cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

İKT, kompüter işləri

Proqramlaşdırma, kompüter, texniki dəstək, data, təhlükəsizlik, şəbəkə sistemləri, dizayner üzrə işlər

إظهار المزيد
مشاركات الإعلانات
1 923
المشتركون
+1424 ساعات
+787 أيام
+25930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Kapital Bank ASC namizədləri “Back-End Developer Chapter Lead” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir. Backend Chapter Lead-in rolu proqram təminatının inkişafında mühüm rol oynayır. Bu mövqe adətən texniki təcrübə, liderlik bacarıqları və backend sistemlərinin yaradılması və saxlanmasında, developerləri əlaqələndirmək və istiqamətləndirmək bacarığının birləşməsini əhatə edir. Tələblər: • Java proqramçısı kimi ən azı 4-5+ illik təcrübə • Java 8 və daha yüksək səviyyədə biliklər • OOP, Dizayn Nümunələri, Mikroservis Arxitektura Nümunələri haqqında möhkəm anlayış • Restful xidmətləri ilə təcrübə (Spring Boot) • CI/CD prosesləri ilə bağlı təcrübə • RDBMS databazalari (Oracle, PostgreSQL) ilə iş təcrübəsi • Linux üzrə əsas biliklər arzuolunandır • Veb serverlərlə iş təcrübəsi (Apache Tomcat) arzuolunandır • Docker, Kubernetes bilikləri arzuolunandır • Mesaj brokeri ilə iş təcrübəsi (Apache Kafka, RabbitMQ və s.) arzuolunandır Cv-nizi hr.kapitalbank.az e-mail adresinin mövzu hissəsində “Back-End Developer Chapter Lead” yazaraq müraciət edə bilərsiniz. Back-end Chapter Lead (CVM) 🚨
إظهار الكل...
”Supertoys” MMC Qrafik dizayner vakansiyası elan edir! Namizəd üçün tələblər: Photoshop, Adobe Illustrator proqramlarında işləmə bacarığı Kreativ yanaşma Komandada işləmə bacarığı Bu sahədə minimum 1 il iş təcrübəsi Kreativ portfolioya malik olmaq Vəzifə öhdəlikləri: Verilmiş təlimatlar və informasiya əsasında sirkətin bütün qrafik və dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirmək; Şirkətin sosial media postları üçün dizayn hazırlamaq; Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərini icra etmək; Vəzifə: Qrafik dizayner İş yeri: Ofis Sədərək Ticarət Mərkəzinin çıxışında yerləşir Əmək haqqı: 800-900 Manat Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Qrafik dizayner“ qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər. CV ilə birlikdə portofolio mütləq göndərilməlidir, əks halda müraciətiniz dəyərləndirilməyəcək.
إظهار الكل...
👎 1🤣 1
Qrafik dizayner tələb olunur İşəgötürən: Embawood İş rejimi: 8:30-17:30 (həftəsonu və bayram günləri istirahət günləridir) Görəcəyi işlər: sosial media postları dizaynı, kampaniya və xüsusi günlər üçün dizaynlar, billboard, buklet, kataloq dizaynı və ən əsas məsələ motion dizayn bacarıqları. (ayda 4-5 dəfə ehtiyac olur) Əməkhaqqı - 1200 AZN başlanğıc olaraq. Tələb olunan proqramlar: Adobe Photoshop, Adobe Illustrator / CorelDraw, Adobe InDesign, Adobe Premiere / Adobe After Effects. Şirkət tərəfindən nahar verilir. CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Qrafik dizayner" yazaraq müraciət edə bilərsiniz.
إظهار الكل...
👍 1
CNC üzrə Proqramçı tələb olunur İşəgötürən: Veliev MMC Vəzifə və Öhdəlikləri: Proqramı hazırlamaq, dəyişmək və ya ləğv etmək İcra ediləcək əməliyyatın xüsusiyyətlərini müəyyən etmək üçün texniki təsvirləri və ya iş təlimatlarını araşdırmaq; Detalların dəzgah imkanları daxilində istehsal olunmasını təmin etmək üçün cizgilərin qiymətləndirməsi bacarığı; CAM proqramından istifadə edərək əsas 2D və 3D proqramları yarada bilmək CNC kəsim və digər əməliyyatların alqoritm kataloquna uyğun aparılması CNC dəzgahları üçün G və M kodlarındn istifadə etmək Proqramlaşdırılmış hissələr üçün quraşdırma vərəqləri yaradılması (İş Təlimatları) Standartların yerinə yetirilməsini təmin edilməsi Alət kataloqlarından hazırlanacaq müvafiq hissələr üçün hansı alətdən istifadə ediləcəyini müəyyənləşdirmək Cari emal prosesinin emal müddətlərinin hesablanması və mümkün alət, qurğu və emal prosedurlarının təkmilləşdirilməsi Emal prosesinə uyğun dəzgah konfiqurasiyasını seçmək bacarığı. İşləmə ardıcıllığını və emal ardıcıllığına uyğun istifadə ediləcək alətlərin müəyyənləşdirilməsi Layihələrin planlanmasında komanda ilə birgə çalışmaq Tələblər: Müvafiq sahə üzrə orta ixtisas (Ali təhsil üstünlük); Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi; CNC dəzgahlarının işləmə prinsipini bilmək; Texniki rəsimləri (çertyojları) düzgün oxuma və anlama; İşinə məsuliyyətli, intizamlı olmaq; Komanda ilə işləmə bacarığı. İş şəraiti: İş qrafiki: 6 günlük Nahar və Servis şirkət tərəfindən qarşılanır Əmək haqqı: müsahibə əsasında təyin olunur. İş yeri: Sumqayıt şəhəri Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] e-mailin mövzu hissəsində "CNC üzrə proqramçı" qeyd edərək elektron ünvanına göndərə bilərlər.
إظهار الكل...
Photo unavailableShow in Telegram
4SİM verilənlərin emalı üçün tələbələri 2 aylıq təcrübə proqramına dəvət edir. Böyük karyeraya doğru ilk addımları bizimlə atın. Tapşırıqlar əsasən distant icra olunacaq. Təcrübənin qrafiki namizədin vaxt seçiminə uyğun olaraq yarım gün müəyyən ediləcək. Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcək. Maraqlanan namizədlər CV-ni "Data Processing İntern" (Məlumatların Emalı üzrə Təcrübəçi) başlığı ilə [email protected] ünvanına göndərə bilər. Müraciət üçün son tarix 12 iyul 2024-cü il.
إظهار الكل...
😁 3
Proqram təminatına dəstək üzrə Təcrübə Proqramı İşəgötürən: TayqaTech LLC "Proqram təminatına dəstək" vəzifəsi üçün aşağıdakı bacarıqlara sahib gənc təcrübəçilər axtarırıq. Təcrübə proqramını uğurla başa vuran namizədlərə iş təklifi ediləcək. Dəstək göstəriləcək platforma - TayqaSale hazırda ölkədə bir sıra aparıcı satış və distribusiya şirkətləri tərəfindən istifadə edilməkdədir. Təcrübə müddəti ərzində real iş praktikası, problemlər və testlər üzərindən lazımı bilik və bacarıqlara sahib olacaqsınız. Həmçinin dəstəklə əlaqəli olaraq proqramlaşdırma, layihə, məhsul, test və dəstək komandaları ilə sıx işləyəcəksiniz. Maraqlananlar CV formalarını [email protected] e-poçt adresinə "Support Intern" başlığı ilə göndərə bilərlər. Görüləcək işlər: Müştərilərin sorğularının qəbul olumması, yerinə yetirilməsi və tamamlanması Davam etməkdə olan layihələrdə dəstək və texniki işlərdə köməklik Canlı və test mühitlərində texniki problemlərin araşdırılması, diaqnozu və aradan qaldırılması Texniki loqlar əsasında problemlərin həlli, ehtiyac əasında komanda yoldaşları ilə araşdırılması və yönləndirilməsi Müştərilərə vaxtında və dolğun şəkildə məlumatın bildirilməsi Müştəriyə təhvil veriləcək funksionallıqların təqimatı və demo göstərişi etmək Tələb olunur: Texniki sahə üzrə bakalavr dərəcəsi və ya hazırda bu sahə üzrə son təhsil ilində olmaq İngilis dili biliyi, texniki araşdırma aparmaq üçün kifayət edəcək səviyyədə İnformasiya və biznes idareetmə sistemləri haqda tanışlıq Araşdırma, analitik və həllə yönəli düşünmə bacarığı SQL biliyi (junior) və araşdırma üçün sadə sorğuların yazılması Çevik həll təklif etmək və sürətli düşünmə bacarığı Həm şirkət səviyyəsində həm də fərdi şəkildə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət Komandada işləməyi bacarmaq, həvəsli və enerjili olmaq Üstünlük veriləcək: ERP, CRM və biznes idarəetmə sistemləri ilə təcrübəsi olanlara Bənzər sahədə təcrübəsi olanlara Orta səviyyədə Rus dili biliyi
إظهار الكل...
👍 1
SQL Təlimçi tələb olunur İşəgötürən: INNAB Vəzifə üzrə tələblər: Ali təhsil Təlimçi kimi ən azı 3 illik iş təcrübəsi İngilis dili biliyi Əla səviyyədə SQL biliyi Təlim metodikası Sahə üzrə müvafiq sertifikatlar Səlis və aydın izah etmə bacarığı Məsuliyyətli,səbrli və dəqiq olmalı Vəzifə öhdəlikləri: Mövcud təlim proqramına əsasən təlim keçmək Mütəmadi olaraq tələbələrin bilik səviyyələrini qiymətləndirmək Təlimin effektivliyinin artırılması üçün təkliflər irəli sürmək İş qrafiki təlimlərə görə dəyişir,əmək haqqı müsahibə əsasında təyin edilir. Uyğun namizədlər Cv-lərini mövzu hissəsinə “SQL Təlimçi” yazaraq [email protected] e-mail ünvanına göndərə bilərlər.
إظهار الكل...
IT Manager tələb olunur İşəgötürən: SOCAR Green Öhdəliklər: İT avadanlıqlarında baş vermiş problemlərin müəyyən edilib, dərhal aradan qaldırılması və fasiləsiz işləməsinin təmin edilməsi; Mərkəzləşmiş məlumatlandırma sisteminin keyfiyyətli işləməsinin təmin olunması üçün zəruri işlərin yerinə yetirilməsi; Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsi; Korporativ Şəbəkənin və Server infrastrukturunun sabit işinin təşkili və idarə olunması Korporativ elektron poçt sisteminin sabit işinin təşkili və idarə olunması Ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpası Korporativ antivirus, antispam və s. monitoringi və idarə olunması Korporativ şəbəkənin, server və son istifadəçilərin kiber hücümlara qarşı dayanıqlılığının təmin olunması Server və şəbəkə avanlıqlarının monitorinq olunması, dövrü baxışın keçirilməsi və yenilənməsi Lisenziya, seritifikat və digər ödənişli program təminatları və xidmətlərin yenilənlənməsi Şirkətin İT Siyasət, Prosedur və Qaydalarına uyğun xidmət göstərilməsi Performansın artırılması üçün şəbəkələri, sistemləri monitorinq edir və lazım olan dəyişikliklərin müəyyənləşdirilməsi Texniki vasitələrin istismarı zamanı yaranan problemlərin həll edilməsi və əməkdaşlara köməkliyin göstərilməsi; Sistemin təkmilləşdirilməsi üçün vasitələrin, o cümlədən prosessual addımların, təlimlərin tövsiyə edilməsi; Cari texniki problemlərin həlli, lazım olan avadanlıqların tələbi haqqında rəhbərliyə məlumatın verilməsi; Tələblər: Ali texniki təhsil arzuolunandır; Rus və İngilis dillərin texniki səviyyədə biliyi; Aidiyyəti üzrə 2 il təcrübə; Peşəkar sertifikatlara üstünlük verilir (CompTIA A+, CCNA, Comptia Security , Comptia Network və s.) Microsoft Server və Client əməliyyat sistemləri üzrə dərin biliklərin olması Linux server sistemləri üzrə biliklərin olması arzu olunandır Server platformaları, Active Directory, Microsoft 365 , DNS, CA , GPO üzrə dərin biliklərin olması SAN, NAS və s. Storage texnologiyaları haqqda biliklərin olması Vmware –ESXI, vCenter , Hyper-V üzrə dərin biliklərin olması TCP/IP, NAT, DHCP, VLAN, RIP, VPN , Radius, Load balancing və s. şəbəkə servisləri üzrə biliklərin olması, Backup & Recovery sistemləri üzrə biliklərin olması ( Veeam, Acronis, Symantec ) Cisco, HPE, Fortigate, Mikrotik, Aruba, Ubiquiti və s. kimi router, firewall, switch və wireless avadanlıqlarının konfigurasiya olunması və üzrə nəzəri və praktiki biliklərin olması Windows client ( 7, 8, 8.1, 10, 11 ) əməliyyat sistemləri üzrə dərin biliklər CV-nizi [email protected] e-mail ünvanına "IT Manager" başlığı ilə göndərə bilərsiniz.
إظهار الكل...
Frontend Developer vəzifəsi üçün təcrübə proqramı elan edilir. İşəgötürən: Jeykhun Imanov Studio Bu, yeni başlayanlar üçün peşəkar və mehriban komandada işləyərək dəyərli təcrübə əldə etmək üçün əla fürsətdir. Biz fronted işlənməsi sahəsində öz bacarıqlarını inkişaf etdirməyə və təkmilləşdirməyə hazır istedadlı və motivasiya dolu namizədlər axtarılır. Maraqlananlardan CV-lərini [email protected] elektron ünvanına göndərmələrini xahiş edirik. Son tarix 10.07.24
إظهار الكل...
Qrafik Dizayner tələb olunur İşəgötürən: Nur Collection Vəzifə öhdəliklər: Sosial media kanalları üzrə postların hazırlanması; Çöl reklamları üçün dizaynın hazırlanması, təqdimatların və çap məhsulların dizaynın hazırlanması; Saytlar üçün banerlərin hazırlanması; Gündəlik verilən digər dizayn ilə bağlı tapşırıqların icrası və s. Foto məzmunu işləmək, tələb olan düzəlişləri etmək, sosial şəbəkələr və paylaşılacaq platformalara uyğunlaşdırmaq. Dizaynlarda brendin qaydalarına riayət etmək. Daim yenilənən dizayn və reklam trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək Tələblər: Kompyuter bilikləri: Photoshop, Adobe Illustrator proqramlarında işləmək bacarığı; Komandada işləmək bacarığı, kreativlik, yeniliklərə açıq; İş haqqında məlumat: Əmək məcəlləsinə uyğun sənədləşmə Əmək haqqı danışıq əsasında İş: Həftə içi 5 tam iş günü 6-cı gün qısaldılmış iş günü İş vaxtı: 09;00-18;00 6-cı gün (09:00-14:00) İş yeri-Masazır dairəsinin girişi Nahar şirkət tərəfindən verilir. CV-nizi [email protected] e-mail ünvanına "Qrafik dizayner" başlığı ilə göndərə bilərsiniz.
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.