cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Mühasib vakansiyaları

Mühasib vəzifəsi üzrə iş elanları, vakansiyalar

إظهار المزيد
أذربيجان1 576الأذربيجانية1 394الأعمال30 928
مشاركات الإعلانات
2 214
المشتركون
+1124 ساعات
+577 أيام
+27930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Mühasib köməkçisi tələb olunur İşəgötürən: Sirab Satış və Dağıtım MMC Əsas tələblər: - Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə); - Komputer bilikləri: MS Office – Yaxşı; - Dil bilikləri: Azərbaycan – Əla; - Yaş həddi: 23 – 30 yaş; - Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə); - Riyazi biliklər və analitik düşünmə bacarığı; - Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər; - Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər; - Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı; - Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər. Fərdi keyfiyyət göstəriciləri: - İşdə dəqiqlik və detallara diqqətlilik; - Məsuliyyətlilik; - Ünsiyyətlilik; - Komandada işləmək bacarığı. Digər tələb və üstünlük göstəriciləri: - Rus və ya ingilis dili biliyi; - Mikro ERP və Günəş proqram bilikləri. İş barədə: - Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi; - Bank əməliyyatlarının həyata keçirilməsi; - Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi; - İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi; - Hesabat sənədlərinin qeydiyyatını aparılması; - Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi; - Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi; - Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi. İş vaxtının norması: - 5 günlük iş rejimi; - İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: - Yemək şirkət tərəfindən; - Şirkət nömrəsi və danışıq paketi. İş yeri: - Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5). Müraciət forması: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
إظهار الكل...
👍 1
Mühasib tələb olunur İşəgötürən: Azərsun Holdinq MMC Müəssisə: AZ KAĞIZ VƏ KARTON MMC Tələblər: • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır); • Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi; • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli; • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır) • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli; • Ezamiyyətə gedə bilməli İş haqqında məlumat: • Vergi, statistika və DSMF hesabatların hazırlanması; • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; • Əsas vəsaitlərin qəbul və ləğv edilməsi • Yeni işə alınan xarici vətəndaşların dövlet rüsumlarının ödənilməsi və hesabtlarının təqdim edilməsi • İnkşaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək • Satınalama tərəfindən sənədlari qəbul etmek, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək • Kasa və bank əməliyyatlarının aparılması İş Qrafiki: • Həftə içi 5 gün, 09:00-18:00 İş Yeri: • Xırdalan şəhəri Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.
إظهار الكل...
1
Mühasib tələb olunur İşəgötürən: Rəqəmsal Zona MMC Tələblər: -Ali təhsil (maliyyə, vergi, iqtisadiyyat sahələri üzrə); -Aparıcı mühasib kimi minimum 2 il iş təcrübəsi; -Satış və ya istehsalat iş təcrübəsi olanlara üstünlük verilir -Vergi və Əmək qanunvericiliyi üzrə yüksək biliklər; -1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir; İş qrafiki: 5 gün İş saatı: 09:00-18:00 Əmək haqqı: 800 - 1000 manat ( Artan əmək haqqı) Ünvan: Gənclik Vakansiyaya uyğun namizədlər, CV-lərini [email protected] mail ünvanına "Mühasib" başlığı qeyd edərək göndərə bilərlər.
إظهار الكل...
👍 1
Mühasib tələb olunur - MAAŞ 1000 MANAT + İşəgötürən: AZMADE GROUPa daxil olan LLS Service Namizədə dair tələblər: - Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu sahəsində təhsil) - Mühasibatlıq sahəsində azı 2 illlik iş təcrübəsi; - 1 C və MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları; - Riyazi biliklər və analitik düşünmə bacarığı; - F3 və F7 sertifikatı üstünlükdür; Vəzifə öhdəlikləri: - Mənfəət, ƏDV, ÖMV, Əmlak, DSMF hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi; - Ayın bağlanması; - Müəssisə tərəfindən həyata keçirilən əməliyyatların mühasibat uçotu hesabında(1C) əks etdirilməsi; - Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi; - Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi və s. İş şərtləri: - Ə/H- 1000 manat + - İş qrafiki: 5 günlük, 09:00-18:00 Ünvan: Əhməd Rəcəbli 276 Zəhmət olmasa, mövzu hissəsinə “Mühasib” qeyd etməklə CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.
إظهار الكل...
👍 1 1
Aparıcı Mühasib tələb olunur - MAAŞ 2000 MANAT CİVARINDA Əmək haqqı: 1000 - 2000 manat İşəgötürən: Karat Lombard İş barədə məlumat • Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması; • Aylıq, rüblük, illik maliyyə hesabatların hazırlanması; • Gündəlik balans və dövriyyə məlumatlarını hazırlanması; • MS Office, 1C proqramlarında yüksək səviyyədə bilmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi. İş qrafiki: Bazar ertəsi - şənbə günü İş saatı: 10:00-dan -18:00-dək Namizədə tələblər • Xanım namizəd; • Məsuliyyətlilik,dəqiqlik,punktuallıq kimi göstəricilər; • Mühasibat uçotu mükəmməl biliyi; • İş təcrübəsi: 3 il minimum; • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmaq. Namizədlərdən şəkilli CV-lərini mövzu hissəsində "Aparıcı mühasib" qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
إظهار الكل...
👍 1 1😁 1
Baş Mühasib tələb olunur - MAAŞ 2000 MİN MANAT CİVARINDA İşəgötürən: Turban Moda MMC Əmək haqqı: 1500-2000 AZN (namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir) İş barədə məlumat: * Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq * Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq; * Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması və hərəkəti * 1C 8.3 sistemində operativ uçotun aparılması * Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq; * Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması; * Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək; Namizədə tələblər: * ACCA F3, (ACCA F7 arzu olunandır) və ya PMS sertifikatlarının birinin olması şərtdir; * Dövlət orqanlarının portallarında işləmək bacarığı, * Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (Vergi, DSMF, Statistika və s) * Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi); * İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı; * Ən az 2 illik istehsalat təcrübəsi; * Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, * Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C 8.3 proqramını yüksək səviyyədə bilməli; * Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər * Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi * Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti * Xanım namizədlərə üstünlük veriləcək. İş qrafiki: 6 günlük iş rejimi İş yeri :Bakı şəhəri Yeni Yasamal 2 CVlərinizi Mövzu sətrində “Baş Mühasib” qeyd olunmaqla [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur
إظهار الكل...
👍 4
“Breeze Hotel” MMC Mühasib vakansiyasını elan edir Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alnmaqla təyin ediləcək. Vəzifə öhdəlikləri: - İcarəyə verilən obyeklerinin reyestrinin aparılması; - Obyektlərin gündəlik satışının reyestrinin aparılması; - İlkin uçot sənədlərinin, aktların, hesab-fakturalarının tərtibi və göndərilməsi; - 1C-də satış ilə bağlı bütün əməliyyatların mühasibat mühabirləşmələrinin verilməsi; - Debitor borclarının izlənməsi və təhlili; - İcarəyə verilmə ilə bağlı e-qaimələrin yazılması və göndərilməsi; - Energetika şöbəsindən sayğacların göstəricilərin məlumatlarını topluyub, içarəciyə akt və e-qaimələrin yazılması; Tələblər: - İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil; - Müvafiq sahədə 3 illik təcrübə; - Komandada işləməyi bacarmalı; - Analitik düşüncə qabiliyyəti; - Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; - Rus dili biliyi mütləqdir. Əlavə məlumat: - İş vaxtı: 6 günlük iş qrafiki ilə təyin olunur. - Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir. CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Mühasib" yazaraq müraciət edə bilərsiniz.
إظهار الكل...
👍 1
Aparıcı mühasib tələb olunur İşəgötürən: AZERMASH Əmək haqqı - 1000 manat (başlanğıc) İşin təsviri: Bütün maliyyə-mühasibat əməliyyatlarının uçotunun həyata keçirilməsi və 1C əməliyyat sisteminə daxil edilməsinə nəzarət Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması Daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması və 1C əməliyyat sisteminə işlənməsinə nəzarət Satışlar üzrə sənədlərin hazırlanması və qaimələrin təqdim olunmasına nəzarət Maliyyə hesabatları hazırlanması(mənfəət və zərər hesabatları) Kassa əməliyyatlarının icrası Pul vəsaitləri üzrə daxilolmaların 1C əməliyyat sisteminə işlənməsi və ödəmələrin icrasına nəzarət Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası Namizədə tələblər: Müvafiq sahə üzrə təhsil Mövcud sahədə ən az 3-5 il təcrübəsi MS Office, xüsusilə Excel bilikləri 1C proqramında sərbəst işləmə bacarığı (əla) Məsuliyyətli, dəqiq və peşakar Rus dili (arzuolunandır) Cins : qadın/kişi Analitik düşünmə qabiliyyəti Şərtlər: İş qrafiki - həftədə 5 iş günü, saat 09:00-dan 17:00-dək,şənbə günü 09:00-15:00 İş yeri- Babək pr.44 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Aparıcı mühasib" yazaraq müraciət edə bilərsiniz.
إظهار الكل...
👍 1
Baş mühasib tələb olunur - MAAŞ 1500 MANAT CİVARINDA İşəgötürən: Əmək haqqı: 1300-1500 AZN. İş barədə məlumat: DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi; Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması; Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi; Maliyyə aktivlərinin idarə olunması Vergi risklərinin hesablanması Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi; Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi. Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi Tələblər: Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir); Qeyd edilən sahədə ən az 4 il iş təcrübəsi; Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı; Dil bilikləri: azərbaycan dili - əla, rus və ingilis dili üzrə danışıq səviyyəsində biliklər arzuolunandır; Vergi, Əmək və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər; Beynəlxalq mühasibat uçotu standartlarını bilmək; Peşəkar Mühasib Sertifikatının olması vacibdir. İş qrafiki: 5 günlük, İstirahət günləri: şənbə və bazar; İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/32, Turan Biznes Mərkəzi (GPS - 40.4110613,49.8600953). Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində "Baş Mühasib" qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Şirkət haqqında Prime Logistics şirkəti nəqliyyat zəncirində logistika və gömrükləmə xidmətləri təklif edən yerli daşıma şirkətidir.
إظهار الكل...
👍 4👎 1 1
Aparıcı mühasib tələb olunur İşəgötürən: Agro Art Tələblər: İqtisadiyyat,maliyyə və ya müvafiq sahə üzrə ali təhsil; Mühasibat müxabirləşmələrini və uçot əməliyyatlarını yaxşı bilən; Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi; MS Office (Excell- əla səviyyədə) , 1C proqramları üzrə qabaqcıl istifadə biliyi; Komandada işləmə bacarığı; Analitik düşünmə qabiliyyəti; İşi planlamaq bacarığı; Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı. Öhdəliklər: Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi; Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması; Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi; Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması; Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması; Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi. CV-NİZİ [email protected] e-mail adresinin mövzu hissəsində "Aparıcı mühasib" yazaraq müraciət edə bilərsiniz.
إظهار الكل...
👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.