XƏBƏRLƏR l LİVE
الذهاب إلى القناة على Telegram
7 590
المشتركون
-324 ساعات
-287 أيام
-16330 أيام
أرشيف المشاركات
7 588
Sabah qar yağacaq - PROQNOZ
Fevralın 27-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivəşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.t.me/xeberlerlive
26 فبراير, 08:02
7 588
🇮🇷🇦🇿 İran Azərbaycan sərhədi yaxınlığında pilotsuz uçuş aparatlarının fəaliyyəti olacağı barədə NOTAM yayımlayıb.
t.me/xeberlerlive
25 فبراير, 05:55
7 588
Ramazan Fitrəmizi həqiqi ehtiyacı olan insanlara verək ki,savaba yazılsın.Balaca Nihatın 300 manatlıq müalicə kursuna məbləğin toplanmasına dəstək olaq🙏Nihat autizm kanner sindronlumdu
Kimin imkanı nəyə çatır kömək etsin.Mərhəmət göstərin,Nihata dəstək olun,🙏Allaha xatir o müalicəsini davam etdirsin.📝
Orucova Samirə Mahir qızı
📲Əlaqə nömrəsi:(070)525-62-03
💳Kart nömrəsi: Kapital Bank 52 39 15 17 39 28 69 64
25 فبراير, 04:53
02 مارس, ~10:01
7 588
Novruz bayramına görə pensiyalar tez ödəniləcək.
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək. Pensiyaların martın 15-nə qədər tam ödənilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qurumlara göstəriş verilib. Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır.t.me/xeberlerlive
25 فبراير, 04:39
7 588
Hərbi xidmətin başlanğıc günü dəyişir.
Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günlərlə bağlı dəyişiklik edilir. Report.аz xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir. Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq. Qüvvədə olan qanuna əsasən, bu, hərbi hissəyə göndərilmək üçün onların hərbi komissarlığa gəldikləri gündən sayılırdı. Əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq. Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı. Dəyişikliyə görə, gizirlərin və miçmanların həqiqi hərbi xidmətində bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.t.me/xeberlerlive
23 فبراير, 05:45
7 588
❗️Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Belə ki, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
t.me/xeberlerlive
23 فبراير, 05:44
7 588
🇲🇽💣 İllərdir gözlənilən Meksika-Kartel münaqişəsi başladı…
Münaqişənin alovlanma səbəbi kartel liderinin hərbi əməliyyatla öldürülməsidir. Meksika hökuməti ilə kartellər arasında şiddətli toqquşmalar gedir. Meksika kartellərinin təhçizatı bir çox ölkənin qoşunlarından yaxşı vəziyyətdədir…
t.me/xeberlerlive
22 فبراير, 16:05
7 588
❗️🌧️ Sabah Bakıda hava dəyişkən buludlu olacaq, rayonlarda intensiv yağış yağacaq.
t.me/xeberlerlive
22 فبراير, 03:53
7 588
❗️❗️Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Layihəyə əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
t.me/xeberlerlive
20 فبراير, 06:12
7 588
❗️⚽️ UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl Yunayted”- “Qarabağ” qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.
Ağdam klubunun media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” - “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, “St James Park” stadionunda, Mərkəzi Avropa Vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək.
t.me/xeberlerlive
20 فبراير, 05:47
7 588
❗️Azərbaycanda məzuniyyətlə bağlı yeni qayda
Əmək şəraiti, stajı, uşaqların sayı və işğaldan azad edilmiş ərazilərdə işləmə faktına görə verilən əlavə məzuniyyətlərlə bağlı yeni qaydalar tətbiq olunacaq.
▪️ Yeraltı və zərərli işlərdə çalışanlara azı 6 gün, stajdan asılı olaraq isə 2–6 gün əlavə məzuniyyət veriləcək.
▪️14 yaşınadək 2 uşağı olan qadınlara 2 gün, 3 və daha çox və ya əlilliyi olan uşağı olanlara 5 gün əlavə məzuniyyət nəzərdə tutulur.
▪️İşğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə də 5 gün əlavə məzuniyyət veriləcək
t.me/xeberlerlive
20 فبراير, 03:58
7 588
Duman olacaq, külək güclənəcək - SABAHIN HAVASI
Fevralın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.t.me/xeberlerlive
19 فبراير, 05:08
7 588
❗️🌊 İDDİA
10 m³-ə qədər — 1 manat 20 qəpik (1.20 AZN)
10–20 m³ arası — 1 manat 60 qəpik (1.60 AZN)
20 m³-dən yuxarı — 2 manat (2.00 AZN)
t.me/xeberlerlive
19 فبراير, 04:53
7 588
❗️ Suyun bahalaşması üçün Tarif Şurasına müraciət olunub.
Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunması və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur.
t.me/xeberlerlive
18 فبراير, 10:05
7 588
⚡️Sabahdan Azərbaycanda Ramazan ayı başlayır.
Bakıda bəzi restoranlarda iftar menyusu 90 manatdan təklif edilir.
t.me/xeberlerlive
18 فبراير, 07:52
7 588
Sabah 24 dərəcə isti olacaq - PROQNOZ
Fevralın 18-də gözlənilən hava proqnozu açıqlanıb. Gencexeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10,gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.t.me/xeberlerlive
17 فبراير, 10:27
7 588
💳 Rayonlar üzrə penitensiar fevral ayının 20 olaraq 9.3 % artımlarla veriləcəkdir!
t.me/xeberlerlive
16 فبراير, 13:13
7 588
🌤️Sabah hava yağmursuz olacaq, temperatur 20 dərəcəyədək yüksələcək.
t.me/xeberlerlive
15 فبراير, 03:42
