cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

إظهار المزيد
مشاركات الإعلانات
906
المشتركون
+124 ساعات
+407 أيام
+4330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

9⃣-cu Dərs: 🔰HƏYAT 🏴Zati sifətlərin hər biri barədə əlavə izahat veririk: 🏴Həyat (diri olmaq) məfhumu iki dəstə məxluq barəsində istifadə olunur: 🏴Biri inkişaf etmək qabiliyyətinə malik olan bitkilərdə, 🏴ikincisi isə şüur və iradəyə malik olan heyvan və insanda. 🏴Birinci məna naqisliyi və ehtiyacı tələb edir.Çünki inkişaf etmək inkişaf edən varlığın ilk əvvəldə kamaldan məhrum olmasını,xarici amillər nəticəsində onda müəyyən dəyişikliklərin yaranmasını və tədrici olaraq yeni kamal mərhələsinə çatmasını tələb edir. 🏴Səlbiyyə sifətlərdə qeyd olunduğu kimi,belə xüsusiyyətləri Allaha aid etmək olmaz. 🏴Amma həyatın ikinci mənası kamal məfhumudur,onun mümkün nümunələrinin nöqsan və məhdudiyyətlərlə yanaşı olmasına baxmayaraq,Onun üçün heç bir nöqsan,məhdudiyyət və ehtiyacın olmadığı sonsuz bir mərtəbə nəzərə almaq olar.Belə ki,kamalın və vücudun məfhumu da belədir. 🏴Əsas etibarı ilə iradə üzündən olan failiyyət,elm ilə yanaşı olan həyat qeyri-maddi varlığın tələbidir.Çünki həyatın canlı maddi varlıqlara aid edilməsinə baxmayaraq,həqiqətdə isə bu,onların ruhunun sifətidir,bədənlər isə ruhla əlaqədar həmin xüsusiyyətlərə malik olurlar. 🏴Başqa sözlə desək,həcm cismlərin,cismani varlıqların tələbi olduğu kimi həyat da mücərrəd (qeyri-cismani) varlığın tələbidir. 🏴Bu mətləbə diqqət yetirməklə Allahın diriliyinə başqa bir dəlil də tapılır və o da bundan ibarətdir: 🏴Allahın müqəddəs Zatı mücərrəd və qeyri-cismanidir.(Bu,keçən dərsdə isbat olundu.) 🏴Hər bir mücərrəd varlıq zatən həyata malikdir,deməli,Mütəal Allahın da zatən həyatı vardır. T.me/kelam_ve_eqide
إظهار الكل...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Muhərrəm ayına özəl və gözəl paylaşımlari ilə, Aşağıdakı kateqoriyada olan ÇOOOX gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
‼️ QURAN AYƏLƏRİ ‼️
‼️ ALIMLƏRDƏN GÖZƏL KƏLAMLAR ‼️
‼️ MƏRSIYƏLƏR VƏ NOHƏLƏR ‼️
‼️ MƏSUMLARDAN HƏDİSLƏR ‼️
‼️ MUHƏRRƏM SÖHBƏTLƏRI VƏ MOİZƏLƏR ‼️
‼️ DINI SUALLAR VƏ CAVABLAR ‼️
‼️ MÖHTƏŞƏM IRAN FILMLƏRI ‼️
‼️ ALIMLƏRDƏN FƏTVALAR ‼️
‼️ YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI ‼️
✅ 1K TOPLU ✅
🎧 MƏRSIYƏLƏR 🎧
9⃣-cu Dərs: 🔰ZATİ SİFƏTLƏRİN İSBAT OLUNMASI 🏴Allahın həyat,qüdrət və elmini isbat etməyin ən sadə yolu bundan ibarətdir ki,bu məfhumlar məxluqat barəsində işlədilən zaman onların kamallarından söhbət açır. 🏴Deməli,onların ən kamil mərhələsi varlıq bəxş edən səbəb kimi mövcud olmalıdır. 🏴Çünki hər bir məxluqda mövcud olan hər hansı kamal Mütəal Allahdandır və onu bəxş edən onlara malik olmalıdır ki,başqalarına əta edə bilsin. 🏴Həyatı yaradan bir şəxsin özünün ondan məhrum olması,yaxud məxluqata elm və qüdrət verən şəxsin özünün cahil və bacarıqsız olması qeyri-mümkündür. 🏴Deməli,bəzi məxluqlarda bu kimi kamal sifətlərinin olması onların Mütəal Allahda mövcud olmasını göstərir. 🏴Bunların heç birində nöqsan və məhdudiyyət yoxdur. 🏴Başqa sözlə desək,Mütəal Allah sonsuz həyata,elmə və qüdrətə malikdir. 🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴 T.me/kelam_ve_eqide
إظهار الكل...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1👏 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
YERLI VƏ DÜNYA XƏBƏRLƏRI 🏴
MOİZƏLƏR VƏ MƏHƏRRƏM SÖHBƏTLƏRI 🏴
MƏSUMLARDAN HƏDİSLƏR 🏴
ALIMLƏRDƏN KƏLAMLAR 🏴
QURAN AYƏLƏRİ 🏴
MƏRSIYƏLƏR VƏ NOHƏLƏR 🏴
SUALLAR VƏ CAVABLAR 🏴
MAARIFLƏNDIRICI FİLMLƏR 🏴
FƏTVALAR 🏴
🎵 MƏRSIYƏLƏR 🎵
🌐 1K TOPLU 🌐
🌐 KLASÖR TOPLU 🌐
9⃣-cu Dərs: ☑️ZATİ VƏ FELİ SİFƏTLƏR 🔰Mütəal Allaha aid edilən sifətlər ya Allahın zatına aid olunan və Onun kamalına dəlalət edən həyat,elm,qüdrət kimi məfhumlardır. ➖(Allahın) yaxud da xaliqiyyət və raziqiyyət kimi Mütəal Allahla Onun məxluqları arasında olan rabitədən irəli gələn məfhumlardır. ➖Birinci qismə aid olan sifətlərə zati sifətlər,sonunculara isə feli sifətlər deyilir. ➖Bu iki qism sifətlər arasında əsaslı fərq bundan ibarətdir ki,birinci dəstədə Allahın müqəddəs Zatı ona aid olunan sifətlərlələ eynilik təşkil edir. ➖Lakin ikinci dəstə sifətlər Mütəal Allah ilə məxluqat arasında əlaqədən irəli gəlir. ➖Allahın zatı ilə məxluqatın zatı bu əlaqənin qarşılıqlı tərəfləri kimi nəzərə alınır.Məsələn,“xaliqiyyət” sifəti varlıq aləminin Allahın zatından olan asılılıqdan irəli gəlir və Allah və Onun məxluqatı bunun iki tərəfini təşkil edir. ➖Allahın müqəddəs zatı və məxluqların zatı xaricində isə ayrılıqda yaratmaq adlı həqiqi bir şey mövcud deyildir. ➖Əlbəttə,Mütəal Allah Öz zatında yaratmağa qüdrətlidir,lakin qüdrət Onun zat sifətidir,yaratmaq məfhumu isə əlavə bir məfhum olub fel məqamından irəli gəlir. ➖Buna görə də “yaratmaq” feli-sifətlərdən sayılır. ➖Amma yaratmağa qadir olmaq məsələsinə gəldikdə isə bu,qüdrət sifətinə qayıdır. ➖Allahın zati sifətlərinin ən mühümü həyat,elm və qüdrətdir. ➖Eşitmək və görməyə gəldikdə isə əgər eşidilənlərə və görülənlərə alim olmaq,yaxud eşitmək və görməyə qadir olmaq nəzərə alınsa,bu halda eşitmək və görmək “əlim” və “qədir” sifətlərinə qayıdır. ➖Əgər onlardan məqsəd fel olaraq eşitmək və görmək olsa,bu halda o,eşidən və görən Zatın eşidilməyə və görülməyə qabiliyyəti olan əşyalar arasındakı əlaqəsindən əldə olunur. ➖Bu da feli-sifətlərdən sayılmalıdır.Belə ki,bəzən elm də həmin mənada işlədilir və “feli elm” adı ilə tanınır. ➖Bəzi mütəkəllimlər kəlam və iradəni də zati sifətlərdən hesab etmişlər ki,bu barədə sonralar söhbət olunacaq. T.me/kelam_ve_eqide
إظهار الكل...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
☪️ MOİZƏLƏR
☪️ MƏRSIYƏLƏR VƏ NOHƏLƏR
☪️ QURAN AYƏLƏRİ
☪️ MƏSUMLARDAN HƏDİSLƏR
☪️ FƏTVALAR
☪️ DİNİ VƏ ƏXLAQLI FİLMLƏR
☪️ DİNİ SUALLAR VƏ CAVABLAR
☪️ YERLI VƏ DÜNYA XƏBƏRLƏRI
🌐 DÜNYA XƏBƏRLƏRI
✅ 1K TOPLU KANALI
9⃣-cu Dərs: 📌Zati Sifətlər: 🔰MÜQƏDDİMƏ ➖Qeyd olundu ki,dünyaya varlıq bəxş edən səbəb – Mütəal Allah vücudun bütün kamallarına malikdir,həmçinin hər bir varlıqda mövcud olan hər növ kamal Onun tərəfindəndir və onu mövcudata,məxluqlara bəxş etməklə Öz kamalından heç nə əskilmir. ➖Mətləbin daha yaxşı düşünülməsi üçün aşağıdakı misallardan istifadə etmək olar: ☑️Müəllim öz elmindən şagirdlərə öyrədir,amma onun elmindən heç nə azalmır. ➖Əlbəttə,Mütəal Allah tərəfindən varlıq və vücud kamallarının verilməsi bu misallarla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. ➖Bu barədə ən yaxşı cümlə bəlkə də bu ola bilər: ➖Bütün varlıq aləmi Allahın müqəddəs Zatının nuru və cilvəsidir,belə ki,bu,aşağıdakı ayədən də bu məlum olur: 📖“ Allah göylərin və yerin nurudur.” ➖Sonsuz ilahi kamallara diqqət yetirməklə kamala dəlalət edən və özündə heç bir nöqsan və məhdudiyyət daşımayan hər növ məfhum Allah-təalaya aid edilə bilər. ➖Belə ki,Quran ayələrində,rəvayətlərdə və Məsumların (ə) münacatlarında nur,kamal,camal,məhəbbət,nuranilik və s. kimi məfhumlar Allah-təalaya aid edilir. ➖Amma İslami kəlam,fəlsəfə və əqidə kitablarında “ilahi sifətlər” ünvanı ilə irəli çəkilənlər sifətlərin müəyyən qədəridir.Onlar zati və feli sifətlər olaraq iki yerə bölünür. ➖Buna görə də əvvəlcə bu bölgü barəsində izahat verəcək,daha sonra onların ən mühümünü isbat edəcəyik. T.me/kelam_ve_eqide
إظهار الكل...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
🏴 QURAN AYƏLƏRİ 🏴
🏴 MƏRSIYƏLƏR 🏴
🏴 MƏSUMLARDAN HƏDİSLƏR 🏴
🏴 DİNİ SUALLAR VƏ CAVABLAR 🏴
🏴 FƏTVALAR 🏴
🏴 YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI 🏴
🏴 MOİZƏLƏR 🏴
🎥 DİNİ FİLMLƏR 🎥
🕌 TOPLU QRUPU 🕌
🕌 1K TOPLU KANALI 🕌
8⃣-ci Dərs: 🔰VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ 📌Qeyd olunanlara diqqət yetirməklə varlıq bəxş edən səbəb üçün bir neçə mühüm xüsusiyyəti qeyd etmək olar: 1⃣Varlıq bəxş edən səbəb bütün nəticələrin kamallarına daha kamil şəkildə malik olmalıdır ki,hər bir varlığa onun tutumu qədərində əta edə bilsin. Amma maddi və vasitə olan səbəblər yalnız nəticənin dəyişikliyi üçün şərait yaradır, onların və öz nəticələrinin kamallarına malikolma zərurəti yoxdur. Məsələn, torpağın bitkinin kamalına malik olmasının, yaxud ata-ananın övladın kamalına malik olmasının zərurəti yoxdur. Amma varlıq bağışlayan Allah bəsit və bölünməz olduğu halda vücud kamallarının hamısına malik olmalıdır. 2⃣Varlıq bəxş edən səbəb öz nəticəni yoxluqdan varlıq aləminə gətirir və başqa sözlə onu yaradır. Onu yartmaqla öz vücudundan heç bir şey azalmır. Amma təbii faillərdə iş tamamilə başqa cürdür. Onların işi mövcud nəticənin vəziyyətini dəyişdirmək, enerji və qüvvə sərf etməkdən ibarətdir. Vacibül-vücudun zatından hər hansı bir şeyin ayrılması fərz edilsə ilahi zatın dəyişilməsini və bölünməsini zəruri edir ki, bunun da batil bir şey olması sübut olundu. 3⃣Varlıq bəxş edən səbəb həqiqi səbəbdir. Buna görə də nəticənin qalması üçün onun varlığı zəruridir. Amma vasitə olan səbəblərdə nəticənin qalmasında onlara ehtiyac yoxdur. ➖Buna əsasən sünni mütəkəllimlərinin bəzilərindən nəql olunan “aləmin qalıb davam etməsində Allaha ehtiyacı yoxdur” kimi sözlər, eləcə də qərb filosoflarının bəzilərinin dediyi “təbiət aləmi bir dəfə həmişəlik üçün işə salınan olduğu üçün və artıq, Allahın idarə etməsinə ehtiyacı olmayan saata bənzəyir” kimi sözlər həqiqətdən çox-çox uzaqdır. Halbuki varlıq aləmi özünün bütün işlərində Mütəal Allaha ehtiyaclıdır, əgər bir anlığa varlıq əta etməsə, heç bir şeyin vücudu qalmaz. T.me/kelam_ve_eqide
إظهار الكل...
Kəlam və əqidə

Kəlam elmi və əqidə məsələləri ilə tanışlıq. @Talibi_qomnam

👍 2
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
🏴 MƏRSIYƏLƏR VƏ NOHƏLƏR
🏴 QURAN AYƏLƏRİ
🏴 MƏSUMLARDAN HƏDİSLƏR
🏴 DİNİ FİLMLƏR
🏴 DİNİ SUALLAR VƏ CAVABLAR
🏴 GÖZƏL MOİZƏLƏR
🏴 FƏTVALAR
🏴 YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI
🎵 DİNİ MP3LƏR 🎵
🌐 DİNİ TOPLU 🌐
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.