cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Elektron kitab

Kanalda yalnız milli dilə tərcümə olunmuş kitabların pdf-i paylaşılacaq. Digər dillərdə kitab istəyiniz olarsa müzakirə və istək qrupuna - @elektron_kitabs qoşulun. Reklam və digər məsələlərlə bağlı əlaqə : @cosqun666

إظهار المزيد
أذربيجان1 118الأذربيجانية982الكتب6 233
مشاركات الإعلانات
1 989
المشتركون
لا توجد بيانات24 ساعات
-167 أيام
-6630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

✒ İlya İlf, Yevgeni Petrov - Qızıl dana 📃Sovet dövrünün ən gülməli kitabı. Ötən əsrin birinci yarısına aid bu yumor həm də inanılmaz dərəcədə müasirdir. Əgər siz təcili su­rət­də milyonçu olmaq istəyirsinizsə, onda buyurun – məşhur sovet yazıçıları, avantürist satira və faydalı yumor ustadları İlf və Petrov sizə bunun milyon yolunu göstərir. "Qızıl dana" İlf və Petrov tərəfindən qələmə alınan satirik romandır. Kitab "12 stul" əsərinin davamıdır. Burada da birinci hissənin mərkəzi personaji Ostap Benderin macəralarından bəhs edilir. Yenə xəzinə izinə düşən Bender hər vasitə ilə gizli milyonçu Koreykonun var- dövlətini ələ keçirməyə çalışır. #azərbaycanca #ilkdəfə #roman ℹƏsər haqqında maraqlı faktlar. 📮@elektron_kitab
إظهار الكل...
İlya İlf, Yevgeni Petrov qızıl dana @elektron_kitab.pdf35.36 MB
Photo unavailableShow in Telegram
إظهار الكل...
✒ İbrahim Kərimov - Dörd mühəndis 📃Ulduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Omər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim tərzi, bacarığı və xarici görünüşləri ilə hər kəsin diqqət mərkəzindədir. Novruz bayramı gecəsi əfqanıstanlı professor Ramez Afridinin mükəmməl bir planla qətlə yetirilməsi universitetdəki bütün dincliyi pozur. Cinayətin həlli üzərində istintaq gedərkən, Ulduz universitetində demək olar ki, digər üç tələbə ilə eyni yaşda olan mühafizə işçisi Elmir də burada təhsil alma şansı qazanır. Ömər, Maria və Elina isə özlərinin də günahı olduğu bu qətlin onların üzərinə qalmasından qorxur və bunu gizlətməyə çalışırlar. Amma aralarına sızan Elmirin onların həyatını tamamilə dəyişəcək tək insan olacağının fərqində belə deyillər. #azərbaycanca #ilkdəfə #roman 📮@elektron_kitab
إظهار الكل...
İbrahim kərimov dörd mühəndis @elektron_kitab.pdf12.17 MB
Photo unavailableShow in Telegram
إظهار الكل...
✒ U-Tszin - Hərb sənəti 📃«U-tszin» minillər boyu davam edən iğtişaşlar və müharibələrdən, dövlətlərin yaranmasından və süqutundan keçərək bizə gəlib çatan nadir, bəlkə də yeganə strateji düşüncəyə aid dərslikdir. Mübariz döyüşlərin və müharibələrin dərsləri, taktika və strategiya məsələləri, ordunun və dövlətin idarə olunması və misilsiz insan təcrübələri öyrənilmiş və nəsildən-nəslə ötürülmüşdür. Bütün bunlar yalnız Sun sülaləsi zamanı bir yerə toplanmış, korrektə edilmiş, nəhayət, təkcə hərbi düşüncənin əlifbasına çevrilməmiş, həm də həmin vaxtadək artıq iyirmi əsr mövcud olan böyük hərbi vəzifələrə keçmək üçün imperator imtahanlarının materialı olmuşdur. #azərbaycanca #ilkdəfə #fəlsəfə #araşdırma 📮@elektron_kitab
إظهار الكل...
U tszin hərb sənəti.pdf60.44 MB
Photo unavailableShow in Telegram
إظهار الكل...
✒ Yuri polyakov - Süddə çəpiş 📃Tanınmış rus yazıçısı Yuri Polyakovun ''Süddə çəpiş'' romanında sovet dövrü və ondan sonrakı mərhələdə Rusiya ədəbi mühitində cərəyan edən proseslər təsvir olunur. İki yazıçı öz aralarında mərc gələrək qələm tutmağı belə bacarmayan bir fəhləni böyük yazıçı kimi tanıtmağa qərar verirlər. Yuri Polyakov “Süddə Çəpiş” əsəri ilə SSRİ ədəbiyyatının üstü bəzək, altı təzək olduğunu göstərir. SSRİ mühitində yazıçı necə yetişirdi sualına cavab verir. #azərbaycanca #ilkdəfə #roman 📮@elektron_kitab
إظهار الكل...
Yuri polyakov süddə çəpiş @elektron_kitab.pdf25.93 MB
Photo unavailableShow in Telegram
إظهار الكل...
✒ Anastasiya Kolpakova , Yelena Xramova - Bədənə qulluq 📃20 yaşınız olanda sizə elə gəlir ki, bədəninizə qulluq etmək o qədər də vacib deyil. Axı bütün problemlər yetərincə gec başlayır. Lakin kosmetoloqlar təsdiq edirlər ki, gələcəkdə gözəl görünməniz və sağlam olmanız bu yaşda özünüzə necə qulluq etməyinizdən birbaşa asılıdır. Bu kitabda özünüzə gündəlik qulluq üzrə faydalı və effektli məsləhətlər, təbii maska, krem, skrab, bədən, əl və ayaq üçün pilinq, ev şəraitində manikür və pedikür qaydaları, təhlükəsiz qaralma, depilyasiya, sağlam qidalanma üzrə tövsiyə və qamətli bədən üçün yüngül idman təmrinlərilə tanış olacaqsınız. Bu kitab sizə gözəlliyinizi və sağlamlığınızı uzun müddət qoruyub saxlamağa şərait yaradacaq. #azərbaycanca #ilkdəfə #sağlamlıq 📮@elektron_kitab
إظهار الكل...
Anastasiya_Kolpakova_,_Yelena_Xramova_bədənə_qulluq_@elektron_kitab.pdf18.10 MB
Photo unavailableShow in Telegram
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.