cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Abituriyent Jurnalı

Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı "Abituriyent" jurnalı redaksiyasının rəsmi Telegram kanalı

إظهار المزيد
أذربيجان1 632الأذربيجانية1 442التعليم51 325
مشاركات الإعلانات
2 125
المشتركون
لا توجد بيانات24 ساعات
+37 أيام
+3730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
31 iyul – 2 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgidə ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri təmsil olunacaqlar. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir. https://portal.dim.gov.az/sergi/
إظهار الكل...
Photo unavailableShow in Telegram
Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib. Bu nömrədə həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2023-cü ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim edilib. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
إظهار الكل...
Photo unavailableShow in Telegram
Semral Babayev Binəqədi rayonu, Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 389.4 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir: “Məqsədli şəkildə çalışmaq lazımdır. Mən DİM nəşrləri vasitəsilə biliyimi təkmilləşdirirdim. Sınaq imtahanlarında biliyimi yoxlayırdım DİM-in nəşr etdiyi test topluları bu sahədə əsas köməkçi vasitədir". Uğurlar, Semral!
إظهار الكل...
Photo unavailableShow in Telegram
Ləman Qurbanova Sabunçu rayonu 307 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 392.5 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir: “Özünüzə inanın, o zaman uğur qazana biləcəksiniz. Məncə, əzmkar və məsuliyyətli olduqdan sonra mümkünsüz heç nə yoxdur. Bu yolda mənə ailəmin və dəyərli müəllimlərimin çox böyük dəstəyi oldu. Mən aşağı siniflərdən dərslərimlə böyük həvəslə məşğul olurdum, planlı çalışırdım. 5-ci sinifdən DİM-in nəşr etdiyi siniflər üzrə qiymətləndirmə tapşırıqları kitablarından yararlanırdım. DİM nəşrlərindəki hədiyyə kuponları ilə otk.az portalındakı onlayn sınaq imtahanlarında biliyimi yoxlayırdım”. Uğurlar, Ləman!
إظهار الكل...
Photo unavailableShow in Telegram
Bu gün ictimai xadim Leyla xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Leyla xanımı səmimi qəlbdən təbrik edirik. Leyla xanıma can sağlığı, uzun ömür arzu edirik. Bəzi insanların missiyası doğulduğu gündən bəlli olur. Leyla xanım doğma Azərbaycanımızda vətənpərvər, humanist, yardımsevər şəxsiyyət kimi tanınır. Hər zaman köməyə yetən, kimsəni darda qoymayan Leyla xanım zərif çiyinlərində ağır yük daşıyır. Çünki o bütün xalqın sevgisini mərhəmətli qəlbinə sığdırır. Gənclərin maariflənməyində, onların problemlərinin həllində əlindən gələni əsirgəməyən Leyla xanım Azərbaycan mədəniyyətinin inkişafı naminə müstəsna xidmətlər göstərməyi də unutmur. Leyla xanıma bu çətin və şərəfli missiyasında uğur diləyirik!
إظهار الكل...
Photo unavailableShow in Telegram
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini təqdim edib. Jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc edilib. «Magistr» jurnalının 5-ci nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
إظهار الكل...
Photo unavailableShow in Telegram
Leyla Səfərova Saatlı rayon Varxankənd kəndi Ələddin Şüküroğlu adına tam orta məktəbin 11-ci sinif şagirdidir. Buraxılış imtahanında 300 bal, qəbul imtahanının 2-ci mərhələsində 389.4 bal toplayaraq yüksək nəticə qazanıb.
إظهار الكل...
Photo unavailableShow in Telegram
Kənan İsmayıllı Culfa şəhəri 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Buraxılış imtahanında 300 bal, qəbul imtahanının 2-ci mərhələsində 391.9 bal toplayaraq yüksək nəticə qazanıb.
إظهار الكل...
Photo unavailableShow in Telegram
Afiq Mustafazadə Qazax şəhəri N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 392.5 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir: “Kəmiyyət yox, keyfiyyət önəmlidir. Ağıllı şəkildə çalışmaq lazımdır. DİM nəşrləri imtahana hazırlıq üçün ən keyfiyyətli vəsaitlərdir. DİM nəşrlərindəki hədiyyə kuponları vasitəsilə otk.az portalındakı onlayn sınaq imtahanlarından yararlanırdım. Mən həm ənənəvi, həm də onlayn sınaq imtahanlarında biliyimi yoxlayırdım”. Uğurlar, Afiq!
إظهار الكل...
Photo unavailableShow in Telegram
Nigar Məhərrəmova Tovuz rayonu Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 392.5 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir: “Qarşınıza məqsəd qoyun və bu məqsəd uğrunda çalışın. Uğurun sirri özümüzdən asılıdır. Uğurun yarısı əzmkarlıq və çox çalışmaqdırsa, digər yarısı özünə müəllimlik etməyi bacarmaqdır. Məncə, yaxşı nəticə qazanmaq istəyən hər bir abituriyent DİM nəşrlərindən yararlanmalıdır. Sınaq imtahanlarında iştirak etmək çox faydalıdır. Mən imtahana hazırlıq müddətində DİM nəşrlərindəki hədiyyə kuponları ilə otk.az portalındakı onlayn sınaq imtahanlarında iştirak edərək biliyimi yoxlayırdım”. Uğurlar, Nigar!
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.