𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄
الذهاب إلى القناة على Telegram
Gördüyünüz və paylaşılmasını istədiyiniz xəbərləri, videoları və məlumatları bizə göndərin. Əlaqə: @Azpulse_contact
إظهار المزيد7 297
المشتركون
-924 ساعات
-517 أيام
-24230 أيام
أرشيف المشاركات
7 296
Şah İsmayıla atılan iftiralardan biri də, güya Şah İsmayılın Hənəfi məzhəbinin imamı Əbu Hənifənin qəbrini dağıtmasıdır. İddianı araşdırdıqda müəmmalı bir çox nöqtə diqqətimizi çəkmişdi:
1) Mötəbər mənbələrdə o cümlədən, Mövlana Məhəmməd Ədayi Şirazinin “Səlimnamə”, İdris Bidlisinin “Səlimşahnamə” və Şərəf xan Bidlisinin “Şərəfnamə”, Məlik Şah-Hüseyn Sistaninin “Tarix-i ihyaül-müluk”, Mirzə bəy Cünabədinin “Rövzətüs-Səfəviyyə”, Mirzə Məhəmməd Məsumun “Tarix-i səlatin-i Səfəviyyə”, Həsən bəy Rumlunun "Əhsənüt-Təvarix", İsgəndər bəy Münşi Türkmanın "Aləmarayi-Şah Abbas" əsərlərində bu barədə bir cümlə belə yer almamışdır.
2) Hadisəni rəvayət edən tarixçilər adı çəkilən hadisədən illər sonra yaşamışdır.
3) Sensasiya doğura biləcək belə bir hadisə bölgənin üləma və hakimlərindən o, cümlədən rəsmi məzhəbi hənəfi olan Osmanlı sultanlarından heç bir reaksiya almamışdır. Hətta Səfəvi tərəfdarlarının kafir olub, qanlarının halal olduğu bildirilən fətvalarda belə bu hadisədən söz açılmır.
3) Prof. Dr. Ekrem Buğra Ekinci kimi tarixçilər bu hadisənin baş verməsinə şübhə ilə yanaşmış və tarixi olaraq sübut olmadığını bildirmişlər.
📱 Facebook
🌐 Instagram
7 296
28 Avqust
Mənim bir arzum var...
Yüz il əvvəl qaradərililərə azadlıq verilsə də həyatımız yenə də ayrıseçkilik və ögəylik buxovları ilə düyünlənib.
Ümidvaram ki, günlərin bir günü ölkəmiz "bütün insanlar bərabər yaranıblar" prinsipi ilə yaşamaq naminə qəddini düzəldib yüksələcəkdir.
Bir gün gələcək ki, Corciyanın qırmızı təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq süfrəsində bir-birilə çörək kəsəcəklər!
Arzum budur ki, haqsızlıq və sıxıntılar içində çabalayan Missisipi ştatı günlərin bir günü azadlıq və ədalət sahəsinə çevrilsin!
Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, onlara dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət versinlər!
Belə bir arzum var...
Arzum budur ki, bu gün qubernatoru dişlərini qıcadıb bizi "məhv etmək" niyyətində olan Alabama ştatını sabah ağlı-qaralı oğlanların-qızların əl-ələ verib bacı-qardaş kimi gəzib-dolandığı məkan kimi tanısınlar.
Bu gün belə bir arzum var!...
🎯 T.me/tarixinbugunu
7 296
🇮🇷🇶🇦 Möhsün Rzai, Qətərin xarici işlər naziri ilə görüşündə:
“ABŞ-a xəbərdarlıq edirik ki, İrana qarşı hər hansı bir addım onun hərbi və iqtisadi maraqlarını hədəfə alan tarixi zərbə ilə cavablandırılacaq.
Hörmüz boğazının açılması Vaşinqtonun Tehranın şərtlərini yerinə yetirmək üçün praktiki addımlar atması ilə bağlıdır.”
İzlə: @azepulse
7 296
🔻🇮🇷 İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı:
“İmamımıza söz veririk ki, şəhid İmamın ən mühüm mirası olan ‘güclü İranı’ son damla qanımıza qədər müdafiə edəcəyik. Düşməni peşman etməkdə və əziz İran xalqının narahatlıqlarını aradan qaldırmaqda bir an belə tərəddüd etməyəcəyik.”
İzlə: @azepulse
7 296
‼️❓🇷🇺 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova, Bəşər Əsədin Rusiyada qəbul edilməsinin səbəbləri barədə:
“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyada qəbul edilməsi qərarı sırf humanitar səbəblərlə verilib və heç bir siyasi motiv daşımayıb.
Suriyada hakimiyyətin köklü şəkildə dəyişdiyi bir şəraitdə keçmiş prezident Bəşər Əsəd və ailəsi ölüm təhlükəsi ilə üz-üzə qalmışdı.
Rusiya Suriyanın geosiyasi rəqabət meydanına çevrilməsinə qarşıdır.”
İzlə: @azepulse
