yeni yaradılan infrastruktur #radiomonitorinq proseslərinin daha çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.
Ətraflı: https://bit.ly/4xoxMTF
#RİNN
+3
Bakıda təşkil olunan II Xəzər Beynəlxalq #Nəqliyyat, #Tranzit və #Logistika Forumunun “Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və #innovativ həllərin tətbiqi” panelində #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin sektor müdiri Aytən Turabova və Rəqəmsal Logistika Platformasının layihə rəhbəri Ehtiram Quliyev iştirak ediblər.
Forumda Rəqəmsal Logistika Platforması təqdim edilərək “Bir pəncərə” informasiya sisteminin beynəlxalq ticarət və logistika proseslərində yaratdığı imkanlar barədə məlumat verilib.
Rəqəmsal Logistika Platformasının məqsədi təchizat zəncirlərinin idarə olunmasını effektiv təşkil etmək və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirməkdir.
Ətraflı: https://bit.ly/4ulhp7k
#RİNN
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.
Toplantıda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək Fəaliyyət Planının tam və vaxtında icrası, eyni zamanda “Qlobal #İnnovasiya İndeksi”nin növbəti nəşrlərində ölkənin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İşçi qrupun üzvləri ilə aylıq əsasda tematik görüşlərin keçirilməsinin və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya daxilində yaradılmış digər aidiyyəti işçi qrupları ilə müzakirələrin aparılmasının vacibliyini bildirib.
Ətraflı: https://bit.ly/43gYMqk
#RİNN
