ar
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

الذهاب إلى القناة على Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

إظهار المزيد
8 881
المشتركون
-724 ساعات
-577 أيام
-23930 أيام
أرشيف المشاركات
❗️Azərbaycan XİN Belçika və Niderland səfirlərinə nazirliyə çağırdı.
Görüşdə Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib. Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb. Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib. Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.
t.me/xeberlerlive

Sabah şimşək çaxacaq - PROQNOZ  Aprelin 21-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
t.me/xeberlerlive

❗️Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək. t.me/xeberlerlive

🇦🇿🇮🇱🇮🇷 Mossadın bəyanatında bildirilib ki, bir neçə həftə əvvəl Azərbaycan-Gürcüstan-Türkiyə qaz kəmərində diversiya tö
🇦🇿🇮🇱🇮🇷 Mossadın bəyanatında bildirilib ki, bir neçə həftə əvvəl Azərbaycan-Gürcüstan-Türkiyə qaz kəmərində diversiya törətməyi planlaşdıran və Bakıdakı İsrail səfirliyinə və sinaqoqa hücum etməyə hazırlaşan Azərbaycan vətəndaşlarından ibarət qrup Azərbaycan Kəşfiyyatı və Mossadın birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib.
🔴Həbs olunanlardan kamikadze dronlarının hissələri və partlayıcı götürülüb. 🔴Sorğular zamanı şübhəlilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun 4000-ci kəşfiyyat bölməsinin operatorlarından birbaşa göstəriş aldıqlarını etiraf ediblər.
t.me/xeberlerlive

🇮🇷🇦🇿🇷🇺 İran və Rusiya Azərbaycandan keçən qaz kəməri üçün hibrid maliyyələşdirməni müzakirə edirlər. 🔻 İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, Rusiyadan İrana Azərbaycandan keçməklə qaz kəməri layihəsi üçün "hibrid maliyyələşdirmə modeli" nəzərdən keçirilir. O bildirib ki, Rusiyanın böyük enerji şirkətləri bu sxemdə iştirak edə bilər və ödənişlər milli valyutalarda həyata keçiriləcək. 🔻 Cəlali Azərbaycan marşrutunu iki ölkə arasında qaz əməkdaşlığının inkişafı üçün ən real və hazır variant adlandırıb. O, alternativ marşrutların texniki cəhətdən mümkün olduğunu, lakin Azərbaycandan keçən marşrutu mövcud vəziyyətdə ən praktik və etibarlı hesab etdiyini vurğulayıb. t.me/xeberlerlive

+1
Balaca qızım ağır ürək xəstəsidir. Həkimlər onun təcili əməliyyata ehtiyacı olduğunu bildiriblər. Vaxt isə bizim əleyhimizə işləyir… Əməliyyat üçün 6400 AZN tələb olunur. Təəssüf ki, bu məbləği toplamağa gücümüz çatmır. Sizdən xahiş edirəm, imkanınız çatdığı qədər dəstək olun. Bəlkə sizin kiçik yardımınız bir körpənin həyatını xilas edəcək… 🤲 📞 Əlaqə: 0519149554 🏦 Beynəlxalq Bank 💳 5522099358467611 Paylaşaraq da dəstək ola bilərsiniz. Allah kömək olan hər kəsdən razı olsun 🤍

🇺🇲🇮🇷 #SONDƏQİQƏ 🗣️ "Bab əl-Məndeb boğazını artıq da atəş dairəsinə daxil edirik. Düşmən üçün cəhənnəm saatları başlayacaq". - İran Dövlət Televiziyası t.me/xeberlerlive

⚡️Ən son xəbərlər, dünya gündəminə dair bütün xəbərlər burda! ➡️ t.me/sondeqiqe

İran Trampın dəniz blokadası davam etdiyi müddətcə ABŞ-la danışıqlara qatılmayacaq və danışıqlar aparmayacaq. t.me/xeberlerlive | KİV

🇦🇿 Əgər Azərbaycanda nüvə enerjisi sektoru yaranarsa Azərbaycan Türkiyə, Qazaxıstan və Özbəkistandan sonra bu sektora yatırım edən dördüncü türk dövləti olacaq. 🔻 Qeyd edək ki, digər üç türk dövlətində nüvə stansiyalarını Rusiyanın Rosatom şirkəti inşa edir. t.me/xeberlerlive

🇦🇿🗣️ "Azərbaycan nüvə enerjisindən istifadə etmək niyyətindədir. Nüvə enerjisi milli enerji balansının əsas komponentinə çevriləcək". - Azərbaycan Energetika Naziri Pərviz Şahbazov | t.me/xeberlerlive

🇮🇹🇦🇿 İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana səfəri gözlənilir. t.me/xeberlerlive
🇮🇹🇦🇿 İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana səfəri gözlənilir. t.me/xeberlerlive

❗️Hörmüz boğazını keçmək istəyən ən azı iki ticarət gəmisi atəşə məruz qalıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. "İki Hindistan tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazından qərbə doğru geri çəkilməyə məcbur edilib. Hadisə zamanı atışma da baş verib", - deyə qeyd edilib. Məlumata görə, Hindistan bayrağı altında üzən tankerlərdən biri 2 milyon barel İraq nefti daşıyırdı. t.me/xeberlerlive

İran Hörmüzün bağlandığını elan edib. Daha əvvəldə demişdim, İran boğazı açtığını sözdə elan edir amma yenə də, gəmilərin keç
İran Hörmüzün bağlandığını elan edib. Daha əvvəldə demişdim, İran boğazı açtığını sözdə elan edir amma yenə də, gəmilərin keçidi üçün özünün seçdiyi yoldan və nəzarət üçün HDQ dan istifadə edir. Belə hal Hörmüzün açılması demək deyil.

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Aprelin 19-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
t.me/xeberlerlive

‼️Milli Hidrometeorologiya Xidməti aprelin 18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. t.me/xeberlerlive

🛢️ İranın Hörmüz boğazının açıq olduğunu elan etməsindən sonra neft qiymətləri aşağı düşüb. t.me/xeberlerlive
🛢️ İranın Hörmüz boğazının açıq olduğunu elan etməsindən sonra neft qiymətləri aşağı düşüb. t.me/xeberlerlive

⚡️Baş nazir Əli Əsədovun yaxın günlərdə vəzifədən göndəriləcəyi gözlənilir. ● "Axaraz"ın məlumatına görə, buna səbəb onun fəaliyyətinin qənaətbəxş olmamasıdır. ● Daha əvvəl "Qafqazinfo" Əli Əsədovun milyonluq restoran şəbəkəsinin, tikinti şirkətlərinin olması barədə məlumat yayıb. t.me/xeberlerlive

❗️Alen Simonyan Sahibə Qafarova ilə görüşü barədə: ● Təəccüblənə bilərsiniz, amma heç bir fikir ayrılığı yoxdur. ● Qarşılıqlı əməkdaşlıq müzakirə olundu. Şükürlər olsun ki, xalqlarımız arasındakı qaranlıq səhifə keçmişdə qaldı. ● Azərbaycandan Ermənistana məhsul ixracı ölkəmizdə çox müsbət qarşılanır. ● Mən uzun müddətdir deyirəm ki, biz ticarət etməliyik. Bilirəm ki, hökumət, iş adamları və müvafiq qurumlar bu istiqamətdə çalışırlar. t.me/xeberlerlive

İran Hörmüz boğazını açdı. t.me/xeberlerlive