cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Guney AZfront

O taylı, bu taylı Azərbaycanımız!

إظهار المزيد
مشاركات الإعلانات
4 247
المشتركون
-224 ساعات
-77 أيام
-3630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
İran Xarici İşlər Nazirliyi: “Livanın müdafiəsi bizim üçün əsas prinsipdir və İsrailin istənilən təcavüzünə qarşı Livanı müdafiə edəcəyimizə və dəstəkləyəcəyimizə şübhə yoxdur”. #İran
إظهار الكل...
👏 3💩 1
Photo unavailableShow in Telegram
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi avqustun əvvəlində keçiriləcək İran parlamentinin Rəyasət Heyətinin üzvü Moctəbi Yusifi Məsud Pezeşkianın təklif etdiyi kabinet üzvlərinin təsdiqi üçün qanunverici orqanın iş qrafikini açıqlayıb. O qeyd edib ki, inaqurasiya mərasimindən sonra 15 gün ərzində nazirlərin siyahısı parlamentin təsdiqinə təqdim ediləcək. #İran
إظهار الكل...
👍 4
​​Pezeşkiana görə mühafizəkarlar arasında qarşıdurma yarandı İranda növbədənkənar prezident seçkisinin keçirilməsi və Məsud Pezeşkianın qələbəsindən sonra onun rəqibləri Səid Cəlili və Məhəmməd Baqir Qalibaf arasında çəkişmə və qarşıdurma güclənib. Bu, seçki qərargahlarının yaydığı bəyanatlardan məlum olur. Mühafizəkar “İnqilab Cəbhəsi” siyasi cərəyanına mənsub olan iki namizədin seçki qərargahları yaydıqları bəyanatlarda Pezeşkianın qələbəsinə görə bir-birini günahlandırıblar. Qalibaf birinci turda Səid Cəlilinin onun xeyrinə namizədliyini geri götürmədiyini, Məsud Pezeşkianın qələbə çaldığını və bunun nəticəsində də “İbrahim Rəisi siyasi kursu”nun başa çatdığını deyib. Səid Cəlili də oxşar bəyanat yayaraq, parlament sədri Məhəmməd Baqir Qalibafı ittiham edib. Bəyanatlardan məlum olub ki, seçkidən əvvəl SEPAH-nin Qüds qüvvələrinin komandiri İsmayıl Qaani Cəlili və Qalibafla Məşhəd şəhərində qapalı iclas keçirib və onlardan birinin digərinin xeyrinə namizədliyini geri götürməsini istəyib. Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin nəticələrinə əsasən, 16,384 milyon (53,6%) səs toplayaraq, İranın 9-cu prezidenti seçilib. #İran
إظهار الكل...

Photo unavailableShow in Telegram
Təbriz həbsxanasında məhkum edam edildi Təbrizin mərkəzi həbsxanasında hələlik kimliyi müəyyənləşdirilməyən daha bir məhkum edam edilib. Bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb. Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində İran həbsxanalarında 249 məhkum dar ağacından asılıb. #İran #edam
إظهار الكل...
Photo unavailableShow in Telegram
Xəzər limanından dəmir yolunun ilk yükü ixrac bazarlarına yola salınıb Xəzər limanından ilk dəmir yolu-dəniz ixrac yükü Xəzəryanı ölkələrin ixrac bazarlarına çatıb. Qeyd edək ki, iyunun 20-də Qəzvin–Rəşt dəmir yolunun tərkib hissəsi kimi Rəşt–Xəzər Limanı dəmir yolunun açılışı olub. #İran
إظهار الكل...
Photo unavailableShow in Telegram
Kanalizasiya sularının içməli su ilə birləşməsi Gilan vətəndaşlarının zəhərlənməsinə səbəb olub İyulun əvvəlində, prezident seçkilərinin birinci turu keçirildiyi bir vaxtda mediada Gilan vilayətinin Rəzvanşəhr şəhərindən 400-dən çox insanın zəhərlənməsi xəbəri yayılıb. Bəzi mənbələr və sakinlər bu şəxslərin Rəzvanşəhrdə zəhərlənmələrinin xəbərin dərcindən iki həftə əvvəl başladığını, lakin nədənsə xəbərin dərc olunmadığını iddia edirlər. Bu barədə “Etimad” qəzeti yazıb: “Yerli mənbələrdən daxil olan xəbərlərdə bildirilir ki, bu zəhərlənməyə səbəb kanalizasiya sularının içməli suya qarışması olub, lakin hələlik nəinki bu hadisənin əsas səbəbi açıqlanmayıb, hətta bəzi müvafiq məmurlar bunun səbəbini gizlətməyə çalışırlar”. #İran
إظهار الكل...
🤬 2
Photo unavailableShow in Telegram
İranın voleybol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi təqdim olunub Voleybol Federasiyasının rəhbəri İranın qadınlardan ibarət milli voleybol komandasının baş məşqçisi vəzifəsinə Cənubi Koreyadan olan Li Do Hini seçib. 2013-cü ildə bu beynəlxalq məşqçi Cənubi Koreya milli voleybol komandası ilə məşqçi kimi Asiyada üçüncü yeri tutmuş və bürünc medal qazanmışdı. #İran
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
Agence France-Presse: İranla Qərb arasında gərginliyi azaltmaq üçün Məsud Pezeşkianla konkret razılaşma əldə etmək olar Agence France-Presse: “Danışıq tərzi Qərb diplomatlarının xoşuna gəlməyən mühafizəkar Səid Cəlilinin məğlubiyyəti İranın nüvə məsələsi üzrə dialoqu davam etdirməyə və sanksiyaları ləğv etməyə çalışan Avropa hökumətləri üçün sevindirici hadisədir”. Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaez: "2015-ci il nüvə sazişinin bərpası artıq real variant deyil, çünki yerdəki reallıqlar kökündən dəyişib. İranın nüvə proqramı indi çox inkişaf edib, sanksiyalar bərqərar olub, etimad ən aşağı həddə çatıb və dünya güclərinin artıq bu işə vahid yanaşması yoxdur. Amma Cəlilinin çevik və ideoloji yanaşması İran və Qərbi toqquşma yoluna çıxaracaqdı”. #İran
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
“Məsud Pezeşkianın qələbəsindən sonra İranla münasibətlərin müsbət və davamlı inkişafını gözləyirəm”, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Məsud Pezeşkian Azərbaycanəsilli türkdür. Təbrizdə türkcə danışır, amma kürd bölgələrinə gələndə orada kürdcə danışa bilir. Farscanı da yaxşı bilir. Onunla əlaqə saxlayıb təbrik edəcəyəm. Ümid edirik ki, Türkiyə ilə İran arasında münasibətlər gələcəkdə daha da yaxşılaşacaq. Üstəlik İran Türkiyənin bölgədə ən yaxşı əlaqələri olan ölkədir”, – deyə Ərdoğan bildirib. #İran  #Turkiye
إظهار الكل...
👍 2
Photo unavailableShow in Telegram
Kənani: İran regionda və dünyada güclü mövqedədir Xarici İşlər Nazirliyinin sözçüsü: “Nüvə problemi və sanksiyaların ləğvi ilə bağlı qarşıdan gələn diplomatik danışıqlarda yaxşı vəziyyətdəyik. Danışıqlar aparan tərəflərlə, o cümlədən ABŞ ilə diplomatik kanallar yaradılır və bizim mesaj mübadiləsi üçün kanallarımız var. Danışıqlar prosesi davam edən prosesdir və lazım gəldikdə onun təfərrüatlarını təqdim edirik. #İran
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.