ar
Feedback
𝐂𝐡𝐚𝐫𝐦𝐢𝐧𝐠🪐

𝐂𝐡𝐚𝐫𝐦𝐢𝐧𝐠🪐

الذهاب إلى القناة على Telegram

Вчера я был умным, я хотел бы изменить мир. Но сегодня я умен, меняюсь 🧚🏻‍♀️

إظهار المزيد
648
المشتركون
-224 ساعات
-87 أيام
-2330 أيام
أرشيف المشاركات
❤️‍🩹

25.04.2025 Bir il keçdi. Və bu bir ildə mən çox dəyişdim. Keçən il bu vaxt səninlə təsadüfən tanış olmuşduq. O gün sən mənim üçün heç kim idin. Maraqlısı odur ki, sonradan həyatımda ən çox təsir buraxan insanlardan birinə çevrildin. Mən səni həqiqətən sevdim. Bunu inkar etmirəm. Amma bizim münasibət sevgi deyil, daha çox yorğunluq idi. Davamlı ayrılıb-barışmaq, qeyri-sabitlik, anlaşılmazlıq… Ən pisi isə sənin dediyin sözlər və etdiyin hərəkətlər idi. Bəlkə sən onlar haqqında çox düşünmədin, amma mən o hisslərlə uzun müddət yaşadım. Səndən sonra toparlanmaq mənim üçün asan olmadı. 5 ay özümə gələ bilmədim. Hətta özümə belə yadlaşmışdım. İndi isə hər şey fərqlidir. Bəzi şeylər unudulmur — sadəcə artıq əvvəlki kimi təsir etmir. Səni yuxumda gördüyüm də oldu. Hər dəfə barışırdıq. Amma bu sadəcə yuxu idi. Reallıqda isə mən artıq o yerə qayıtmaram. Mən səninlə bir daha heç nə düşünmürəm. Nə barışmaq, nə də gələcək. Bu yazdıqlarım sadəcə içimdə qalanların bir hissəsidir.

çox az qalıb,çox az. 25.04.2025)

Wishing everyone a Happy Novruz Holiday! May it bring peace and joy to your homes. 🎀🤩

Yerin yox,amma gözlər doldu)

nəticədə ayrılıq gəldi tapdı bizi ❤️‍🩹

ikincı ürəyi qoyan kimdi😔😔😔

Başqa qız onu sevəcək, qucaqlayacaq. Amma and içirəm, heç bir qız onu mənim qədər uzun müddət gözləməyəcək — ağrı, təklik və sükut içindən keçərək. Heç biri onun üçün mənim qədər saf ürəklə dua etməyəcək — öz üçün deyil, ona rahat və işıqlı olsun deyə. Heç biri onu mənim qədər səmimi sevə bilməyəcək — bütün ruhu ilə, bütün ürəyi ilə, onu özündən üstün tutaraq. Bəli, bəlkə kimsə onu sevəcək, amma bu dərinlikdə olmayacaq. Ona ehtiyac olacaq, amma bu qədər ümidsizcəsinə olmayacaq. Və hətta bir gün o məni unutsa da, onun qəlbində mənim sevgimin yüngül bir kölgəsi qalacaq — səssiz, incə, əbədi. Başqa bir qız onun yanında olarkən mənim hiss etdiklərimi hiss etməyəcək. O, mənim hər hüceyrəmlə yaşadığım titrəyən həyəcanı, dərinliyi və coşqunu bilməyəcək. Heç biri onu özündən üstün qoymayacaq, mənim etdiyim kimi, onu bu qədər saf, ağrılı və məsumluğa qədər sevməyəcək. Başqa biri onun baxışını yüzlərlə üzdən axtarmayacaq, onu addımlarından, nəfəsindən, qoxusundan tanımayacaq. O, mənim içimdə yaşayan o titrəyən xoşbəxtliyi — sadəcə onun varlığı ilə yaşananı — hiss etməyəcək.

Uzun müddət əvvəl həyatımdan bir insan çıxardım. Çox şükür, çox hüzurluyam. Hər şey yolundadı, işlərim qaydasındadı, ailəm, dostlarım yanımdadı. Amma yenə də sanki həyatımda bir parça əskikdi. Sanki o bir insandan sonra çox tənha hiss edirəm. Hər şeyim var, amma heç nəyim yoxdu. O gedəndən içimdə səbəbsiz bir hüzn var. O gedəndən hələ də ürəkdən güldüyümü xatırlamıram. Hətta ara-ara səbəbsizcə gözüm dolur. Hələ də o yoxkən yaşadığım hər şeyi ona bir gün danışacaqmış kimi yadımdə saxlayıram. Bir gün onunla görüşəndə geyinərəm deyə aldığım paltarları hələ də heç yerə geyinmədən saxlayıram. Onunla görüşəndə istifadə edəcəyim ətri o gündən bəri vurmuram. Pulqabımdakı bəzi vaxtların şəklini cırıb atmağa ürəyim gəlmir. Onunla aramızın yaxşı olduğu vaxtlardakı şəkillərimə baxa bilmirəm, şəklimizə baxa bilmirəm. Tanış hava qoxuları ürəyimi bulandırır. Onu xatırladan mahnıları dinləyə bilmirəm. Onun yoxluğunu hər an hiss edirəm. Çünki o mənim tək sevdiyim idi, daha çoxu idi, başqa idi.

de, hardasan? üzüm heç gülmür..

kimsən ürək qoyan😔

çox darıxıram çox..

biz ayrılmamışdan bir gün əvvəl mən bu mahnını paylaşmaq istəmişdim statusda,amma nəsə məni saxlamışdı. Səbəb nə idi bilmirəm, amma paylaşmamışdım. Düşünmüşdüm ki, görüşəndən sonra şəkil çəkib,elə paylaşaram, qismət olmadı:)

Tək bu gün deyil, hər zaman sevib-sevilməyimiz diləyi ilə bayramımız mübarək🤍

❤️‍🩹

Sənin üçün darıxmaq, mənə verdiyin acıları yenidən yaşamaq qədər absurd bir zəiflikdir. Sayəndə kiməsə güvənməməyi, hamıdan qaçmağı öyrəndim. O vaxtlar sənin yanında hiss etdiyim o doğmalıq bir daha heç vaxt olmayacaq, çünki o insanı sən məhv etdin. Xoşbəxt ol, amma mənim haqqım sənə nə bu dünyada, nə də o biri dünyada halal deyil.