cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Kərəm_Quliyev_müəllim

Az.dili və Tarix fənlərindən izahlar, testlər

إظهار المزيد
أذربيجان3 113الأذربيجانية2 675التعليم96 372
مشاركات الإعلانات
507
المشتركون
+124 ساعات
-47 أيام
-2030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from Vüsət Əzizov
Photo unavailableShow in Telegram
Pedaqoji Universitetdə yeni bakalavr və magistr ixtisasları açılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2024/2025-ci tədris ili üçün qəbul planı təsdiqlənib. Artıq Pedaqoji Universiteti seçən tələbələr bakalavriat və magistratura səviyyələrində yeni açılan ixtisaslarda da təhsil ala biləcəklər. Belə ki, ADPU-da bakalavriat səviyyəsində yeni tədris ilindən Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə qəbul həyata keçiriləcək. Bununla da bakalavriat səviyyəsi üzrə ixtisasların sayı 25-ə çatmış olacaq. Eyni zamanda növbəti tədris ilindən universitetdə Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə SABAH qruplarına da qəbul aparılacaq. Magistratura səviyyəsi üzrə isə Təhsildə qiymətləndirmə və monitorinq (SABAH) və Menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH) ixtisaslaşmalarına ilk qəbul aparılacaq və beləliklə, Pedaqoji Universitetdə magistratura səviyyəsində 22 ixtisas üzrə 30 ixtisaslaşmada yüksək keyfiyyətli mütəxəssis hazırlığı həyata keçiriləcək. Ümumilikdə ADPU-nun SABAH qruplarında balakavriatura üzrə Korreksiyaedici təlim və Məktəbəqədər təhsil ixtisasları ilə birgə 3 ixtisasda kadr hazırlığı aparılacaq. Magistratura səviyyəsində isə Təlim və tədrisin təşkili və metodikası (SABAH) ixtisaslaşması ilə birgə 3 ixtisaslaşmada SABAH magistratura proqramı icra olunacaq. Pedaqoji Universitetin 2024/2025-ci tədris ili üçün qəbul planında da artım var. Belə ki, ötən ilə nisbətən qəbul planı bakalavriat səviyyəsi üzrə 2570- nəfərdən 2655-ə (Azərbaycan bölməsi üzrə 2265, rus bölməsi üzrə 270, ingilis bölməsi üzrə isə 120 plan yeri), magistratura səviyyəsində isə 443-dən 499 nəfərə qaldırılıb.
إظهار الكل...
Repost from Vüsət Əzizov
Photo unavailableShow in Telegram
Abituriyentlərin çox saylı müraciətlərrini nəzərə alaraq, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi kolleclərə sənəd qəbulunun vaxtı 14 may 2024 cü il tarixədək uzadılmışdır. Sənəd qəbulu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə həyata keçirilir. Ətraflı məlumat əldə etmək üçün mmu.edu.az saytına müraciət edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 🔗 Ətraflı məlumat üçün: mmu.edu.az #MilliMüdafiəUniversiteti
إظهار الكل...
Photo unavailableShow in Telegram
‎Kərəm Müəllim adlı şəxsdən foto
إظهار الكل...
Repost from Vüsət Əzizov
Photo unavailableShow in Telegram
Beynəlxalq Riyaziyyat Olimpiadasından 7 medal alan şagirdlərimiz. Məktəblilərimiz Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər.
إظهار الكل...
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu başlayıb. Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesinə start verilib. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.    Sənəd qəbulu prosesi 31 avqust 2023-cü il saat 18:00-da bitəcək.  Təkrar kollec oxumaq istəyənlər müraciət edə bilərlər.
إظهار الكل...
Repost from Vüsət Əzizov
Photo unavailableShow in Telegram
Buraxılış imtahanında və I cəhd blok imtahanında topladıqları baldan asılı olmayaraq (hər bir fənn 0 bal olsa belə) və I cəhd blok imtahanında iştirak etməyən (qeydiyyatdan keçməyi unudan) abituriyentlər I,II,III və IV qruplar üzrə qəbul imtahanında iştirak edə bilərlər. Qeydiyyat 31 may-17 iyun 2024-cü il tarixlərində aparılacaq. Link: https://eservices.dim.gov.az/erizebak/cehd2/ Qeydiyyatdan keçmək üçün müraciət edə bilərsiz.
إظهار الكل...
Repost from Vüsət Əzizov
Photo unavailableShow in Telegram
Polis Akademiyasında interaktiv təlim metodları ilə keçirilən məşğələ dərsləri davam edir 17 may 2024-cü il tarixində “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, polis leytenantı Ayişə Əliyeva tərəfindən I kursun müxtəlif taqımlarında “Azərbaycan Respublikasının Prezidenti” mövzusunda interaktiv dərslər keçirilib. I kursun I taqımında qruplarla iş metodu əsasında keçirilən seminar dərsində kursantlar “Dövlət hakimiyyəti sistemində dövlət başçısının yeri və rolu”, “Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində Prezident seçkilərinin hüquqi əsasları” və “Azərbaycan Respublikası, Türkiyə Cumhuriyyəti və Rusiya Federasiyası Prezidentlərinin Konstitusiya səlahiyyətləri” mövzusunda çıxışlar etmiş, bu ölkələrin qanunvericilik sistemlərinin müqayisəli təhlilini aparmaqla qeyd edilən dövlətlərin qanunvericiliyində oxşar və fərqli cəhətləri müəyyənləşdirmişlər. I kursun IV taqımında isə “Azərbaycan Respublikasının Prezidenti” mövzusunun kursantlar tərəfindən nəzəri və təcrübi baxımından daha yaxşı öyrənilməsi istiqamətində rollu oyun metodu əsasında “Prezident seçkilərinin keçirilməsi qaydası” səhnələşdirilmişdir. Seçki prosesinin mərhələlərinin kursantlar tərəfindən təcrübi olaraq mənimsənilməsindən ötrü kursantların sıralarından namizədlər irəli sürülmüş və şərti olaraq Konstitusiya Məhkəməsinin hakimi, Mərkəzi Seçki Komissiyasının üzvü, xarici nümayəndə, media nümayəndəsi və digər iştirakçıların rol bölgüsü onların arasında aparılmışdır. Daha sonra kursantlar seçki bülletenlərindən istifadə edərək səsvermə prosesində iştirak etmişlər. Sonda seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının şərti üzvü tərəfindən açıqlanmış və Konstitusiya Məhkəməsinin şərti hakimi isə qalib olmuş namizədi taqıma elan etmişdir.
إظهار الكل...
Repost from Vüsət Əzizov
Photo unavailableShow in Telegram
Müəllimlərin etik davranış qaydaları təsdiqlənib Bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Bu qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilir.
إظهار الكل...
Repost from Vüsət Əzizov
Photo unavailableShow in Telegram
Xocalı rayonunun tabeliyinə iki məktəb verilib. Ətraflı: https://shorturl.at/EI2gz #AzərbaycanMüəllimi #BöyükQayıdış #Məktəb
إظهار الكل...
Photo unavailableShow in Telegram
MÖHTƏŞƏM XƏBƏR:Qarabağ universitetində Təhsil Nazirliyinin xüsusi pilot layihəsi olan SABAH qrupları açılacaq!
إظهار الكل...