cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝚍𝚓𝚊𝚐𝚛𝚕𝚜🍷🖤

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
179
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, - Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki məni də, səni də öldürdük onda😞
إظهار الكل...
Özgəsinə ağlayan gözlərində nəyəm mən? Nəyəmsə çağır məni, olarmı gəlməyəm mən? Gəlim, qoparım səni hicranın zəncirindən. Gəlim, öpüm ruhunun qan süzülən yerindən. Gözlərinin yaş çıxan yerindən öpüm sənin. Əlində, ayağında, haranda ölüm sənin? Ölüm, hirsin soyusun, sən qalma bu zülümdə. Mən hər yerdə ölürəm, elə səndə ölüm də!? Səbrimin çatlarıdır yanağımda çizgilər. Səni göstərir axı mənə bütün güzgülər! Sənə açılır axı, pəncərələr, qapılar! İçində basdırmağa mənə də yer tapılar... Özgəsinə ağlayan, çağır adımı, çağır! Sənin üçün ağlayan, sənsiz adamı çağır💔!
إظهار الكل...
Biz ki, heç yağışda islanmamışıq. Külək sovurmayıb,. Qar üşütməyib. Fəsillər ötməyib, İllər ötməyib. Heç hələ, pencəyim, Pambıq tarlası, ağappaq çiynini üşüyən görüb, Ərk edib bir kərə üstün ötrməyib. Hara ayrılıq, başımız çatmır?! Bizim, ayrılığa yaşımız çatmır!
إظهار الكل...
Hər şeyə baxmayaraq yenə də məni sevmək çox xoşuna gəldisə, dua et, ayrılmayaq, duadan yaxşı nə var ürəyin gözəldisə...💔
إظهار الكل...
Nəfəs alıb dərindən ötüb keçən ayıma, ilimə inanmışam. Göz-qaşını görəndən qaşla göz arasında ölümə inanmışam.💔
إظهار الكل...
Gör nə gözəl olardı İllərdi eyni yerdə Gözləməkdən yorula, Ayaqlarım darıxa. Dodağından süzülən Bircə xoş sözə həsrət Qulaqlarım darıxa. Gör nə gözəl olardı Kirpiklərim quruya, Gözlərimin sahili- Yanaqlarım darıxa. Şeir-şeir görüşən Sətir-sətir sevişən Dodaqlarım darıxa. Qorxuram bir gün gələ Sənli şeirlər yazan Barmaqlarım darıxa. Başıma hava gələ Mənim özüm cəhənnəm Səni fikirləşdiyim Otaqlarım darıxa. Sən məndən arxayın ol Heç cürə inanmıram Bu darıxmaq can sıxa.
إظهار الكل...
Elə ucalıram ki, sən qayğımı çəkəndə... Mənə nəvaziş gəlir qəzəbin də, öfkən də. Varlığından bu qədər ölürəm, əriyirəm! Mən sənin yoxluğundan, kim bilir, neyləyərəm?
إظهار الكل...
Yenə mən, yenə gecə, yenə təkəm, bilirsən... Bəlkə çıxıb gələsən yanıma, nə deyirsən? Gəl, bir başına dönüm, haçandı pir gəzirəm. Uzan, qollarını aç, ölməyə yer gəzirəm.💔
إظهار الكل...
Bir möcüzə ola, çıxıb gələsən. Qala bilməyəsən getdiyin yerdə. Deyəsən əzizim, sənə gəlmişəm, deyəsən əzizim, aç qollarını, daha öldürsələr getmərəm bir də... Deyəsən əzizim, necə çətinmiş, səndən uzaqlarda sənə darıxmaq. Deyəsən əzizim, tut əllərimi dünya dağılsa da, məni buraxma. Mən də ocaq kimi, mən də pir kimi, bu anı illərlə gözləyir kimi açım qollarımı, qollarıma gir, kirpiyindən öpüm, gözündən öpüm, mənə gələn yolda ayağın dəyən küçənin kirindən, tozundan öpüm. Elə öpüm, yollar olsun pak, sənəm, elə öpüm, bir də getmə birdənəm...
إظهار الكل...
Sənə necə deyim, necə danışım.. Sənin axı nədən xəbərin olub? Sən axı heç zaman bilməmisən ki, Sənin "mən" adında bir evin olub....
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.