cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Ədəbiyyat🤍🕊️

İncə zövqlülərin məkanı.🤍🕊️ Kanalımızın linki: https://t.me/edebiyyaat Kanalın Çatının linki: https://t.me/edebiyyatchat Əlaqə(Kanal sahibi): @Mahir01

إظهار المزيد
أذربيجان1 043الأذربيجانية927الكتب5 602
مشاركات الإعلانات
4 046
المشتركون
-524 ساعات
-597 أيام
-20230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Şahmarı sağ buraxmaq, Öldürməmək bir günah! Verilmiş nümunə hansı əsərdəndir?Anonymous voting
  • Müsibəti-Fəxrəddin
  • "Vaqif" dramı
  • Sultan Səncər və Qarı
  • Səsli qız
  • "Ana" faciəsi
0 votes
😢 4🏆 3
00:45
Video unavailableShow in Telegram
Könlün darıxanda, lap darıxanda, Kimlərsə hardansa qoşa baxanda, Bir də görəcəksən Sən burda təksən, Yanında boş qalıb bir sirdaş yeri, Sızlayır könlünün həmin boş yeri. O sözün, o səsin, o ərkin yoxdur, Dərdin var, bu dərdə şərikin yoxdur. Onda birdən-birə gözün dolacaq, Onda biləcəksən mənim sevgimi, Biləcəksən, O da çox gec olacaq. • Musa Yaqub.
إظهار الكل...
👍 7 2👏 2
Şu sönük qəlbimə atəş dilərim, Ağlamaq istər ikən həp gülərim. Verilən nümunə "İblis" faciəsində kimin dilindəndir?Anonymous voting
  • İxtiyar Şeyx
  • Arif
  • İbn Yəmin
  • İblis
  • Rəna
0 votes
😢 7🏆 7
Oxuyun, çox maraqlıdır! Bu gün Mirzə Ələkbər Sabirin( Ələkbər Tahirzadə) doğum günüdür. O, 1862-ci ildə Şamaxıda anadan olmuşdur. M. Ə. Sabiri ədəbiyyatımızda daha çox məşhurlaşdıran, onu əvəzsiz edən, yəqin ki, satiralarıdır. Amma onun şeirləri bu günümüzə necə gəlib çıxdı? Sabirin "harda müsəlman görürəm, qorxuram" adlı satirasını, yəqin ki, eşidibsiniz. Bildiyimiz kimi şair 1911-ci ildə qaraciyər xəstəliyindən dünyasını dəyişir. Professor Şirməmməd Hüseynov qeyd edirdi ki, 1911-ci ildə Mirzə Ələkbər Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap etdirsin, çünki Sabir yazırdı, amma kitabı çap olunmamışdı. Heç öz kitabını görmədi də. Abbas Səhhət qəzetlərdə elan verir ki, "ay camaat, gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək". Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdləri 3 qəpik, 5 qəpik yığıb göndərirlər. Həmin ilin yayında azərbaycanlı qadınları ilə erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa erməni qadınları Sabirin kitabıyla bağlı elana rast gəlir, qərara gəlirlər ki, yardım etsinlər. Bilirsiz niyə? Çünki Sabirin "Qorxuram" adlı şeirindəki "harda müsəlman görürəm qorxuram" misrası onların çox xoşuna gəlirdi... Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları da göndərirlər kitabın çapı üçün. Beləcə, Mirzə Ələkbər Sabirin "Hophopnamə" adlı ilk kitabı çap olunur və üstəlik kitabın ilk nəşrinin ön sözündə də kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur. Gah şəfəq tək düşürəm dağlara, Yanğılı vulkan görürəm, qorxmuram. Gah enirəm sayə tək ormanlara, Yırtıcı heyvan görürəm, qorxmuram. Üz qoyuram gah neyistanlara, Bir sürü aslan görürəm, qorxmuram. Məqbərəlikdə edirəm gah məkan, Qəbirdə xortdan görürəm, qorxmuram. Mənzil olur gah mənə viranələr, Cin görürəm, can görürəm, qorxmuram. Xarici mülkündə də hətta gəzib Çox tuhaf insan görürəm, qorxmuram. Leyk, bu qorxmazlıq ilə, doğrusu, Ay dadaş, vallahi, billahi, tallahi, Harda müsəlman görürəm, qorxuram.
إظهار الكل...
5👍 4👏 1
Qaytar mənim qüdrətimi, Azərbaycan! Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş. Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş. Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!   Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan. Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan. Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan. Boğazından yapışanı boğmalısan, boğacaqsan. Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan. Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı. Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı!   Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək. Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək. Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək. Gözlərimin çeşməsilə suvarıram o növrağı, Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!   Ballı qaya…Ərimgəldi… Xaçındərbənd…Cıdır düzü… Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü. O çöllərdə Təbrizimin əl həniri, ayaq izi… Qoy bürüsün Qarabağı gül sərgisi, gül dənizi. Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı. Yatağım yox, otağım yox, varlığımsan, Od torpağı.   Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam. Yırtıcılar dünyasını burulğana salasıyam. Nakam gedən mərdlərimin qisasını alasıyam, Ölsəm belə, bu aləmə mən yenidən gələsiyəm, Anaların gözlərindən qanlı yaşı siləsiyəm, İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı, Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı!   Ürəklərdən alov qalxır: – Can Daşaltı!.. Can Xocalı! Pulemyotlar, toplar coşdu: – Sovrul göyə, yan Xocalı! Dağın, daşın başdan-başa qan dənizi, qan Xocalı! O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı! Şəlalələr qana döndü, qan-yaş gördüm hər bulağı. Boynubükük bənövşəni kimlər qırdı, Od torpağı?   Qaranlıqda oğru kimi yurda gecə girdi onlar, Ulduzları güllələyib göydən yerə sərdi onlar. Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar, Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar. İsti külə döndərdilər bar üstündə min budağı, Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!   Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm. Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm. Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm. Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm. Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!   Əhrimənlər yuvasını darmadağın edəcəksən, Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən. Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən. Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən, Təpiyimin altındaca gəbərəcək, öləcəksən. Təbərrikim, tutiyam bil Qaradağı, Qarabağı. Yüksəl Günəş mövqeyinə, Odər yurdu, Od torpağı! • Xəlil Rza Ulutürk.
إظهار الكل...
13🔥 3👏 1
Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş. Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş. Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!   Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan. Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan. Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan. Boğazından yapışanı boğmalısan, boğacaqsan. Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan. Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı. Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı!   Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək. Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək. Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək. Gözlərimin çeşməsilə suvarıram o növrağı, Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!   Ballı qaya…Ərimgəldi… Xaçındərbənd…Cıdır düzü… Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü. O çöllərdə Təbrizimin əl həniri, ayaq izi… Qoy bürüsün Qarabağı gül sərgisi, gül dənizi. Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı. Yatağım yox, otağım yox, varlığımsan, Od torpağı.   Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam. Yırtıcılar dünyasını burulğana salasıyam. Nakam gedən mərdlərimin qisasını alasıyam, Ölsəm belə, bu aləmə mən yenidən gələsiyəm, Anaların gözlərindən qanlı yaşı siləsiyəm, İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı, Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı!   Ürəklərdən alov qalxır: – Can Daşaltı!.. Can Xocalı! Pulemyotlar, toplar coşdu: – Sovrul göyə, yan Xocalı! Dağın, daşın başdan-başa qan dənizi, qan Xocalı! O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı! Şəlalələr qana döndü, qan-yaş gördüm hər bulağı. Boynubükük bənövşəni kimlər qırdı, Od torpağı?   Qaranlıqda oğru kimi yurda gecə girdi onlar, Ulduzları güllələyib göydən yerə sərdi onlar. Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar, Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar. İsti külə döndərdilər bar üstündə min budağı, Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!   Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm. Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm. Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm. Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm. Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!   Əhrimənlər yuvasını darmadağın edəcəksən, Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən. Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən. Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən, Təpiyimin altındaca gəbərəcək, öləcəksən. Təbərrikim, tutiyam bil Qaradağı, Qarabağı. Yüksəl Günəş mövqeyinə, Odər yurdu, Od torpağı! • Xəlil Rza Ulutürk.
إظهار الكل...
Photo unavailableShow in Telegram
İnsanların çoxu itirməkdən qorxduğu üçün, sevməkdən qorxur. Sevilməkdən qorxur, özünü sevilməyə layiq görmədiyi üçün. Düşünməkdən qorxur, məsuliyyət çəkəcəyi üçün. Danışmaqdan qorxur, tənqid olunmaqdan qorxduğu üçün. Duyğularını ifadə etməkdən qorxur, rədd edilməkdən qorxduqu üçün. Yaşlanmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün. Və ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün... 📓 William Shakespeare
إظهار الكل...
👍 8 5🕊 1
Yaşamak güzel olan her şeyi sevmektir. Yazın yemyeşil ormanları, kışın karla kaplı toprağı, ürkek ve yalvaran gözlerle bakan hayvanı, yoldan geçen zavallı adamı.. Hepsini seviyorum ben.. Nerede olursanız olun hayatı sevin... 📍Michel Zevaco, Pardayanlar 3 - Fausta
إظهار الكل...
6👏 3🔥 1
Photo unavailableShow in Telegram
Açsan gözünü rəncü məşəqqət görəcəksən, Millətdə qəm, ümmətdə küdurət görəcəksən, Qıldıqca nəzər millətə heyrət görəcəksən, Çək başına yorğanını, nikbətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay! • Mirzə Ələkbər Sabir.
إظهار الكل...
👍 6 5👏 3
00:13
Video unavailableShow in Telegram
İnsan-keçmişin həsrətini çəkən,gələcəyi üçün darıxan,yaşadığı andan şikayət edən varlıqdır. -Bukovski✍🏻
إظهار الكل...
6👏 4👍 3🤔 2